yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Cəlilabad baş həkiminin “ninza”ları kimdi?

Cəlilabad baş həkiminin “ninza”ları kimdi?
21-12-2017, 10:28 487 dəfə baxılıb

Cəlilabad Mərkəzi Rayon Xəstəxanası qəssabxana xidmətinə və rayon bazarına çevrilməkdədir

Bu ilin martında rayonun Qarazəncir kənd sakini Hüsaməddin Əhmədovun çap olunan tənqidi və real faktlara söykənən məqaləsi mənzərəni çılpaqlığı ilə tam ifadə edir.
H.Əhmədov baş həkim İlham Əliyevin rayon səhiyyəsini nə kökə saldığını yazısında açıb ağardıb.
Kənd sakini öz ailə üzvünün başına gətirilən müsibətləri təsvir etmişdi. Sitat: “Təkcə qılıncı çatışmayan qadınların öndə gələni, “pulumuzu verin (ətraf rayon xəstəxanalarında “muştuluğumuzu verin” deyirlər), qızınız oldu” - deyə kükrəyəndə, artıq başım məndən on kilometrlərlə aralıdaydı.
Hara, necə düşdüyümün fərqinə varmadan, bir anlıq bu cür murdar məxluqların sifətinə doğulmuş qardaşım balasının gələcəyini (təki Allah yaxşıya yazsın) fikirləşib də, özümdən qeyri-iradi qışqırdım: tərbiyyəsizlər, mərifətsizlər, şərəfsizlər...
Üzlərini çirkli mələfələrin altında gizlətmiş “ninza”-qadınlar pərən-pərən oldular. Qardaşım boynumu qucaqlayıb, məni sakitləşdirməyə çalışdı: “səbrli ol qardaş, gəlinə ya uşağa xətər yetirər bu qansızlar!”
Bəli, təkcə bu sətirlərdə İ.Əliyevin Cəlilabad səhiyyəsini necə idarə etdiyi qışqırtı ilə bəyan olunur.
Amma nədənsə, belə tənqidlərdən nəticə çıxarmaq, RMX-dakı problemləri aradan qaldırmaq əvəzinə, baş həkim tənqidləri qulaqardı edir, nöqsanları yazan medianı sıxma-boğmaya salır, jurnalistləri təhqir etməkdə xüsusi imtiyazı olduğunu düşünür.
Məsələn, Palitika.Az-da çap olunmuş tənqidi materialdan sonra, baş redaktor Xəyyam Salmanzadə qarşı tərəf olaraq ittihamları cavablandırmaq üçün baş həkimə zəng etmişdi.
İ.Əliyev isə “mənə heç kim bata bilməz, əcəb eləmişəm, qələt edir, p.. yeyir o ictimai fəal” və s. nalayiq sözlər işlədib.
Bu səviyyəsinin sahibi olan birinin baş həkim vəzifəsində işləməsi səhiyyəyə, Hipokrata, nazir Oqtay Şirəliyev adına rüsvayçılıqdır.
Amma gəlin görək kənd sakini H.Əhmədov nələr yazmışdı: ““nöş qanını qaraldırsan, cərraha 400 manat vermişik, hər şey yaxşı olacaq, inşallah” - sözləri belə vecimə toxunmadı.
Əhval-ruhiyyəmi bərpa edib yenidən “qəssabxan”aya qalxdım. Uşaqların anası məni bir kənara çəkib dedi: - “Nədən özünə zülm edirsən?
Sən aşağı düşəndən sonra qardaşların həmin qadınların ciblərini necə lazımdı doldurub, könüllərini xoş etdilər.
Səsin və sözün tükəndiyi məkandır Cəlilabad Mərkəzi Rayon Xəstəxanası. Məhz bu məkanda ananın 9 ay qarnında gəzdirdiyi uşağı atasına 1000 manata satırlar.
Sonrası məlum, müvafiq sənədlər təqdim ediləcək və ananın adına 99 manat “süd pulu” təyin ediləcək ki, həmin məbləğin də yarıdan çoxu “Doğum haqqında şəhadətnamə”yə, icra nümayəndəliyinin arayışına, yol puluna, təyinat verənə, bankın kassirinə çatacaq”.
Səhiyyə Nazirliyi Cəlilabad kimi strateji bir rayonun səhiyyəsinə həssas yanaşmasa, getdikcə vəziyyət ağırlaşacaq.
Baş həkim bu müddət ərzində göstərdiyi fəaliyyətlə nazir O.Şirəliyevin adını batırıb, əhalinin Cəlilabad səhiyyəsinə olan inamını, etibarını məhv edib.
Bu iddiaları bir mətbuat, xəbər portalı səsləndirmir. Faktlar və yerli sakinlərin təqdim etdikləri, çıxışları göz qabağındadır.
Elə H.Əhmədovun yazdığı məqalə kifayət edir ki, İ.Əliyevin baş həkim kimi baş “vəzifəsi”nin və “ninza”larının işinin nədən ibarət olduğunu təsəvvür edəsən.
Yenidən həmin məqalədən bir parça nümunə: “Artıq “mal və can bazarı” arasındakı neytral zonadayam, yəni pilləkənlərdə. Yadıma “İRAN BAZARI” Ticarət Mərkəzi düşür.
Qətiyyən inanmağım gəlmir ki, hal-hazırkı şərtlər daxilində, bu Ticarət Mərkəzinin aylıq qazancı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının günlük qazancı qədər olsun.
“Mal bazarı”, yəni cərrahiyyə şöbəsi xəstəxananın ən strateji məkanıdır: “qəssabxana”sı 2-ci, palataları 3-cü mərtəbədə yerləşir.
“Qəssabxana”nın foyesinə daxil olmağımla yaxınlarımın gizləndikləri xəlvəti yerlərdən çıxaraq ətrafımı sarmağı bir oldu”.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına giriş Polikilinika Şöbəsindən başlayır. Həmişə olduğu kimi şöbədə yenə qələbəlikdir.
Pensiya sənədi və şəkər dərmanı nizamlayan həkimlər, tibb bacı-qardaşları fırlayıb tələyə sala biləcəkləri müştəri axtarışındadırlar.
Həm foyedə, həm də bəzi kabinetlərdə gedən razborkaları da sezməmək mümkün deyil. Məğzi, Babaxanın şöbəsində nəinki it yiyəsini, heç yiyə də itini tanımır.
Bir az irəlidə laboratoriyadır. Laboratoriyanın dar dəhlizində ət-ətə yapışmış insanlar səbrlə analiz verəcəkləri vaxtı gözləyirlər.
Şəxsiyyət vəsiqəsi alanlar üçün qan analizi 2 manatdırsa, rəsmi nigaha girmək istəyənlər müvafiq sənədi əldə etməkdən ötrü minimum 10-20 manatlarından keçməlidirlər.
Pulunu ver, ismi-şərifini yazdır yeni ailə quranların siyahısına. Görünür, Mərkəzi Xəstəxananın rəhbərliyi mental məsələlərdə çox mərhəmətlidir.
Onların məntiqinə görə, bir izdivac ki, Allahın əmri, peyğəmbərin izni ilə gerçəkləşir, - vərəm, hepatit, spid və sair kimi xəstəliklər, bu izdivacı əngəlləməməlidir”.
Vəssalam, buyursun, prezidentin uğurlu siyasətinə, göstərişlərinə kölgə salan adaşı biabırçı fəaliyyətinə dair bu faktlara münasibət bildirsin. Biz isə qərəzsiz olaraq onun da mövqeyini çap etməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: hekiminin, Celilabad, ninzalari, kimdi, bash
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018


18-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ