yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Şəmkirin icra başçısının milyonluq əmlakı - SİYAHI

Şəmkirin icra başçısının milyonluq əmlakı - SİYAHI
20-12-2017, 15:09 284 dəfə baxılıb

Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq, bir çox dövlət məmurlarının biznes və kommersiya obyektlərinə sahib olmaları heç kimə sirr deyil. Bu sırada bəzi icra başçılarının da adlarını vurğulamaq olar.
Hazırda paytaxt rayonlarının icra başçılarından hər hansının restorana, şirkətə və digər böyük obyektlərə sahib olmamamalarını təsəvvür etmək mümkün deyil. Doğrudur, həmin əmlakvə şirkətlər sənəd üzərində “onlara məxsus deyil” kimi göstərilir. Ancaq Azərbaycan elə də böyük ölkə olmadığı üçün hər kəsin bir çox məsələdən xəbəri olur.
Dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov tutduğu vəzifədən azad ediləndən sonra sabiq nazirin himayə etdiyi Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla bağlı araşdırmalar da gündəmə gəlib.
Sözügedən şəxslərin hər biri Fazil Məmmədovun nazir olduğu dövrdə vergi sistemində yüksək vəzifələrə təyin olunublar. Şübhəsiz ki, bu şəxslər həmin dövrlərdə öz səltənətlərini qurmağa başlayıblar.
Hazırda Şəmkirə başçılıq edən Alimpaşa Məmmədov sabiq nazir Fazil Məmmədovun ən “etibarlı” adamlarından biri olduğu üçün Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləyib. Vergilər Departamentinin rəisi olduğu dövrdə Alimpaşa Məmmədov Bakı şəhərində böyük biznes şəbəkəsi qurmağa nail olub.
Alimpaşa Məmmədovun Bakı şəhəri, Babək prospekti 37c ünvanında bir hektarlıq ərazidə yerləşən bahalı obyektləri də həmin biznes şəbəkəsinə daxildir. Bunların siyahısında “Best Cars” adlı lüks avtomobillərin satış salonu, “Continental” təkərlərinin satış yeri, “Alpina” lüks avtomobillərin ehtiyyat hissələrinin satış mərkəzi, “Euromax” avtoservis avadanlıqlarının satış yeri, “Volkswagen Group” ehtiyyat hissələri satış yeri və plastik qapı-pəncərə istehsalı sexi var. Bu obyektlərin işçiləri ilə söhbət zamanı bildirildi ki, hazırda həmin obyektlərin bəziləri Alimpaşa Məmmədov tərəfindən icarəyə verilib.

Xalqxeber.Az bildirir ki, “Ölkə.Az”-ın əməkdaşı həmin obyektlərin fotolarını çəkməyə nail olub. Fotoları təqdim edirik:
Şəmkirin icra başçısının milyonluq əmlakı - SİYAHI
Şəmkirin icra başçısının milyonluq əmlakı - SİYAHI
Şəmkirin icra başçısının milyonluq əmlakı - SİYAHI
Şəmkirin icra başçısının milyonluq əmlakı - SİYAHI
Şəmkirin icra başçısının milyonluq əmlakı - SİYAHI


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Shemkirin, , icra, milyonluq, bashchisinin, SYAH, emlaki
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ