yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağdaş sakini Mehriban xanım Əliyevaya MÜRACİƏT ETDİ

Ağdaş sakini Mehriban xanım Əliyevaya MÜRACİƏT ETDİ
20-12-2017, 11:20 186 dəfə baxılıb

Elektron ünvanımıza Ağdaş rayonu Yusuf Nəbiyev küçəsi ev 24-də yaşayan İsmayılova Könül Tofiq qızı tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşının xahişini nəzərə alıb məktubu ixtiyarınıza veririk:
Mən üzləşdiyim qanunsuzluğa görə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm. Hörmətli Mehriban xanım mən həyat yoldaşımla 1992-ci il tarixdə ailə həyatı qurub 20 il Rusiyada yaşayandan sonra 2013-cü il tarixdə vətənə döndük. Həmin ili həyat yoldaşım rəhmətə getdi.Min bir əziyyətlə qazanıb aldığımız qızıl-zinət əşyalarımı 24 iyul 2016-cı il tarixdə evimdən oğurladılar.Bu barədə dərhal Ağdaş Rayon Polis Şöbəsinə şikayət etdim. Cinayət Axtarış bölməsinin nəməkdaşları Mehman Paşayev, Samid Kərimov, Rövşən Mirsaboğlu və Pünhan evimə gəlib şikayət ərizəsi yazmamağı məsləhət bildilər və söz verdilər ki, 10 günə oğurluq edən şəxsi tapacayıq.
10 gün keçdikdən sonra heç bir tədbir görülmədiyini görüm Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib şikayət etdim. Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.3-cü maddəsi ilə cinayət işi başlanıldı. Bu cinayət işi gözdən pərdə asmaq üçün formal olaraq açılsada heç bir cinayət axtarış tədbirləri görülmür. Evimizə yaxınlıqda yerləşən maqazinin qarşısında olan müşahidə kameralarına baxmağı xahiş etsəmdə təmin edilmədi. Bundan sonra mənə məlum oldu ki, Ağdaş Rayon Polis Şöbəsi bu oğurluq hadisəsinin üstünü qəsdən ört-basdır edirlər.
Mən üzləşdiyim bu qanunsuzluğa görə 2016-cı ilin dekabr ayında Yevlax rayonunda Baş Prokuror Zakir Qaralovun və 2017-ci ilin aprel ayında Göyçay rayonunda Daxili İşlər naziri Ramil Usubovun qəbulunda oldum.Hər iki yüksək vəzifəli şəxs məni səmimi qəbul edib tədbirlər görülməsi üçün Ağdaş rayon hüquq mühafizə orqanların rəhbərlərinə tapşırıq verdilər. Ancaq Ağdaş rayon polsi rəisi və prokuroru bu tapşırıqları qulaq ardına vurub heç bir tədbir görmədilər. Hətda Ağdaş RPŞ-nin rəisi məni çağırıb dedi ki, ora-bura çox şikayət etmə oğlunu şərləyib həbs etdirəcəm.
Həmişə qadınlara xüsusi diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirəm. Hörmətli Mehriban xanım evimdən oğurlanmış həmin qızıl-zinət əşyalarını rəhmətlik həyat yoldaşım min-bir əziyyətlə-zülmlə qazanıb almışdı. Bu qızıl-zinət əşyaları həyat yoldaşımn yadlğarı, övladlarımın cehizidir.Sizdən çox-çox xahiş edirəm mənə kömək edin. Evimdən. edilmiş oğurluq cinayətinin üstünün açılması üçün obyektiv cinayət axtarış tədbirlərinin görülməsinə tapşırıq verməyinizi xahiş eirəm.

Dosye.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Agdash, xanim, ETD, Eliyevaya, MURACET, Mehriban, sakini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ