SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdamda insanlar məqsədli şəkildə dövlətdən narazı salınır-FAKT

Ağdamda insanlar məqsədli şəkildə dövlətdən narazı salınır-FAKT

Tarix:

20-12-2017, 11:18

/ 2 261 dəfə oxundu.
Ağdamda insanlar məqsədli şəkildə dövlətdən narazı salınır-FAKT

İllərdir erməni terrorçularının zəbt etdiyi Azərbaycan ərazilərinin olduğu cəbhənin təmas xəttində yaşayan bu insanlara ruh yüksəkliyi və sabaha inam aşılayan yeganə amil Ali Baş Komandan olaraq Cənab Prezident İlham Əliyevə olan güvəncləridir. Ancaq çox təəssüflər olsun ki, Ağdamda yerli rəhbərliyin vətəndaşlara qarşı olduqca ögey münasibəti, onların problemlərinin nəinki həllində, hətta əksər hallarda özü tərəfindən çıxardığı əngəllər, problemlər sayəsində bu insanlar dövlətdən narazı salınmaqdadırlar.
Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədovun bunu məqsədli şəkildə etdiyini düşünənlər az deyil. Çünki keçmiş MTN zabiti olan bu şəxsin etdiyi xoşagəlməz hərəkətlərə və rəftara görə başqa şey düşünmək olmur. Ağdamlılar düşünür ki, bütün bunlar ölkə rəhbərliyindən gizlədilir, onların yerli rəhbərlik tərəfindən incidilməsi, süründürməçiliyə salınması, bir sözlə “divan tutulması” barədə Cənab Prezident məlumatlı olsaydı, bu idarəçilik qabiliyyəti olmayan, səriştəsiz, psixoloji problemləri ilk baxışdan hiss olunan, öz vətəndaşlarına qarşı kobud və laqeyid yanaşan bir şəxsi heç vaxt vəzifəsində saxlamazdı. Ağdam rayonunda baş verən qanunsuzluqlar, ciddi nöqsanlar rüşvətxorluq və korrupsiya halları artıq son həddə çatıb. Dəfələrlə ölkə rəhbərliyinə ünvanlanan şikayət məktubları icra başçısının səyi nəticəsində hansısa “işbazlar” tərəfindən çatdırılmasına maneələr törədilməklə əngəllənir və icra başçısının masası üzərində peyda olur. Və həmin vətəndaşların əksəriyyəti İcra Hakimiyyətinə gətirilərək yazdıqları ərizələrdən imtinaya vadar edilir. Kəndli, bisavad vətəndaş haqlı olaraq düşünür ki, onun prezidentə yolladığı şikayət məktubu ünvana deyil,Raqub Məmmədovun otağına gedirsə, o zaman icra başçısı bu məmləkətdə hər kəsdən güclü və sözü keçərlidir. Yəni vətəndaş subyektiv düşüncəsi ilə bu nəticəyə gəlir ki, elə “bunlar” əlbirdir. Ancaq əslində, Azərbaycan Respublikasının çox etibarlı əllərdə olduğu-məmləkətimizin sahibsiz olmadığını ağdamlılar arasında düşünənlər daha çoxdur, ümid edirlər ki, onların problemləri yaxın vaxtlarda çözüləcəkdir. Onlar rayonlarına bu dövlətə daha sədaqətlə xidmət edəcək bir rəhbərin təyin ediləcəyinə inanırlar. Maliyyə Nazirliyi tərəfindən gələn yoxlamalar nəticəsində illərdir hər dəfə ciddi nöqsanlar aşkarlansa da heç bir nəticəsi olmur. Aşağıda qısa da olsa qanun pozuntuları barədə məlumat verəcəyik. Öncə bir məqama diqqət etməyinizi istəyirik ki, Qaçqın və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova qarşı kompaniya aparan icra başçısı Raqub Məmmədov saytımız tərəfindən belə ifşa edildi. Sitat;
“..Ağdam rayonundan məcburi köçkün olan Əliyeva İradə Əyyub qızıdır. Məlumatlı şəxsin bildirdiyinə görə, İradə Əliyeva Ağdam Rayon İcra Hakimiyyəti başçısının təlimatı ilə Əli Həsənovun əleyhinə şikayət məktubları ünvanlayır, icra başçısı Raqub Məmmədovun PA-da olan himayədarının köməkliyi ilə həmin şikayət ərizələri ünvana çatdırılır. İradə Əliyevanın bu cür “müstəsna xidmətləri” Raqub Məmmədov tərəfindən qiymətləndirilərək, onun qardaşı oğlu Azər Əliyev Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rəhbəri təyin edilib. Tək bu fakt deməyə əsas verir ki, İradə Əliyevanın Əli Həsənovla bağlı şikayətlərinin arxasında Raqub Məmmədovun “gizli əl”i vardır. Çünki işğal olunmuş rayonlarda icra başçıları vasitəsi ilə maliyyə fırıldaqları etmək həvəsində olan həmin “şəbəkə” qarşısında Əli Həsənov böyük əngəldir və onlar bu gün bunu gizli etməkdədirlər.Yəni, böyük məbləğdə və açıq şəkildə maliyyə fırıldaqları edə bilmirlər.Oyunlarını pozan bu əngəlin aradan qaldırılmasını qarşısına məqsəd qoymuş bu işbazlar “şəbəkəsi”nin ən fəallarından olan Raqub Məmmədov vətəndaşların şikayət məktubları və özünə yaxın olan bəzi sifarişli sayt yazarları vasitəsi ilə Əli Həsənov mümkün qədər təkrar-təkrar yuxarı dairələrdə gözdən salınmağa cəhd edilir və hələlik cəhdləri istədikləri səviyyədə uğur qazana bilməsə də, onlar “dezinformasiya” savaşını sona qədər aparmaqda israrlıdılar…”

Digər yazımızda verimiş qanun pozuntuları barədə, sitat;

““Dosye”az saytına Raqub Məmmədovun özünün çox ciddi maliyyə fırıldaqları etməsi və dövlət büdcəsini talan etməsinə dair tutarlı faktlar təqdim edildi. Psixoloji problemləri olan, əsəbiləşdiyi zaman başını əsdirməklə anormal xüsusiyyətləri ilə qabarıq şəkildə görünən bu şəxsin fəaliyyəti də anormallıqlarla müşahidə olunur. Rayon əhalisinin böyük əksəriyyəti tərəfindən yarıtmaz fəaliyyəti ilə nifrət və ikrah hissi bəslənilən icra başçısının mövqeyi də insanlara münasibətdə eynilədir.

-2017-ci il rayonun abadlaşdırılması üçün ayrılmış 217.000 manatın taleyi müəmmalıdır. Çünki bu il ərzində rayonda heç bir abadlıq və quruculuq işləri aparılmayıbdır. Bəs görəsən, həmin məbləği Cənab Mamedov hara yoxa çıxarıb?

-Quzanlı qəsəbəsində “Daş evlər” deyilən məcburi köçkünlərin məskunlaşdıqları evlərin təmiri üçün ayrılmış 100.000 manat puldan yalnız 120 manat xərcləməklə sınmış “şifer”lərdən bəzisini dəyişdirməklə kifayətlənmiş rayon rəhbəri yerdə qalan 99.880 manatı mənimsəyərkən bir gün bunun cavabını verəcəyini bilmirdimi?

-Rayon İcra Hakimiyyətinin inzibati binasının 3-cü mərtəbəsinin tikintisi üçün ayrılmış vəsaitin sonrakı taleyi? 3-cü mərtəbə uzun müddətdir hazır olsa da həmin mərtəbə ümumiyyətlə təmir edilmədi və elə eyni vəziyyətdə də qalır. Görəsən niyə?

-Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə kəndlilərin sosial rifahının yüksədilməsi məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün Ağdam rayonunun ərazisində 30 ədəd subartezian quyularının qazılması üçün vəsait ayrıldı. Ancaq icra başçısı Raqub Məmmədov bu “layihə”dən kəndçiləri məhrum etməklə biznesmenlərin, sahibkarların və fermerlərin bəslənilməsini təmin etmək üçün bu quyuların böyük əksəriyyətini Ergi düzündə qazdırdı. Məqsəd həmin fermerlərdən 5-10 min manat arası “hesab” yığdırmaqla subartezian quyuları qoydurdu. Bəs kənd təsərrüfatı ilə məşğul olan kəndçilərin taleyini kim düşünəcək?

-Bu il Müqaddəs Qurban Bayramında rayon məmurları və iş adamlarından ehsan paylanılması üçün tomlanmış 117 baş qoyun və 17 baş iri buynuzlu heyvanın taleyi də müəmmalıdır. 1300 ailənin hər birinə 1 kq-dan ehsan əti payladaraq qalan hissəsi mənimsənildi. Bu insanın ölkə rəhbərliyindən çəkinəcəyinin olmadığı kimi Allahdan da qorxmaması müşahidə edilir. Çünki müqaddəs bir bayram adı altında etdiyi bu hərəkəti Allaha meydan oxumaq kimi başadüşülür.

-23 iyul 2017-ci il tarixdə Ağdamın işğal günündə 16.000 manat pul ayrılsa da tək bir qazan halva bişirilərək, qalan məbləğ mənimsənilmişdir.

-Daxili yolların təmiri üçün ayrılmış 214.000 manat pul da icra başçısı qohumu, həmin “quruculuqlar”ı vasitəsi ilə apardığı MMC-nin rəhbəri Adil ilə əlbir olaraq birgə mənimsəmişlər. Çünki kənd və qəsəbə daxili yollar olduqca bərbad vəziyyətdə, heç bir təmir işləri aparılmayıbdır.

-Mingəçevir Şəhərində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə Uşaq Bağçası açdırmaqla ora müdir vəzifəsinə həmin məcburi köçkünlərdən birini yox, öz qardaşının həyat yoldaşını təyin etməsi nə dərəcədə doğru və vicdanlı qərardır?

Yəni bu adam heçmi təklikdə özü-özünə hesabat vermir və heçmi düşünmürmü ki, bu qədər vəsaiti mənimsəyirəm, bu qədər adım dələduzluq hərəkətləri etməkdə hallanır, bu qədər öz yerlilərimi, camaatımı, xalqımı və mənə etimad göstərərək bu vəzifəyə təyin edən Prezidentimi aldadıram, düz etmirəm, çəkinim bu yoldan, bu yol doğru yol deyil, bu yol məni uçuruma aparır, heçmi zərrə də olsa bu şəxsdə insani hisslər qalmayıb?
Onsuz da vətən həsrəti çəkən, torpaq nisgili ilə yaşayan ağdamlılar, onlara belə zülm etməyin üçün sənə nə edib Cənab Raqub Məmmədov?
İnanırıq ki, ağdamlılar üçün qaranlıq qalan bu sualın cavabını dövlətimizin rəhbərinin özü icra başçısından soracağı gün çox yaxındır.
İcra başçısı tərəfindən xüsusilə himayə olunan rayonun I Yüzbaşılar Kənd orta məktəbinin direktorunun qanunsuz fəaliyyəti və yol verdiyi ciddi nöqsanlar barədə yazımızın kiçik bir hissəsini təkrar təqdim edirik:
“Məktəbin direktoru Zeynalov Polad Vaqif oğlu “ailə podratı” yaratmaqla digər direktorlardan daha çox diqqət çəkməkdədir. Anası kənd Uşaq Bağçasının direktoru olduğu halda məktəbdə müəllim işləməsi qanunun tələblərinin pozulmasıdır. Belə ki, ümumtəhsil müəssisələrində çalışan ixtisaslı pedaqoji vəzifəlilərin çalışdığı müəssisədə 2017-2018-ci dərs ilindən 6 saatadək dərs aparılmasına icazə verilir. O halda ki, mövcud dərs saatları məktəbdə həmin ixtisaslar üzrə çalışan müəllimlərin dərs yükü (18 ssatı) təmin olunduqdan sonra mümkündür. Digər müəssisələrdə əsas iş yeri olaraq çalışan işçilərin( məs: Uşaq bağçasının müdiri, RİH-də məsləhətçi ,RTŞ-də məsləhətçi) məktəbdə dərs apara bilməz. Əsas iş yerində vəzifə daşıyan işçilərin 8 saat həmin müəssisədə olması əmək müqaviləsi ilə tənzimlənir. Belə olan halda 2-ci iş yerində çalışan işçilər əmək intizamını pozmuş olurlar.

Qeyd edilən orta məktəbdə olan digər qanun pozuntuları aşağıdakılardır.

Adı jurnalda olub, məktəbə gəlmiyən şagirdlər:

Zeynalov Rauf Teyyub oğlu (X sinif şagirdi, Bakı şəhərində yaşayır)
Nadirova Könül Umudvar qızı (XI sinif şagirdi, kənddən bir neçə kilometr məsafədə olan Meşə Massivinin yaxınlığındakı Mal Fermasında yaşayır)
Məktəbin direktoru Polad Zeynalovun tapşırığına əsasən bütün müəllim kollektivi tərəfindən yuxarıda adları qeyd olunan məktəbə gəlmiyən həmin şagirdlərə yüksək qiymətlər yazılır.

– Quliyeva Gültəkin Əhməd qızı; ibtidai sinif müəlliməsidir, adında müəyyən dərs yükü var, amma üçüncü tədris ilidir ki, məktəbə gəlmir ancaq gəlmədiyi halda maaş alır(direktorun xalası qızıdır)

– Zeynalova Mənsurə Vaqif qızı; adında müəyyən qədər dərs yükü, dərnək var və əlaqələndirici vəzifəsində işləyir, ümumiyyətlə məktəbə gəlmir(direktorun bacısıdır)

– 6-cı Sinif jurnalında Azərbaycan dili və ədəbiyyat dərslərini keçirilməsinə baxmayaraq müəllimin adı və soy adı jurnalda qeyd edilməyib(Sübut olaraq jurnalın foto və video çəkilişini də aşağıda təqdim edirik).

– 8-ci sinif jurnalında da Azərbaycan-dili və ədəbiyyat dərslərin keçirilməsinə baxmayaraq jurnalda müəllimin adı və soy adı qeyd edilməyib(bununla bağlı da sübut kimi video çəkilişi aşağıda verilib).

– Rəşidli Elmar(məktəbdə Coğrafiya və tarix müəllimidir) XI sinifdə 2 saat İnsan və cəmiyyət, iqtisadiyyat dərsləri adına yazılsa da həmin dərslər faktiki olaraq keçirilmir. Eyni zamanda həmin müəllimin adına dərnək yazılsa da keçirmir.

-Qasımov İmdad Cəfər oğlu təsərrüfat müdiri kimi məktəbdə adı getsə də, məktəbə gəlmir, yalnız məktəbə yoxlama gəldiyi zaman çağırırlar(direktorun qohumudur).

-Qasımova Mehriban Əliyəddin qızı; adı texniki işçi kimi qeyd olunsa da faktiki olaraq məktəbə gəlmir(direktorun qohumudur).

Məktəbdə katibə, psixoloq ştatı olmasına baxmayaraq kimin adına olmasını məktəbdə işləyən müəllimlər tanımır.

Nəsibov Elşad Amil oğlunun əqli qüsurlu olmasına baxmayaraq, məktəbə gəlir və 2-ci sinif şagirdidir.

Məktəb direktorunun müavinləri direktorun qohumlarından ibarətdir:

Dərs hissə müdiri; Eyvazova Gözəl Şahlar qızı (direktorun xalasıdır)
Tərbiyyəvi işlər üzrə direktor müavini(təşkilatçı); Əliyeva Şəfəq Oruc qızı(direktorun əmisi qızıdır)
Təsərrüfat müdiri; Qasımov İmdad Cəfər oğlu (direktorun qohumu)
Hərbi rəhbər; Nəsibov Allahverdi Ədil oğlu (direktorun bibisinin əri)
Uşaq Birliyi Təşkilatının sədri; Nəzakət Əliyeva (direktorun qohumu)
Əlaqələndirici; Zeynalova Mənsurə Vaqif qızı (direktorun bacısı)
2008-2016-cı ilə qədər müəllim və texniki işçilərin maaş kartları direktorda olub, hər ay müəllimlərin maaşları “Kapital Bank”a məxsus bonkamatlardan direktor və qardaşı tərəfindən çıxarılıb, müəəlimlərə özü istədiyi qədər pulu nağd şəkildə ödəyirdi. Məktəbin bəzi müəllimlərinin aidiyyatı orqanlara müraciətlərindən sonra maaş kartları sahiblərinə geri qaytarılmışdır. “Bankamat”da qeydə alınan video çıkilişlər araşdırılarsa həmin illər ərzində pulların kimlər tərəfindən çıxarılması görüntülərlə təsdiqini tapmış olar.

2015-2016-cı tədris ilində məktəbdə adı olub gəlmiyən XI sinif şagirdləri:

Nuruyev Vaqif Hacı oğlu; Bakı şəhərində yaşayır, “Kaspi” Hazırlıq Kursunda təhsil alıb.

Hətəmov Pərviz İlqar oğlu; Bakı şəhərində yaşayır.
Məmmədova Türkan İlkin qızı; IV sinifdən adı jurnalda yazılsa da bir dəfə də olsa məktəbə gəlməyib.
2016-2017-ci ildə məktəbdə adı olub dərsə gəlmiyən XI sinif şagirdləri:

Əzizov Səməndər Ümidvar oğlu (, kənddən bir neçə kilometr məsafədə olan Meşə Massivinin yaxınlığındakı Mal Fermasında yaşayır) “Qarabağ” Hazırlıq Kursunda təhsil alıb.
Mərdanov Şamo Mansur oğlu; Bakı şəhərində yaşayır, orada hazırlıq kurslarının birində təhsil alıb.
Cəfərova Vüsalı Nicat qızı; həmin vaxt Bakı şəhərində yaşayırdı, hal-hazırda ailə həyatı quraraq rayonlardan birində yaşayır.
Məktəbdə fakültətiv məşğələlər, dərnəklər ümumiyyətlə keçirilmir. 2015-2016-cı tədris ilində məktəbin XI sinif şagirdlərinin yekun qiymətləri şəxsi işlərinə yazılmayıb.
2015-2016-cı tədris ilində məktəbin buraxılış sinifi olan XI sinifin rəhbəri Nərimanova Südabə olsa da, bütün sinif işlərini məktəbin müəlliməsi Əliyeva Lamiyə Səhrad qızı aparıb. Bunu xətt ekspertizası vasitəsi ilə də müəyyən etmək olar.
Eyvazova Gözəl Şahlar qızı bir neçə ildir müqavilə ilə direktor müavini vəzifəsində işləyir, bu vəzifənin vakansiyası Təhsil Nazirliyindən məqsədli şəkildə gizlədilir.
I Yüzbaşılar kənd orta məktəbi barədə danışmışkən xüsusi olaraq bir məqama toxunmaq istərdik. Belə ki, məktəbdə faktiki olaraq bəzi fənnlər üzrə vakant yerlərə ehtiyyac olduğu halda həmin yerlərin vakansiyası gizlədilərək, bu fənlər üzrə dərsləri başqa ixtisas üzrə təhsili olan direktorun qohumları və ailə üzvlərinə verilib.

2017-2018-ci tədris ili üçün verilməmiş vakansiya yerləri aşağıdakılardır:

-Musiqi;

-Təsviriincəsənət;

-Kimya;

-Texnologiya

Digər orta təhsil müəssisəsində-69 №-li orta məktəbdə olan nöqsanlar:

Rayonun II Yüzbaşılar kəndində yerləşən 69 №-li orta məktəbində ciddi qanun pozuntuları yaşanmaqdadır. Bu məktəbin fəaliyyəti də rayon rəhbərliyinin təhsil sahəsində qurduğu korrupsiya mexanizminin tərkib hissəsidir. Tək ona görə yox ki, məktəbin nömrəsi icra başçısının sevdiyi rəqəmdir, həm də ona görə ki, buranı “potvel məktəb” adlandırmaq olar və bu da böyük həcmdə maliyyə fırıldağıdır. Uşaq sayının olduqca azlıq təşkil etməsi, dərslərin ümumiyyətlə keçirilməməsi, məktəbdə müəllimlərin hələ bir dəfə də olsun tabel kitabının olmamasını dilə gətirməsi, məktəbdə korrupsiya cinayəti hərəkəti kimi qəbul edilən direktorun ailə üzvlərindən ibarət kadr “potensialı”ndan ibarət kollektivi olması bir faktdır. Məktəbin direktoru Ramiz Nadirovun rəhbərlik etdiyi kollektiv aşağıdakılardır:

Turanə müəllimə; Direktor müavini vəzifəsində işləyir (direktorun qızı)
Yeganə müəllimə; sinif müəlliməsi(direktorun həyat yoldaşı)
Sevil müəllimə; İngilis-dili müəlliməsi(direktorun bacısı qızı)
Aidə xanım; texniki işçi (direktorun bacısı)
Sadiq bəy; texniki işçi (direktorun oğlu)
Yeganə müəllimə; sinif müəlliməsi
Zülayə müəllimə; sinif müəlliməsi və həm də qeyri-rəsmi olaraq xadimədir.
Sinif müəlliməsinin həm də məktəbdə xadiməlik etməsinin səbəbi faktiki olaraq texniki işçilərin işə çıxmaması “ölü canlı” olması ilə əlaqədardır.Məktəbdə dərs ümumiyyətlə keçirilmir. Dəfələrlə bu məktəbin fəaliyyətinin dayandırılması gündəmə gətirilsə də bildirildiyinə görə, Ağdam Rayon Təhsil Şöbəsində mühim vəzifə sahibi olan Bayram Məmmədov tərəfindən himayə edilməsi səbəbindən və iddiaya görə Cənab Məmmədovun məktəbin direktoru Ramiz Nadirovla bu məktəbi ortaq “işlətdikləri” səbəbindən məktəb bağlanmaq təhlükəsindən kənarda qala bilir. Ən acınacaqlı 4 ibtidai sinfin 2 ibtidai sinif müəllimi olmasıdır. Yəni əslində hər ibtidai sinifin bir müəəlimi olmalıdır. Yəqin ki, kağız üzərində adları olan, faktiki olaraq işə gəlmiyən müəllimlərin dərsini də bu iki müəllim deyir. Yəni burada dərs dedikdə sizlər böyük sinif otaqlarını, çoxsaylı uşaq kontingentini təsəvvür etməyin. Burada hər sinifdə faktiki olaraq 2 ya 3 uşaq olur, bəzən isə heç o da olmur. Bu məktəbdə müəllimlərin dediyinə və araşdırmalarımızın nəticəsinə görə, təşkilatçı, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri və s. yoxdur. Bəlkə də bu kağız üzərində var və digər “ölü canlar”kimi həmin şəxslərində maaş kartları direktorun cibindədir. Burada da rayonun digər bəzi işbaz direktorlarının işlətdiyi fəndi həyata keçirməklə müəllimlərin vakansiyası məqsədli şəkildə gizlədilir. Direktor tərəfindən həyata keçirilmiş ən qanunsuz hərəkətlərdən biri də məktəbdə texnologiya ixtisası üzrə müəllim olduğu halda texnologiya dərsini ibtidai sinif müəlliminə verilməsidir.
Biz bu yazılarımızla əslində milli dövlətçiliyimiz və ölkənin konstision qurluşunun əleyhinə çalışan ünsürlərə, “təhsil terroru”na qarşı mübarizə aparmaqdayıq və ölkənin konstision qurluşunun müdafiəsində şərəflə xidmət edən şəxslərin bu nüanslara biganə qalmayacağına ümidvarıq…Yazdıqlarımız arasında tək bir fakt, dediklərimizdən tək bir həqiqət olmayan məqam ortaya qoysunlar bütün yazdıqlarımızı təkzib etməyə və hələ bununla yanaşı üzr istəməyə də hazırıq. Ancaq biz həqiqəti deyirik və ölkə rəhbərliyinin daxili siyasətinə, dövlətimizin gücünə, dövlət büdcəsini zəiflətməyə çalışan bu çinovniklərin qanunsuzluqlarını ifşa etməkdən, bununla da Milli Dövlətçiliyimizə xidmət etməkdən zövq alırıq. Gələcəyimizin məhvinə çalışan həmin ünsürlərin qanunsuzluqlarına rast gəlincə nə qədər üzüldüyümüzü dilə gətirmək çətin olsa da biz bu mübarizədə haqlı tərəfin yanında-xalqın və dövlətin şərəfilə xidmət edən mühafizəkarlarının yanındayıq…
Ancaq çox təəssüflər olsun ki, bu gün hakimiyyəti Ağdam rayonunda Raqub Məmmədov kimi qeyri-ciddi, qadın düşgünü olan, psixoloji problemləri fizoloji qurluşundan, baş əsdirməsi ilə daha qabarıq şəkildə özünü biruzə verən icra hakimiyyəti başçısı kimi bu şəxs təmsil edir. Maşın dəllalı “Ağdamlı Dəmir”in vasitəçiliyi ilə MTN-in Tərtər rayon şöbəsindən guya İSTİSNA XİDMƏTLƏRİ olan bir görəvli olması barədə ölkə rəhbərliyinə yalan məlumatlar və qeyri-səmimi məruzələr olunmaqla, icra başçısı vəzifəsinə gətirilən Raqub Məmmədov, Eldar Mahmudovun kadrı kimi işə başladığı elə ilk günlərdən məmurları dinlətdirdiyi, şantaj etdirdiyi heç kimə sirr deyildir. Daha sonra rayonda “vəzifə hərracı” aparması, elə buna görə də ölkənin əksər xəbər portallarından da məlum olduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılan, İbrahimov Teylor Fətiş oğlunun Azərbaycan Respublikası CM-nin 178-4-cü maddəsinin bütün bəndləri ilə külli miqdarda ziyan vurmaqla dələduzluq hərəkətləri ilə cinayət işində Raqub Məmmədovun da adının keçməsi, məhkəməyə çağrılması barədə mütəmadi yazıların dərc edilməsi hesab edirik ki, bir icra başçısı olaraq adının DƏLƏDUZLUQ işində hallanmaq rəhbərlik tərəfindən cəzadan kənarda qalmayacağı istisna deyildir. Teylor Fətişoğlu ilə Raqub Məmmədovun münasibətlərinin yaxın olması da icra başçısını vaxtı ilə daim himayə etmiş MTN-in hazırda həbsdə olan Generalı Elçin Quliyevin tövsiyyəsi ilə baş tutmuşdu. Belə bir icra başçısının işlədiyi rayonda bu gün bu cür qanunsuzluqlarının yaşanması əslində qeyri-adi bir hadisə deyildir. Burada qeyri-adi olan hal bu şəxsə iki yüz min ağdamlının taleyinin həvalə edilməsidir…

Mövzuya qayıdacağıq, növbəti yazımızda vəzifə səlahiyyətlərini aşan bir məmurun etdiyi cinayət hərəkəti barədə məlumat veriləcəkdir.

Dərc etdiymiz yazı istintaq orqanları üçün əsaslı sayıla bilər.

T.Turançı

Şərhlər

XƏBƏR LENTİ