SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağstafada maye qaz əvəzinə bəzən “vozdux” verilir

Ağstafada maye qaz əvəzinə bəzən “vozdux” verilir

Tarix:

19-12-2017, 17:39

/ 1 695 dəfə oxundu.
Ağstafada maye qaz əvəzinə bəzən “vozdux” verilir

Ağstafada bəzi rəhbər şəxslər hər şeyə pul gözü ilə baxaraq rayonda idarəetməni alver predmetinə çeviriblər.Belələri rayonda sanki yerli sakinlərin əsəblərinə hakim kəsiliblər.Cana doymuş sakinlər saytımızla əlaqə saxlayaraq mövcud durumu ictimailəşdirməyi xahiş edirlər.
Verilən məlumata görə, əhalinin maye qazla təminatında mütəmadi problemlər yaşanır.”Qrafik”ə uyğun olaraq həftənin hər günü növbə ilə 5-6 kənddə qaz təchizatı dayandırılır.Bəhanə də budur ki,təmir gedir. Bu iş nə qədər çəkə bilər ki? Bütün il boyu təmirmi olar? Soyuq qış günlərində əhalinin çəkdiyi əzab-əziyyət sanki idarə əməkdaşlarının heç vecinə də deyil.Bütün bunlar azmış kimi başqa bir problem də ortaya çıxıb. Belə ki, hər dəfə qazın verilməsi bərpa olunduqdan sonra təxminən yarım saat ərzində qaz borusundan sakinlərin dediyi kimi qaz əvəzinə “ vozdux” verilir.Bu zaman qaz gəlməsə də, sayğac “öz işini” görür.
Qaz İstismar idarəsinin işçilərinə irad tutulduqda isə onlardan qəribə cavab eşidilir: “Biz kimik ki, camaatı qazsız qoyaq,bu işlər bizlik deyil.Sakinlərin qazını kəsən bəzi səlahiyyətli şəxslər bizim də bəzən məvacibimizin 4/1-ni kəsirlər”.
Göründüyü kimi,həm təmir və digər adlar altında,həm də”vozdux” sayəsində külli miqdarda vəsait mənimsənilir.Yəni bu zaman bir tərəfdən dövlət vəsaiti oğurlanır, digər tərəfdən də sakinlər ziyan çəkir.
Anoloji vəziyyət bəzən elektrik enerjisinin təminatında da baş verir. Rayonun kəndlərinə elektrik enerjisinin verilməsində çətinliklər yaşanır. İşıqlar sondürülür, bir neçə saat sonra yandırlır və ya gecə səhərə kimi elektrik enerjisi verilmir.İş o yerə çatıb ki,hətta saniyədə küləyin sürəti 10 metr olan kimi elektrik enerjisinin verilməsində məhdudiyyət yaranır.Rayonun rəhbər şəxsləri tərəfindən vətəndaşı heçə sayılan Ağstafada idarə, müəssisə müdürlərinin isə hər zaman işığı yanır.

Faktinfo.az

Şərhlər

XƏBƏR LENTİ