SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Aprel şəhidinin ailəsi vaqonda, Şamaxı şefi Nağaraxanada villada yaşayır

Aprel şəhidinin ailəsi vaqonda, Şamaxı şefi Nağaraxanada villada yaşayır

Tarix:

19-12-2017, 09:53

/ 1 829 dəfə oxundu.
Aprel şəhidinin ailəsi vaqonda, Şamaxı şefi Nağaraxanada villada yaşayır

Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov Azərbaycanın, dövlətin, prezidentin, ordumuzun adına ləkə gətirən faktla ölkəmizi rüsvay edib
Söhbət aprel şəhidinin ailəsinin vaqona yaşaması və Şamaxı rəhbərliyinin laqeyd, biganə münasibətindən gedir.
Aprel döyüşləri vaxtı Seysulan istiqamətində şəhid olan Nazim Zəkərəyevin ailəsi acınacaqlı duruma düşüb.
Dövlətdən verilən pensiyadan başqa gəliri olmayan və vaqonda yaşayan şəhid ailəsi Şamaxı rayon İcra Hakimiyyətindən narazılıq edir.
38 yaşlı Şaxanım Zəkərəyeva bakupost.az-a bildirib ki, oğlu şəhid olandan sonra xəstəlik tapıb:
“Nəfəs ala bilmirəm, ürəyimdə problem var, ayaqlarım da ki, sözümə baxmır. Bu yaşımda 60 yaşlı adam kimi xəstəliklərdən əziyyət çəkirəm”.
Şəhid anası deyir ki, oğlu şəhid olduqdan sonra müalicəsi üçün evlərini satıblar, indi isə çay qırağında qaz və işığı olmayan vaqonda yaşayırlar.
Ancaq Şamaxının icra başçısı A.Ağayev və Q.Qasımov vətən uğrunda, icra başçısının təhlükəsiz yaşaması üçün canından keçən şəhidin ailəsini vaqonda yaşadır, özləri komfort şəraitdə, villada, isti suyu, işığı olan malikanədə gecələyirlər.
Ailə başçısı Nadir Zəkərəyev 1 ildən çoxdur ki, əkin-biçinlə məşğul olmaq üçün icra hakimiyyətindən bir neçə sot torpaq istədiklərini, lakin ala bilmədiklərini əlavə edib.
N. Zəkərəyev İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərovun da qəbulunda olduqlarını bildirib:
"Sərdar müəllim icrada torpaq verilmə işlərinə baxır. Deyir torpaq yoxdur. Deyirəm necə olur axı bu boyda Şamaxıda torpaq yoxdur?”
Zəkərəyevlərin sözlərinə görə, rayonun Şəhriyar qəsəbəsində şəhid ailələri üçün 36 mənzilli bina tikilib, onlar ev növbəsinə yazılsa da, bu binadan onlara pay düşməyib.
Nadir Zəkərəyev daha bir ilginc məsələ barədə danışıb: "Uşaq şəhid olanda Rabitə və Texnologiyalar Nazirliyindən 7 mərasiminə gəlmişdilər.
Nazirlik nümayəndəsi dedi ki, sizə iş verəcəyik, yas bitəndən sonra işə başlayarsınız. Bu vaxt orada İcra Hakmiyyətinin nümayəndəsi Ceyhun da var idi, dedi ki, ona iş vermək mənlikdir, mən düzüb-qoşacağam.
Hüzürdən sonra getdim Ceyhunun yanına, dedim belə-belə, cavab verdi ki, iş yoxdur. Mən də kor-peşman qayıtdım geri.
Nə imkan verdi nazirlikdə işə düzəlim, nə də özü bir iş verdi. Hər yerdən əlimiz üzülüb, indi də şəhid ailəsinə verməyə bir neçə sot yer tapılmır”.
Şamaxı İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonun Nağaraxana kəndində özünə dəbdəbəli saray tikdirib.
Prezident İlham Əliyev məmurları dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa dəvət etsə də, A.Ağayev dövlət başçısının sözlərinə əhəmiyyət verməyib.
Dövlət məmuru kimi min manatdan çox maaş almayan A.Ağayevin hansı vəsaitlə villa tikdirməsi qaranlıq deyil.
Şamaxıdakı biznesi və büdcə pullarının mənimsənilməsi dövlət məmurunun oliqarx həyat tərzi yaşamasına şərait yaradıb.
Bundan başqa, oğluna 150 min manata lüks maşın, aşpazına vəzifə və geniş imkanlar yaradan icra hakiminin Nağaraxana kəndində bu günə kimi çoxlu özbaşınalıqları olub.
Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib.
Kənd çamaatına özünün təhkimli təəbələri kimi baxan icra nümayəndəsi Nağaraxananı bütövlükdə işğal edib.
Amma Şamaxı RİH-də vəzifə tutan S.Ömərov aprel şəhidinin ailəsinə verməyə torpaq olmadığını söyləyir.
Oğlunu torpaq uğrunda fəda edən ailəyə öz doğma yurdunda bir qarış torpaq “tapmayan”, yaşamaq üçün şəhid ailələrinə tikilmiş mənzillərdən qıymayan bir icra başçısı utanmalıdır, xəcalət çəkməlidir.
Prezident onu təyin edərkən xalqa xidmət göstərməyi əmr edib. O, isə prezidentin göstərişi bir yana, şəhid ailəsi üçün öz ürəyi belə ağramır, tükü tərpənmir.
Hərçənd, A.Ağayevin ürəyiyumşaq, sakit, kövrək adam olduğu söylənir. Ancaq dəhşətlidir ki, şəhid ailəsini vaqonda yaşamağa məhkum ediblər.
Əgər Şamaxı rayon Dövlət Notariat Kontorunda yoxlama aparılsa, Çuxuryurd, Pirqulu, Nağaraxana və s. kimi ərazilərdə satılan torpaq sahələrinin qanunsuz olaraq sənədləşdirildiyi məlum olacaq.
Bu alqı-satqı heç bir hüquqi sənədə əsaslanmır. Amma şəhid ailəsinə torpaq tapmırlar, vəzifəlilərə peşkəş edirlər.
Bundan əlavə, Şamaxının torpaqlarını hər fürsətdə bir-bir zəbt edən rayon rəhbərinin Qızmeydan kəndi ərazisində də 2 hektar torpağı var.
Bu ərazidə də icra başçısının dəbdəbəli sarayı olacağı istisna olunmur. O da bildirilir ki, A.Ağayevin “sadə” həyat tərzi özünə mühafizəçi işə götürməklə diqqət çəkir.
Məlumatda deyilir ki, bundan əvvəl də şəxsi aşpazına dövlət nömrə nişanlı atomobil və icra hakimiyyətində komendant vəzifəsi verən icra başçısı özünü Şamaxanın padşahı kimi hiss edir.
Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar görünür, A.Ağayev üçün keçərli olmayıb. Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ