yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Zaur Bəylərovun "Leksus terroru"nda yaralanan komada və Bərdə "od püskürür"

Zaur Bəylərovun
18-12-2017, 10:11 160 dəfə baxılıb

Dekabrın 10-da Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərov 200 minlik "Leksus" markalı avtomobillə törətdiyi ağır qəzada yaraladığı iki nəfərdən biri komadan çıxmayıb
Bu barədə verilən məlumata görə, Z.Bəylərovun 200 minlik maşını ilə toqquşmada dünyasını dəyişən taksi şoferi Elşad Quliyevdən əlavə yaralanmış iki nəfərin vəziyyəti ağırdır.

Daha biri ölüm ayağında...

Onlardan biri hələ də reanimasiyada koma vəziyyətindədir və həkimlər bu günə, yəni dekabrın 18-nə kimi vaxt qoyublar.
Əgər həmin şəxs də həyatını itirmiş olsa, Z.Bəylərov içkili halda törətdiyi qəza ilə artıq iki nəfəri tələf etmiş olacaq.
Bu isə son illərin dəhşətli "yol terror"larından biri kimi tarixə düşəcək. Ancaq Bərdə RİH-də vəzifə tutan şöbə müdiri özünün içkili vəziyyətdə avtomobil idarə etməsi faktını ört-basdır edərək əksinə qəzada ölən taksi şoferi Elşad Quliyevin narkoman, sərxoş olduğu haqda yalan məlumatlar yaydırır.
Bu xəbərləri onun qayınatası, Bərdə icra başçısı Vidadi İsayevin "sol əli" olan Valid adlı şəxs el arasında yayır. Guya E.Quliyev narkoman və sərxoş imiş.
Hərçənd, Bakı-Tərtər istiqamətində gecə-gündüz taksi şoferi işləyərək ailəsinə çörək pulu qazanan, kasıb adamın sükan arxasında sərxoş olması, Bakıdan Tərtərə qədər uzun məsafəni içkili halda sürməsi heç uşaq nağıllarında da, hind filmlərində də yoxdur.
Belə bir cəfəng iftiranı isə Z.Bəylərovun qayınatası rayonda yayaraq kürəkənini təmizə çıxarmağa çalışır. Bərdə əhalisi isə onun hansı əməllərin sahibi olduğunu gözəl bilir.
"Cənab prezident general oğlu bir şilləyə 6 il aldı, bəs başçının bu müştəbeh məmuru...?"
Ona görə də indiyə qədər məsuliyyətə cəlb olunmayan, həbs edilməli halda işə çıxan, bələdiyyələrə, icra nümayəndələrinə göstəriş verməkdə davam edən Z.Bəylərovun dövlət rəhbərliyi tərəfindən cəzalandırılacağına ümid olunur.
Bərdə ictimaiyyəti sual edir ki, general Novruzəli Orucovun oğlu Rüstəm avtobus şoferinə vurduğu bir silləyə görə bağışlanmadı.
Atası işdən qovuldu, özünə isə 6 il həbs cəzası verildi. Yəni, bu məmur balasının qudurğan hərəkətinə görə cəzası ağır oldu. Di gəl ki, həmin hadisədə ölüm-itim də yox idi.
Eyni zamanda Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nailin iki nəfərin ölümünə səbəb olması ilə bərabər məhkəmə çıxışlarında əməlindən peşman olduğunu deməsi, Ə.Həsənovun ölənlərin ailələrini ziyarət etməsi, bütün maddi xərcləri üzərinə götürməsi müəyyən qədər anlayışla qarşılandı.
Bərdə ictimaiyyəti sual edir ki, bir nəfərin öldüyü, birinin ölüm ayağında olduğu ağır qəzadan sonra Z.Bəylərov nə vəzifəsindən çıxarılıb, nə həbs edilib.
Sakinlər inanırlar ki, məsələ barədə dövlət başçısı müfəssəl məlumatlara malik olsa, əsla Z.Bəylərovu bağışlamaz və onun həbsinə gedən yol açılar.
Çünki hadisədə ölən şəxsin ailəsi də, yaralıların yaxınları da Z.Bəylərovdan çox narazıdırlar. O, nə Ə.Həsənov kimi zərər çəkmişlərin yaxınlarını ziyarət edib, nə üzrxahlıq bildirib.
Əksinə, heç nə olmamış kimi azadlıqda gəzir, özünü müştəbeh, təkəbbürlü aparır, faciə yaşamış ailələri saymır, medianın tənqidlərini qulaqardı edir...

200 minlik maşın...prezident Bəylərova bata bilməz?

Əmək haqqı ilə 200 minlik "Leksus" alıb sürmək mümkün deyil.
"Cənab prezident general oğlu bir şilləyə 6 il aldı, bəs başçının bu müştəbeh məmuru...?"
Z.Bəylərov isə icra nümayəndələrini, büdcə təşkilatlarını, uşaq bağçalarını soymaqla sürətlə varlanıb.
Onun qardaşı Vidadi Bəylərov da Tərtərdə başçı müavini vəzifəsində bir vaxtlar qanunsuz işlərdə iştirak edirdi.
Elə ki, oğlu avtoqəzada ölümə səbəb oldu, dərhal işindən çıxarıldı. Ancaq əmisi eyni cinayəti törətsə də, fəaliyyətini davam etdirir.
Bərdə ictimaiyyəti seçkiqabağı dövlətin daxili siyasətinə zidd addım atması ilə faciəyə səbəb olan Z.Bəylərovun vəzifədə saxlanmasını prezidentin fəaliyyətinə zidd hesab edirlər.
Bərdədə imzatoplama kampaniyası başlanıb və dövlət rəhbərliyinə müraciət ediləcək. Z.Bəylərov isə hər yerdə bəyan edir ki, arxasında Gəncənin icra başçısı Elmar Vəliyev və Bərdənin rəhbəri V.İsayev dayanır, kimsə ona bata bilməz.
Amma unudur ki, prezident ona da, onu himayə edənlərə də bata bilmək iqtidarındadır. Sadəcə, məsələ haqda ona ətraflı dosye təqdim olunmayıb.
Bərdəlilər əmindirlər ki, ökə başçısı Z.Bəylərovun törətdiyi cinayətdən və onu qoruyan V.İsayevin əməlindən xəbər tutan kimi lazımı göstərişlər verəcək.
Çünki onun əl-qolunu sallayıb azadlıqda gəzməsi, işini davam etdirməsi, qəzada ölən və zərər çəkənlərin şikayətinin eşidilməməsi biabırçılıq olacaq.
Bir qrup Bərdə ziyalısı da Prezident Administrasiyasına müraciət etməyə hazırlaşır. Onlar bir nəfərin öldüyü qəza haqda rəsmi məlumatın getdiyi halda Z.Bəylərovun özbaşınalığının cəzasız qalmasını dövlətin, qanunların, ölkə rəhbərliyinin siyasi kursunun, tapşırıqlarının, məmurlara və övladlarına etdiyi xəbərdarlıqların tamamilə əksinə olduğunu bəyan edirlər.
Fakt budur ki, Azərbaycanda məmurlar və övladları qudurğanlıq, harınlıq edəndə cəzalandırılırlar. Z.Bəylərovu da oxşar tale gözləyir.
Hazırda Bərdə RİH-də narahatlıq və təşviş hökm sürür. İcra başçısı 15 dekabr ərəfəsində arzuolunmaz hadisə ilə gündəmə gəlib.

DİN-nin təsdiqi və söz prezidentindir...

Daxili İşlər Nazirliyin rəsmi məlumatından sonra hadisənin sıradan bir qəza kimi araşdırılması gözlənilmir. Əksinə, hazırda ciddi şəkildə istintaq aparılır.
DİN-nin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 10-da saat 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi “KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də sərt reaksiya verərək demişdi ki, Z.Bəylərov həbs edilməlidir: “İcra hakimiyyətində şöbə müdiri vəzifəsi daşıyan bir şəxs əyyaşlıq edir, qəza törədir, bir nəfəri öldürür və bu, cəzasız qala bilməz.
Nəzərə almaq lazımdır ki, seçki ili gəlir, ölkədə gərginlik yaratmaq istəyən qüvvələr var.
Bu tərəfdən də belə məmurlar törətdiyi cinayətlərlə vəziyyəti ağırlaşdırırlar, həmin dairələrin əlinə arqument verirlər.
Ona görə də xalq qınağı olmalıdır, qanunla nəzərdə tutulmuş qaydada həmin məmur məsuliyyətə cəlb edilməlidir.
Cəzasızlıq mühiti məmurların bir qədər də arxayınlaşmasına, qudurmasına gətirib çıxara bilər. Necə deyərlər, şar dolana qədər partlamalıdır”.
Ancaq Z.Bəylərovun himayəçiləri işdən çıxmasına imkan vermirdilər. Görünür ki, o da qardaşı Vidadi Bəylərov kimi vəzifəsi ilə vidalaşmalı olacaq.
Z.Bəylərov prezidentin xəbərdarlıqlarını qulaqardı edərək, qudurğan həyat tərzi ilə həm hakimiyyəti, həm Bərdənin icra başçısını, həm də özünü ictimaiyyət qarşısında çox pis vəziyyətə saldı. Söz prezidentindir...

Palitika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Beylerovun, terrorunda, puskurur, komada, Berde, ve, od, yaralanan, Leksus, Zaur
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ