yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Neftçalanın baş memarı şəhid ailəsini intihar həddinə çatdırıb

Neftçalanın baş memarı şəhid ailəsini intihar həddinə çatdırıb
18-12-2017, 09:54 103 dəfə baxılıb

Qarabağ uğurunda gedən döyüşlərdə itkin düşən Taleh Şahbala oğlu Səmədovun qardaşı Vahid Səmədov Neftçala rayonun baş memarı Vüqar Nağıyevin əlindən cana doyduğunu bildirir.
Şəhid qardaşı bildirir ki, 2016-cı ildə oğlunun adına qanuni sənədlərlə dövlət reyestr xidmətinin verdiyi çıxarışla 6 sot həyətyanı torpaq sahəsi alıb. “Qonşumuz camaatın torpaqlarını zəbt edib alan Mafiyət Azayeva, həyat yoldaş Mobil Azayev gəlib mənimlə dava elədilər ki, həmin torpaq bizimdir. Bizə həmin torpağı Neftçalanın baş memarı Vüqar Nağıyev satıb. Təsəvvür edin 1 il 9 aydır ki, Vüqar Nağıyevlə Mafiyət Azayevanın əlindən evi tikə bilmirəm. 1 il 9 aydır məni məhkəmələrdə süründürürlər. Anam Gülbikə Balaheydər qızı Zərbəliyeva məhkəmədə süründürməçilikdən bu ilin fevralın 6-da ürəyi partladı, öldü. Vüqar Nağıyev yenə də bizdən əl çəkmədi. Məhkəmədə bizə qarşı iddia qaldırıb bizi get-gələ salıb əsəblərimizlə oynayır. Ekspertiza bizim xeyrimizə rəy versə də əl çəkmirlər. İşimiz 3 dəfə ekspertizaya göndərilib”, - deyə Vahid Səmədov bildirib.
Onun sözlərinə görə, Vüqar Nağıyev Neftçala Rayon İcra Hakimiyyətindən əvvəl Şirvan şəhər İcra Hakimiyyətində baş memar işləyib: “Şirvanda torpaqları saxta sənədlərlə camaata satdığına görə icra başçısı Mərdan Camalov onu işdən qovdu. Şirvanı alt-üst edib. İndi də gedib Neftçalanı bərbad günə qoymağa. Şirvandan getsə də, yenə də əməllərini yerə qoymur. Şirvanda yerləşən Reyestr İdarəsi də Vüqarın saxta sənədlərinin əlində girinc qalıblar. Şəhid qardaşı kimi ölkə rəhbərliyinə müraciət edirəm. Vüqar Nağıyevin qanunsuz, saxta əməlləri hüquq mühafizə orqanları tərəfindən araşdırılsın və barəsində ölçü götürülsün. Bizim canımız rahat olsun. Yoxsa bu adam anamın ürəyini partladıb öldürdüyü kimi məni, balalarımı cinayətə sürükləyir, həyatımızla oynayır. Mən əminəm ki, Vüqar Nağıyev barəsində ciddi ölçü götürüləcək və Şirvan camaatının canı dincələcək”.

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ailesini, shehid, bash, Neftchalanin, memari, chatdirib, heddine, intihar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ