SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı Qusarda çinarları doğradıb fındıq bağı və göl salır-Fotolar

İcra başçısı Qusarda çinarları doğradıb fındıq bağı və göl salır-Fotolar

Tarix:

15-12-2017, 14:27

/ 2 760 dəfə oxundu.
İcra başçısı Qusarda çinarları doğradıb fındıq bağı və göl salır-Fotolar

Qusarın Yuxarı Zeyxur kəndində – düz sərhəd xəttinin kənarında onlarla hektar yeri, içərisindəki qovaq, çinar və s. ağacları məhv ediblər. Təbiət düşmənləri kəslən ağacların yerində fındıq-qoz bağı salırlar.
AzEuroNews.com-un məlumatına görə, ağacları kökündən çıxarıb, sonra dərin lağımlar qazaraq, orda basdırırlar. Ağacları parket və yeşik sexlərinə satmayıblar ki, səsi çıxmasın.
Adi vətəndaş iki çinarı kəsəndə, 5000 manat cərimə edən məmurlar, görəsən yüzlərlə ağacın məhv olunmasına niyə göz yumur?!
Düz sərhəd xəttinin kənarındakı bu torpaqda salınan bağın və süni gölün sahibi sıradan bir insan deyil. İddialara görə, bu işin arxasında Qusarın icra başçısı Şaiq Alxasov dayanıb.
Hələ nəzərə alsaq ki, bu süni göldə balıq saxlamaq üçün müxtəlif dərmanlardan istifadə edib, sonra da suyunu Samur çayına axıdacaqlar. Maraqlıdır ki, Samur çayı Rusiya və Azərbaycanı ayıran bir çaydır.
Təbii ki, hər iki tərəfin sərhədyanı zolağında yaşayan sakinlər bu sudan istifadə edir, bunun nəticəsinin nə olacağı artıq qorxulu xəstəliklərdən xəbər verir. Lakin Qusar rəhbərliyi və yerli ekologiya idarəsi “yaşıl terror”a tükünü də tərpətmir.
Bu işi həyata keçirənlərin yüksək vəzifəli məmur olduğu faktdır. Əks təqdirdə adi vətəndaş etmiş olsaydı, “dərisinə saman təpərdilər”.
Qeyd edək ki, dəfələrlə ölkə rəhbərliyi səviyyəsində yaşıllıqların qırılmasına etiraz olunub, bu cinayəti törədənlərin cəzalandırılacağı bildirilib.
İcra başçısı Qusarda çinarları doğradıb fındıq bağı və göl salır-Fotolar
İcra başçısı Qusarda çinarları doğradıb fındıq bağı və göl salır-Fotolar
İcra başçısı Qusarda çinarları doğradıb fındıq bağı və göl salır-Fotolar
İcra başçısı Qusarda çinarları doğradıb fındıq bağı və göl salır-Fotolar

Şərhlər

XƏBƏR LENTİ