SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zaur Bəylərov heç nə olmamış kimi azadlıqda gəzir, Bərdə ayağa qalxdı

Zaur Bəylərov heç nə olmamış kimi azadlıqda gəzir, Bərdə ayağa qalxdı

Tarix:

14-12-2017, 10:34

/ 4 027 dəfə oxundu.
Zaur Bəylərov heç nə olmamış kimi azadlıqda gəzir, Bərdə ayağa qalxdı

Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərov heç nə olmamış kimi azadlıqda gəzir
Verilən xəbərə görə, şöbə müdiri nəinki azadlıqda sərbəst hərəkət edir, eləcə də yerli məmurlara, icra nümayəndələrinə göstərişlərini verməkdədir.

Ölən şəxs narkoman olub?

Hərçənd ki, dekabrın 10-da baş verən ağır qəzada bir nəfərin ölümünə səbəb olduğu deyilən Z.Bəylərov istintaqda altında olmalı və məsuliyyətə cəlb edilməliydi.
O, camaat içində danışır ki, qəzada ölən taksi sürücüsü Elşad Quliyev narkoman olub. Hərgah, Z.Bəylərovun hadisə baş verən günü içkili olduğu haqda ciddi-cəhdlə, israrlı iddialar səslənməkdədir.
Mərhumun vəfatından sonra isə şöbə müdirinin qayınatası guya ölənin yaxınlarını ziyarətə getdiklərini bildiriblər.
Onlara isə E.Quliyevin qohumları guya söyləyiblər ki, onsuz da narkotik aludəçisi idi və hardasa can verəcəkdi, tale elə gətirib ki, sizinlə qəzaya düşüb. Bu cəfəng fikirlərə isə Bərdə əhalisi inanmır.
Əksinə, gələn məlumatlara görə, Z.Bəylərovun avtomobili ilə toqquşmada ölən E.Quliyevin yaxınları onun cəzalandırılmasını tələb edirlər.
Hətta yaxın vaxtlarda Quliyevlərin Bərdə RİH qarşısına toplaşaraq etiraz edəcəkləri, özlərini yandırmaq hazırlaşdıqları deyilir.
Onlar dövlət başçısına müraciət etməyə hazırlaşırlar. Çünki prezident dəfələrlə məmurlara və övladlarına qudurğanlıq etməməyi tapşırıb.

Barışıq üçün ağız açdılar və...

Adı redaksiyamıza məlum olan həmin icra başçısından xahiş edib ki, ölü yiyəsi ilə barışığa səy göstərsin.
Bərdədə sayılıb-seçilib seyid Səbuhini gecə saatlarında RİH-nə aparıb və xahiş ediblər ki, barışsınlar.
Ancaq E.Quliyevin ailəsi rədd cavabı verib. Artıq Bərdə ictimaiyyəti və ziyalıları dövlət başçısına müraciət ediblər.
Onlar prezidentin məsələdən xəbər tutduqdan sonra Z.Bəylərov barəsində tədbir görülməsi üçün tapşırıq verəcəyini gözləyirlər.
Bərdə ictimaiyyəti seçkiqabağı dövlətin daxili siyasətinə zidd addım atması ilə faciəyə səbəb olan Z.Bəylərovun vəzifədə saxlanmasını prezidentin fəaliyyətinə zidd hesab edirlər.
Bərdədə imzatoplama kampaniyası başlanıb və dövlət rəhbərliyinə müraciət ediləcək. Bir nəfərin ölümünə səbəb olan bir məmurun vəzifə başında olması heç cür qəbul olunan hal deyil.

Bərdədə əhlinin prezidentə harayı

Ümumiyyətlə, onun qardaşı Vidadi Bəyləriovun oğlunun da törətdiyi eyni cinayət göstərir ki, Bəylərovlar kimlərəsə güvənərək istədiklərini edirlər.
Ancaq unudur ki, ondan daha yüksək vəzifə sahibləri törətdikləri cinayətə görə həbs olunublar, övladlarının qudurğan əməlləri ucbatından cəzalandırılıblar.
Odur ki, prezidentin bu məsələyə də biganə qalmayacağına və Bərdə əhalisinin, mərhumun ailəsinin harayını eşidəcəyinə inanırlar.
Çünki Bərdə RİH şöbə müdiri vəzifəsində bu hadisədən sonra yenə işləməsi artıq başqalarına da nümunə olacaq. Onlar törətdikləri cinayətə görə cəzasız qaldıqlarına arxayınlaşıb əməllərini davam etdirəcəklər.

Bəylərovun xəstəxana yalanı

Son xəbərə görə, şöbə müdirinin vəziyyətinin yaxşı olduğu bildirilir. Z.Bəylərov ev şəraitində yüngül ambulator müalicə keçib.
Onun Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmədiyi və qəzadan sonra evinə getdiyi söylənir.
RİH məmuru baş vermiş hadisə ilə bağlı məsuliyyətdən yayınmaq üçün hamilərinə minnətçi düşüb. Onu qoruyan qüvvələrin məsələni ört-basdır etmək üçün dəridən-qabıqdan çıxdığı deyilir.
Mətbuatda Z.Bəylərovun havadarlarının Gəncənin icra başçısı Elmar Vəliyev və Bərdənin icra hakimi Vidadi İsayev olduğu iddia edilib. Amma Bərdə əhalisi V.İsayevin Z.Bəylərovu vəzifəsindən azad edəcəyini gözləyir.

Vidadi İsayevə 15 dekabr zərbəsi

Hazırda Bərdə RİH-də narahatlıq və təşviş hökm sürür. İcra başçısı 15 dekabr ərəfəsində arzuolunmaz hadisə ilə gündəmə gəlib.
Ancaq Z.Bəylərovun himayəçiləri işdən çıxmasına imkan vermirdilər. Görünür ki, o da qardaşı Vidadi Bəylərov kimi vəzifəsi ilə vidalaşmalı olacaq.
Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərov prezidentin xəbərdarlıqlarını qulaqardı edərək, qudurğan həyat tərzi ilə həm hakimiyyəti, həm Bərdənin icra başçısını, həm də özünü ictimaiyyət qarşısında çox pis vəziyyətə saldı.
Onun Tərtər - Yevlax yolunda törətdiyi ağır yol qəzası nəticəsində bir nəfərin ölümü, iki nəfərin ağır yaralanmasına səbəb olması məmur övladlarının “yol terroru”nu geridə qoydu.

İstintaq gedir

Palitika.Az xatırladır ki, Daxili İşlər Nazirliyin rəsmi məlumatından sonra hadisənin sıradan bir qəza kimi araşdırılması gözlənilmir. Əksinə, hazırda ciddi şəkildə istintaq aparılır.
DİN-nin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 10-da saat 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi “KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də sərt reaksiya verərək demişdi ki, Z.Bəylərov həbs edilməlidir: “İcra hakimiyyətində şöbə müdiri vəzifəsi daşıyan bir şəxs əyyaşlıq edir, qəza törədir, bir nəfəri öldürür və bu, cəzasız qala bilməz.
Nəzərə almaq lazımdır ki, seçki ili gəlir, ölkədə gərginlik yaratmaq istəyən qüvvələr var. Bu tərəfdən də belə məmurlar törətdiyi cinayətlərlə vəziyyəti ağırlaşdırırlar, həmin dairələrin əlinə arqument verirlər.

Ona görə də xalq qınağı olmalıdır, qanunla nəzərdə tutulmuş qaydada həmin məmur məsuliyyətə cəlb edilməlidir.

Cəzasızlıq mühiti məmurların bir qədər də arxayınlaşmasına, qudurmasına gətirib çıxara bilər. Necə deyərlər, şar dolana qədər partlamalıdır”.

Əmisinə oxşamış qardaş oğlu...

Onu da demək yerinə düşər ki, Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən qəzanın iştirakçısı olan Z.Bəylərovun Tərtər icra başçısının müavini olan qardaşı da ölümlə nəticələnən qəzaya görə işdən azad edilibmiş.
Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə səbəb olan “Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Zaur Bəylərov bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin müavini olmuş Vidadi Bəylərovun qardaşıdır.
Maraqlıdır ki, Tərtər RİH müavini olmuş V.Bəylərov vəzifəsindən məhz ölümlə nəticələnən qəzaya görə azad edilmişdi.
Belə ki, V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu.
Oğlunun törətdiyi dəhşətli qəzaya görə atası, Tərtər RİH müavini V.Bəylərov işindən azad edilmişdi.

palitika.az

Şərhlər

XƏBƏR LENTİ