yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq - FOTOLAR

Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq - FOTOLAR
12-12-2017, 12:51 629 dəfə baxılıb

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının on dördüncü ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir. Dekabrın 12-də rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının kollektivləri, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimaiyyət nümayəndələri ilə söhbətində Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərə füzulililər adından sonsuz sevgi və ehtiramını ifadə edib.
Alı Alıyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Bildirib ki, on dörd il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Alı Alıyev qeyd edib ki, Heydər Əliyevin ideya və arzuları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq - FOTOLAR
Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq - FOTOLAR
Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq - FOTOLAR
Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq - FOTOLAR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: xatiresi, FOTOLAR, qelbinde, yashayacaq, , fuzulililerin, Heyder, ebedi, Eliyevin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ