SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda total maliyyə yoxlaması- şəhər meri həbs ərəfəsində

Beyləqanda total maliyyə yoxlaması- şəhər meri həbs ərəfəsində

Tarix:

8-12-2017, 12:48

/ 2 091 dəfə oxundu.
Beyləqanda total maliyyə yoxlaması- şəhər meri həbs ərəfəsində

Bir müddət əvvəl Beyləqan şəhər icra nümayəndəliyinin cinayətləri haqda yazı vermişdik. Qeyd etmişdik, 3 il qabaq prezident Beyləqana gələrkən H. Əliyev adına parkda yerləşən uşaq evinin açılışın edib. Keçən il noyabrda İlham Əliyev yenidən Beyləqana gələrkən ayrı uşaq bağçasının açılışı olub. Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyevin göstərişi ilə 3 il qabaq açılmış uşaq baxçasındakı avadanlıqları, inventarları yeni təhvil verilən baxçaya daşıyıblar. Dövlət başçısını aldatmağın bir adı var- xəyanət. Həyasızlığın, qanunsuzluğun da bir həddi olmalı idi.

Təftiş

Maliyyə Nazirliyi nəhayət ki, Beyləqanda total yoxlamalara başlayıb. Bu əyalət şəhərində korrupösiyanın səviyyəsi o qədər çoxalıb ki, artıq mərkəzi narahat etməyə başlayıb.
Rayonda Bakıya ünvanlanan şikayətlər üzrə də Beyləqan liderdir.
Bir neçə idarə və təşkilatla yanaşı Beyləqan Şəhər Ərazi nümayəndəliyi də təftiş olunur.
Yoxlama zamanı böyük maliyyə pozuntularının aşkarlandığı bildirilir.
Rayondan verilən məlumata görə icra başçısının şəhər üzrə nümayəndəsi Bakir Balakişiyev aparılan yoxlamalardan təşvişə düşüb. Nədən, hansı səbəbə, nə kimi maliyyə pozuntuları ola bilə-onu nəzərinizə çatdırırıq.

Yol maxinasiyası

Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyev 2015-ci ildə rayon rəhbəri Vaqif Abdullayev tərəfindən hazırki vəzifəsinə təyin olunana qədər Beyləqan Bələdiyyəsinin sədri işləyib. Yerli özünüidarəetmə qurumuna rəhbərlik etdiyi uzun müddət ərzində daha çox korruptiv əməlləri ilə yadda qalıb. Görünür, elə məhz bu “müstəsna” qabiliyyətinə görə icra başçısı onu daha mühüm, həm də daha münbit korrupsiya şəraiti olan dövlət qulluğu postuna irəli çəkib. Elə o vaxtdan hər il şəhərin abadlaşdırılması məqsədilə ayrılan 90-100 min manat civarında maliyyə vəsaiti Balakişiyevin sərəncamına verilib. Hətta ötəri, vizual müşahidə ilə də görmək mümkündür ki, bunca vəsaitin qarşılığında şəhərdə çox az abadlıq-quruculuq işləri həyata keçirilib. Görülən işlərin də keyfiyyətindən oğurlanıb. Bir məqamı da xüsusi qeyd etməyə dəyər ki, bu sahədə yerinə yetirilən işlərin əksər hissəsi iməcilik yolu ilə şəhərin idarə, müəssisə, təşkilatlarının əmək kollektivlərinin zorla cəlb olunduqları iməciliklər yolu ilə istismar edilmələri hesabına gerçəkləşdirilib. Və əlbəttə ki, işlərin həcmi şişirdilmiş rəqəmlərlə ifadə olunaraq şəhər nümayəndəliyinin aktivinə yazılaraq başçı ilə nümayəndəlik sədrinin hesabatlarında öz əksini tapıb. Keyfiyyəti oğurlanmış, göstəriciləri şişirdilmiş həmin işlərin sırası uzundur.
Realmedia.az ötən sayında açıq-aydın Beyləqandakı büdcə oğurluğu haqda yazıb. Qeyd etmişik ki, rayonda “səkisalma” prosesi altda dövlət büdcəsi talan edilir. Konkret ünvan, konkret şəxslər göstərilib.
Vurğulamışıq ki, səki maxinasiyalarını Mobil Həsənov reallaşdırır. Hansı ki, “STAR 2017” MMC-nin rəhbəridir. Onun arxasındakı şəxs və konkret korrupsiya piramidasını quran isə Bakir Balakişiyevdir.

Uşaqların yeməyinə göz dikən korrupsioner

Bakir Balakişiyevin “tamet” maxinasiyasından əlavə gəlir yeri şəhərdə fəaliyyət göstərən 6 uşaq məktəbəqədər təhsil müəssisəsinə aylıq ayrılan 1 (bir) ton ətiyoxa çıxarmasıdır. B. Balakişiyev Beyləqanın uşaq bağçalarını ətlə təmin edən “Meyvəli” firmasının Ağcabədi filialının rəhbərliyi ilə sövdələşməyə gedib.
Ümumiyyətlə, təkcə ət və ət məhsullarının deyil, ərzağın bütün digər növlərinin də çox hissəsinin icra nümayəndəsi və işbaz ortaqları tərəfindən “xırıd” edildiyi, həmçinin, uşaq müəssisələri rəhbərlərinin üzərinə aylıq 100 (bir yüz) manat haqq qoyulduğu qeyd olunur. Əlbəttə, Balakişiyevin həyat yoldaşının müdirlik etdiyi 1 saylı uşaq bağçası bu “taqsa”dan azaddır. Bağça 140 yerlik olsa da, burada günün eyni vaxtında uzaqbaşı 20-30 uşağı bir arada görmək mümkündür. Qalanların normativ üzrə kağız üzərində istehlak etmişlərmiş kimi göstərilən ərzaq payları (uşaq gününə düşən faktiki ərzaq xərcləri) isə mənimsənilir. Elə həmin məhdud sayda uşaqlara verilən yeməkdən də oğurlanır.
Qısası-Beyləqan şəhər icra nümayəndəliyi “Meyvəli” firması ilə arasında ərzaq məhsullarının siyahısında ət məhsulu qeyd olunsa da, uşaq bağçalarına verilən siyahıda ümumiyyətlə ət məhsulu göstərilmir. Yəni, Bakir Balakişiyev əlavə siyahı tətbiq edərək tabeçiliyində fəaliyyət göstərən uşaq bağçalarına nəzərdə tutulmuş əti siyahıdan çıxardıb.

İnventar maxinasiyası

Beyləqan şəhərində uşaq müəssisələrinin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən, məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınır. Satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi ciddi nöqsanlara yol verilir. Sadə dillə desək pul silinir , köhnə inventar təzə adı ilə qeyd edilir.
Bütün bunların maliyyə işçiləri tərəfindən aşkarlanması az bir zaman məsələsidir. Hazirda Balakişiyev Maliyyə Nazirliyi ilə “danışığa getmək” , işi ört-basdır etmək üçün çalışır. Ancaq bu dəfə alınmayacaq.

Çox güman ki, Beyləqan meri barəsində cinayət işi başlanacaq.

Hadisələri izləyəcəyik.

Realmedia.az

Şərhlər

XƏBƏR LENTİ