SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubada bir kəndin camaatı yeni icra başçısından kömək istədi

Qubada bir kəndin camaatı yeni icra başçısından kömək istədi

Tarix:

7-12-2017, 11:39

/ 2 463 dəfə oxundu.
Qubada bir kəndin camaatı yeni icra başçısından kömək istədi

Yox olmuş 570 min manat vəsaitin naməlum taleyi

Qubanın bərbad vəziyyətdə, zəlzələ nəticəsində ciddi zədə almış Zərqava kənd məktəbinin bərpasına Nazirlər Kabineti 570 min manat vəsait ayrılıb, amma bu vəsait düzgün xərclənməyib.
Bu barədə Zərqava sakinləri məlumat verib. Valideynlərin sözlərinə görə, məktəb təbii hadisələrdən istifadəsiz və yararsız hala düşdüyündən uşaqlar qonşuluqdakı bu binadan da təhlükəli köhnə klub binasına köçürülüb.
2015 -ci ilin payız ayında məktəbin əsaslı bərpasına başlanılıb və qeyd edilən kimi, Nazirlər Kabineti nə az, nə çox - düz 570 min manat vəsait ayırıb və tikintiyə start verilib. Zərqava sakinləri deyir ki, 3 ildir məktəbdə bərpa işləri gedir, amma uzun müddət tikinti təşkilatı işə fasilə verdiyindən məktəbin bərpası xeyli yubanıb. Bu dərs ilinə bir-iki ay qalmış rayon icra hakimiyyətinin tapşırığı ilə kənd icra nümayəndəliyi, məktəb və valideyn kollektivinin qüvvəsilə məktəbin bərpa işləri davam etdirilib, artıq şagirdlər iki növbəli dərs keçməklə 1-ci mərtəbəyə yerləşdiriliblər. Məktəbdə tikinti təşkilatının qoyub getdiyi inşaat materialları hesabına indi 2-ci mərtəbədə də işlər davam etdirilir.
Valideynlər başıbəlalı bu məktəbin bərpasının gecikməsindən çox narahatdırlar. Onlar dövlət vəsaiti ayrılan məktəbin 3 ildir istifadəyə hazır olmamasının səbəbini heç cür anlamırlar. Vəsait hara xərclənib ki, bu qədər gecikmə oldu? Quba təhsil şöbəsinin müdiri, suallarımızdan heç vaxt yayınmayan Loğman Müslümova valideynlərin bu sualını çatdırsaq da, cənab Müslümov vəsaitun hara xərclənməsi barədə məlumatsız olduğunu dedi. Zərqava məktəbini bərpa edən tikinti təşkilatının rəhbəri Nadir Quliyevlə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı. Quba icra başçısının təhsil məsələlərinə baxan müavini Rəxşəndə Bayramova həmişə olduğu kimi, telefon zənglərimizi cavablandırmadı.
Valideynlər isə Qubanın yeni icra başçısı Ziyəddin Əliyevdən bu məsələdə kömək istəyirlər. Onlar rayonun yeni rəhbərinin məktəbin bərpası işlərinin başa çatmasında, hələ əl dəyməyən fasadının təmirində kömək göstərməsini xahiş edirlər.

Şərhlər

XƏBƏR LENTİ