yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ramiz Yediyarov YAP üzvünü müxalifətə calayır... - ŞİKAYƏT

Ramiz Yediyarov YAP üzvünü müxalifətə calayır... - ŞİKAYƏT
7-12-2017, 10:57 89 dəfə baxılıb

Obyektinin qapısı Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən hörülərək fəaliyyəti dayandırılmış gədəbəyli sahibkar növbəti dəfə ölkə rəhbərliyinə müraciət edib.
Gununsesi.info xəbər verir ki, Fəxrəddin Bağırovun ölkə başçısına müraciətində belə deyilir:
“Hörmətli cənab prezident, artıq 1 aya yaxındır ki, rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun cinayət əməllərinin nəticəsində obyektimin fəaliyyəti dayanıb.
Özüm rayondan didərgin düşmüşəm. Bu 1 ay müddətində bütün dövlət orqanlarına dəfələrlə şikayət ərizəsi yazmışam. Çox təəssüf ki, bütün şikayətlərim araşdırılmaq üçün mənə qarşı cinayət törətmiş şəxsə – rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarova göndərilib. Başçı isə törətdiyi əməlləri ört-basdır etmək üçün, diqqəti əsas məsələdən yayındırıb mənim və qohumlarımın üzərinə yönəltməyə çalışır. Başçı şikayət etdiyim orqanlara mənim və qardaşımın guya müxalifətə qoşulmağımızla bağlı çirkin iftira dolu məlumatlar verir.
Bununla bağlı sizə əvvəlki müraciətimdə bildirmişdim mən ömrüm boyu heç bir partiyanın üzvü olmamışam, bitərəfəm. Qardaşım 1977 -ci il təvəllüdlü Rövşən Fərəməzoğlu Bağırov 2000-ci ildən hal-hazıradək Yeni Azərbaycan Partiyasının üzvüdür. Qardaşım bu partiyaya 23 yaşı tamam olmamış daxil olub, amma ona müxalifətçi damğası vurmaq istəyən Ramiz Yediyarov həmin partiyaya 46 yaşında, başçı təyin ediləndən sonra daxil olub.
Bunları qeyd etməkdə məqsədim Yediyarovun xoşuna gəlməyən insanlara necə siyasi çamur ataraq ləkələməsini və törətdiyi cinayətlərin məsuliyyətindən yayınmasını diqqətinizə çatdırmaqdır”.
Qeyd edək ki, Gədəbəyin icra başçısı Ramiz Yediyarov 1 ay öncə sahibkar Fəxrəddin Bağırovun obyektinin qapısını bağlatdırıb. Sahibkarın işi iflic duruma salınıb, özünü isə rayondan didərgin salıblar. Sahibkar müxtəlif dövlət orqanlarına müraciət etməklə başçının qanunsuz əməllərinə son qoyulmasını, sahibkarlıq fəaliyyətinin davam etdirilməsinin təmin olunması üçün tədbirlər görülməsini xahiş edib.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Ramiz Yediyarov YAP üzvünü müxalifətə calayır... - ŞİKAYƏT
Ramiz Yediyarov YAP üzvünü müxalifətə calayır... - ŞİKAYƏT


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Ramiz, YAP, muxalifete, , uzvunu, calayir, Yediyarov, ShKAYET
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ