SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazirə Cəlilabadın maliyyə rəisini yoxlamağa çağırış edildi - Şok dosye

Nazirə Cəlilabadın maliyyə rəisini yoxlamağa çağırış edildi - Şok dosye

Tarix:

7-12-2017, 10:23

/ 1 392 dəfə oxundu.
Nazirə Cəlilabadın maliyyə rəisini yoxlamağa çağırış edildi - Şok dosye

Cəlilabadın Maliyyə İdarəsi rəisi Əlinazim Quliyevin maxinasiyaları nazirliyə məruzə olunub
Bu barədə verilən xəbərə görə, Ə.Quliyevin yeyintiyə yol verməsi təsbit edilib.
Maliyyə rəisi bu işləri həyata keçirərkən heç kəslə hesablaşmayıb və büdcə təşkilatlarını özündən asılı vəziyyətə salıb. Ə.Quliyev qazandığı pullara mal-mülk, biznes obyektləri əldə edib.
Onun fəaliyyəti ciddi şəkildə narazılığa səbəb olub. Çünki heç bir tərəflə hesablaşmayan maliyyə rəisi ətrafında halqa daralıb.
Ə.Quliyevin qanunsuz işlərinin olduğunu iddia edən büdcə təşkilatları maliyyə naziri Samir Şərifova dosye göndəriblər.
Onun fəaliyyətinin yoxlanılması və təftiş edilməsi istənilir. Nazirdən Cəlilabada komissiya göndərilməsi xahiş olunur.
İndiyə qədər anonim məktublarla dolu şikayətlər nazirliyə göndərilsə də, S.Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görməyib.
Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış bu şəxs indi Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyir.
Quliyev Əlinazim Şahsuvar oğlu qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır.
Üstəlik, dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə,o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz.
Bütun bunlara baxmayaraq, hazırda Cəlilabad rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev orta ixtisaslı maliyyəçidir.
Onun diplomunun saxta olması haqda mətbuatda iddialar səslənib.
Ə.Quliyevin maliyyə nazirinin tapşırıqlarına zidd getdiyi, rayonda idarə və müəssisələrə “hesab” qoyduğu bildirilir.
S.Şərifovun onu bu postda saxlaması rayonda təəccüblə qarşılanır. Cəlilabadda məmurlar onun nə zaman istefaya göndəriləcəyini gözləyirlər.
Deyirlər ki, maliyyə rəisinin əməllərini ifşa etmək üçün bir yoxlama kifayətdir. Hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir.
Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər? Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb?
Bu da azmış kimi, idarə rəisi bəzi KİV-lərdə özü haqda tərifli yazılar yazdırır. Nazirin etmədiyinə cürət edən Ə.Quliyev özünü yaxşı maliyyəçi kimi təqdim edir.
İdarənin rəisi büdcə təşkilatları üçün ayrılmış pulların bir qismini özünə götürür. Həmin idarə və müəssisə rəhbərlərinə deyir ki, yalnız bu şəkildə onlara hər il pul ayrılmasına şərait yarada bilər.
Bundan əlavə o, ilin sonlarında büdcə təşkilatları ilə də anlaşaraq, onlar üçün büdcədən əlavə pulların ayrılmasını həyata keçirir.
İddaialara görə, hər hansı bir idarə və müəssisə rəhbəri əlavə olaran pul tələb edirsə, bəribaşdan maliyyə idarəsinin müdirinə onun 20 faizini verməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ