SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ucarda korrupsiya: Gənclər Mərkəzi dağılır – Fotolar/Video

Ucarda korrupsiya: Gənclər Mərkəzi dağılır – Fotolar/Video

Tarix:

7-12-2017, 10:00

/ 2 838 dəfə oxundu.
Ucarda korrupsiya: Gənclər Mərkəzi dağılır – Fotolar/Video

Ucar rayon Gənclər Mərkəzinin binası 06.10.2015 ci ildə yerli sakinlərin istifadəsinə verilib. Heç iki il tamam olmamış bina uçub-tökülür.
Hazırda Gənclər Mərkəzinin pilləkənləri dağılıb və bu faktı əks etdirən fotolardan da mənzərə görünür.
Ucar sakini Aqil İbrahimov yazıb ki, bura bir çox tələbələrin təlim-tədris keçdiyi bir binadır. Binanın üstü də uçulub tökülür.
Bura gedib-gələn insanların faciə ilə üzləşməyəcəyi, başına daş tökülməyəcəyinə zəmanət verilmir.
Deyilənə görə, ustaları işlədib pul verilməyib. Onlar da səhlənkar yanaşıblar. Görünür ki, Ucar Rayon İcra Hakimiyyətinə mərkəzin tikintisi üçün ayrılan pullar mənimsənib.
Maraqlısı budur ki, mərkəzin tikintisinə ayrılan maliyyə və smeta dəyəri hada heç bir informasiyaya rast gəlmək olmur.
Çünki Ucar RİH-nin rəsmi saytında fəaliyyət bölümündə yalnız 2014-cü ildə görülən işlər və 2015-ci ildə görülməsi nəzərdə tutulan proqramlar haqda məlumatlar yerləşdirilib.
Gənclər Mərkəzinə aid bir sətir də yoxdur. 2016 və 2017-cı illərə aid isə heç bir cümlədə də yazılmayıb. Yeri gəlmişkən, 2015-ci ildə prezident İlham Əliyev Ucar Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, üçmərtəbəli binanın ərazisi 2 min kvadratmetrdir. Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir.
Rəsmi məlumatda deyilib ki, xarici ölkələrdə istehsal olunan müasir avadanlıqların quraşdırıldığı zalda 7D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılıb.
Elektron kitabxana və konfrans zalı da bütün lazımi avadanlıqla təchiz olunub. Burada, həmçinin atıcılıq salonu da təşkil edilib.
Rəsmi xəbərdə bildirilib ki, mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir.
Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək.
Xatırladaq ki, Ucarın icra başçısı Mənsur Məmmədovdur. O, bundan qabaq Göyçayın icra hakimi olub. M.Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur.

AzEuroNews.com

Ucarda korrupsiya: Gənclər Mərkəzi dağılır – Fotolar/Video
Ucarda korrupsiya: Gənclər Mərkəzi dağılır – Fotolar/Video
Ucarda korrupsiya: Gənclər Mərkəzi dağılır – Fotolar/Video
Ucarda korrupsiya: Gənclər Mərkəzi dağılır – Fotolar/Video

Şərhlər

XƏBƏR LENTİ