SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Övladından imtina edən müstəntiq Cəlilabadda

Övladından imtina edən müstəntiq Cəlilabadda

Tarix:

5-12-2017, 11:26

/ 6 232 dəfə oxundu.
Övladından imtina edən müstəntiq Cəlilabadda

Bir müddət əvvəl sosial şəbəkələrdə və mediada Sabirabad Rayon Polis Şöbəsinin müstəntiqi Elnur Əliyevlə bağlı materiallar dərc olunurdu. Salyan şəhər sakini Səidə Əliyeva bu barədə video müraciət yaymışdı. O bildirirdi ki, polis müstəntiqi onunla münasibət yaradıb. Bir müddət birgə yaşayıblar. Səidənin hamilə olduğunu bilən Elnur Əliyev müxtəlif yollarla ana bətnindəki körpəni tələf etməyə çalışıb. Bu yöndə Bakıda obort əməliyyatı aparacaq ginekoloq da tapıb. Lakin bütün bunlarla razılaşmayan Səidə Əliyeva körpəni dünyaya gətirib. Bundan sonra iş karyerasının təhlükədə olduğunu görən müstəntiq məcbur qalıb uşağın atalığının tanınmasına razılıq verib və Səidə Əliyeva ilə qanuni "zaksa" girib. Elə həmin gün uşaqla anasını yolda ataraq aradan çıxıb.
Səidə Əliyeva məsələni ictimailəşdirdikdən sonra Elnur uşağın onun olmaması barədə məhkəmə çəkişməsi başladıb. DNT analizinin cavabının keçikməsi üzündən məhkəmə qərarı yubadılır. Səidə Əkiyeva bu məsələdə də Elnur Əliyevi himayə edənlərin barmağının olmasını düşünür.
Səidə Əliyeva Elnur Əliyevi müdafiə edənlər sırasında Sabirabad rayon Polis Şöbəsinin keçmiş rəisi Mübariz Quliyevin də adını hallandırırdı. Mübariz Quliyev Cəlilabad rayonuna polis rəisi təyin olunandan sonra Elnur Əliyevin də vəziyyəti pisləşib. Vəzifəsi kiçildilərək Saatlı rayon Polis Şöbəsinə təhqiqatçı vəzifəsinə göndərilib.
Mübariz Quliyev Cəlilabadda möhkəmlənən kimi keçmiş işçilərini başına toplamağa başlayıb. Öz övladından intina edən Elnur Əliyevi yenidən Cəlilabad polisində müstəntiq vəzifəsinə təyin etdirib.
Bunu bilən Səidə Əliyeva dünən Cəlilabadda olub. Elnur Əliyeva öz övladına sahib çıxmağı xatırladıb. Heç olmasa aliment ödəməsini bildirib.
Övladından qaçan polis ata işçi yoldaşları və Cəlilabad sakinlərinin gözü qarşısında gözəl-göyçək döyüşlərə qonaq edilib.

Şərhlər

XƏBƏR LENTİ