SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qusarın İcra başçısı rus qəbiristanlığını sataraq yerində kommersiya obyektlərinə icazə verdi

Qusarın İcra başçısı rus qəbiristanlığını sataraq yerində kommersiya obyektlərinə icazə verdi

Tarix:

4-12-2017, 14:10

/ 4 513 dəfə oxundu.
Qusarın İcra başçısı rus qəbiristanlığını sataraq yerində kommersiya obyektlərinə icazə verdi

Harınlaşmış, azğınlaşmış, tamahkar Qusar RİHB-sı Şair Alxasov Qusarda mövcud olmuş Qusar polkunda xidmət edərkən dünyasını dəyişmiş rus əsgər və zabitləri dəfn olunmuş torpaq sahəsini da sataraq, həmin ərazidə kommersiya tipli binaların tikintisinə sərəncam vermişdir.
xalqxeber.az redaksiyaya daxil olan prezidentə müraciəti oxuculara təqdim edir

Hörmətli, cənab prezdent.

Sizin siyasi və iqtisadi kursunuzu hər an bəyənərək, daima dəstəkləməyə hazırıq.

Qusar RİHB-sı Şair Alxasov 10 ildir ki, Qusar RİHB-sı vəzifəsində işləyir. Demək olar ki, 10 il ərzində Şair Alxasov Qusar rayon vətəndaşların problemləri, qayğıları, müraciət, xahişləri ilə maraqlanmayaraq, rayon camaatı ilə təvəzökar davranmayaraq, öz biznesin həcminin genişləndirilməsi, rayonda mövcud obyektlərin, torpaq sahələrin özünə yaxın adamların adlarına özəlləşdirməklə məşğul olmuşdur.
Hesab edirəm ki, 10 il ərzində Qusar rayonu ərazisində heç bir abadlıq quruculuq işləri aparmamış, Azərbaycan Respublikasının prezidenti, hörmətli, İlham Əliyev cənabları tərəfindən, prezdentin ehtiyat fondundan ünvanlı olaraq buraxılmış milyonlarla vəsaiti səmərəli xərcləməmiş, hətta yeyinti hallarına yol vermiş, rayona investisiya cəlb etməklə, işsiz rayon camaatının işlə təmin edilməsi məqsədilə heç bir təşəbbüs göstərməyərək, qanunsuz kommersiya fəaliyyətilə məşğul olmaqla, şəxsi biznesin həcminin artırilması ilə məşğul olmuşdur.

Qusar RİHB-sı Şair Alxasovun qanunsuz hərəkətlərindən misal üçün aşağıdakıları göstərmək olar :

Şair Alxasov Qusar şəhərində yaşadığımız evimizə yaxın, Qusarda mövcud olmuş " Qusar " rus polkunda xidmət edərkən dünyasını dəyişmiş rus əsgərləri, zabitləri dəfn edilmiş, " Şabalıd " parkı adlı qəbristanın torpaq sahəsini Qusar RİHB-nın ictimai -siyasi, humanitar məsələlər üzrə müavini Mustafayev Elman Əkbər oğluna sataraq, həmin torpaq sahədə , avtoyuma, mağaza, restoran, digər təyinatlı kommersiya obyektlərin tikintisinə icazə vermişdir. Hal hazırda həmin obyektlər qəbristanlıq ərazisində fəaliyyət göstərir. Qəbristanlığın qalan torpaq sahəsi də Qusar RİHB-sı Şair Alxasov tərəfindən naməlum şəxslərə satılaraq, həmin ərazidə 1 metrəyə yaxın bünövrə qazılaraq, tikinti materialları gətirilərək, tikinti işləri davam etdirilir. Həmin torpaq sahədə, həmin binadan başqa 2 mərtəbəli çayxana tikilərək istifadəyə verilmişdir.
Qusar RİHB-nın əməkdaşı Elman Mustafayev həmin qəbristanlıqda tikinti işləri apararkən, həmin ərazidə dəfn edilmiş, hətta adı yazılmış mayor rütbəsində xidmət etmiş rus zabitinin adı olan qəbir qaşı aşkar edilmışdir. Həmin qəbristanlıq yaşayış evimizə yaxın oldüğu üçün, həmin hadisənin də şahidi olmuşam. Elman Mustafayevin tapşırığı ilə həmin qəbir daşı və məzar qalıqları naməlum istiqamətə aparılaraq atılmışdır.
Qusar RİHB-sı Şair Alxasov yaşayış evimizə yaxın olan, uşaqlarımız üçün əyləncə, istirahət parkı kimi tikilərək, istifadəmizə verilərək, uşaqlarımız tərəfindən uzun müddət istifadə edilən torpaq sahəsini qanunsuz sataraq, həmin torpaq sahədə yaşayış evlərin tikintisinə icazə vermişdir.Hal-hazırda həmin torpaq sahədə 1 ədəd yaşayış evi tikilmiş, 1 ədəd də 2 mərtəbəli yaşayış evinin tikintisi davam etməkdədir. Həmin park Qusar RİHB- nın 1-ci müavini işləmiş, Alik Balamətova məxsus yaşayış evinin yanındadır.
Qusar RİH-in mərhum başçısı İkram Əmirovun sərəncamı əsasında Qusar RİH-in sabiq müavini Alik Balamətov cənabları həmin parkı təmir etdirərək, çoxlu sayda ağaclar əkdirmiş, uşaqlarımız üçün qiymətli əyləncə avadanlıqları quraşdıraraq uşaqlarışızın istifadəsinə vermişdi, ancaq uşaqlarımızın sevinci çox çəkmədi, Şair Alxasov uşaqlarımızın sevincini ürəklərdə qoymaqla, həmin torpaq sahəni naməlum vəzifəli şəxslərə satdı. Qusar RİHB-nın belə qanunsuz hərəkətləri qonşularımızın, yaxınlarımızın haqlı narazılığına və hiddətinə səbəb oldu.
Alik Balamətov tərəfindən külli miqdarda vəsait xərclənərək gətirilmiş qiymətli uşaq-əyləncə avadanlıqları parkın bir küncünə atılaraq, istifadəsiz qalmaqla çürüməkdədir.
Qusar RİHB-sı Şair Alxasov uzun müddət uşaq xəstəxanası kimi fəaliyyət göstərmiş xəstəxanaya məxsus bir heçə hektar strateji torpaq sahəsini özünə yaxın vətəndaşların adına şübhə doğuran sənədlər əsasında özəlləşdirərək, həmin torpa sahədə bazar tikdirərək, Qusar şəhərində uzun müddət fəaliyyət göstərən, Dövlət Əmlak Komitəsinin balansında fəaliyyət göstərən, həyat yoldaşını itirmiş, dul qadın, hal-hazırda da həmin bazara rəhbərlik edən, qeyrətli, vətənpərvər , Qusar camaatının böyük hörmətini qazanmış, sahibkarlarla hörmətlə, təvəzökar davranan Tiflisə xanım Gazarovun işinə maneçilik törətməklə, bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarları zor gücünə öz bazarına aparmaq istəmiş, lakin sahibkarlar həmin bazarın YDM-nə yaxın olduğu, bazar ərazisinin kiçik olduğu, bazarda rüsumun çox yüksək olduğu üçün həmin bazara getməsinə etiraz etmişdir. Qusar RİHB-nın qanunsuz hərəkətləri KİV-i tərəfindən işıqlandırılmaqla ictimaiyyətə çatdırılmışdır. Həmin vaxt bazada olduğum üçün Şair Alxasovun qanunsuz hərəkətlərin şahidi olmuşam, hətta öz narazılığımı da internet saytlarında ictimaiyyətlə bölüşmüşəm.
Qusar RİHB-sı Şair Alxasov Qusar camaatının, avtomobillərin, vətəndaşların hərəkətinə mane olmaqla, heç bir ehtiyacı olmayan, təzə tikdirdiyi bazara yaxın olan ərazidə təzə işıqfor quraşdırmasına sərəncam verməklə, ehtiyac olmayan yerdə işıqfor quraşdırmaqla vətəndaşların qanunla qorunan hüquqlarını pozmuşdur.
Qusar RİHB-sı Şair Alxasov Qusar şəhərində, Heydər Əliyev prospektində uzun müddət 8 illik məktəb kimi fəaliyyət göstərmiş məktəb binasını sökdürərək, məktəb binasına məxsus bir neçə hektar torpaq sahəsini şübhə doğuran sənədlər əsasında özünə yaxın vətəndaşların adlarına özəlləşdirərək, həmin torpaq sahədə, dəyəri milyonlarla qiyymətləndirilə biləcək 5 mərtəbəli, naməlum təyinatlı binanı tikdirərək, təmir-tikinti işlərini davam etdirməkdədir. Şair Alxasov həmin 5 mərtəbəli binanın qarşısında böyük bir imarət tikərək, hal-hazırda da həmin binada və ya özünə məxsus başqa yaşayış evlərində qalır.
Qusar RİHB-sı Şair AlxasoV Qusar şəhərində Mehmanxana kimi uzun müddət fəaliyyət göstərmiş mehmanxananı, mehmanxananın torpaq sahəsini şübhə doğuran sənədlər əsasında özünə yaxın vətəndaşların adlarına özəlləşdirərək, ətrafına hasar çəkmişdirş.
Həmin torpaq sahə Qusar RİH-nə təzə tikilən binanın yanında olduğu üçün , nədənsə həmin torpaq sahədə tikinti işləri aparılmamışdır.
Demək olar ki, Qusar RİHB-nın qanunsuz hərəkətlərini tam və ətraflı əsaslandıra bilməsəm də, hesab edirəm ki, Şair Alxasovun qanunsuz hərəkətlərin dairəsi çox böyükdür.
Qusar RİHB-sı Şair Alxasovun qanunsuz hərəkətlərinə, ancaq Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənablarının sərəncamı əsasında yoxlanılmaqla, qəbul edilmiş qərarı əsasında qiymətləndirilə bilər.

Hörmətli cənab prezdent.

Müraciətim nəzərə almaqla, Qusar RİHB-sı Şair Alxasovun 10 illik fəaliyyətinin yoxlanılmasına sərəncam verməklə, fəaliyyəti qiymətləndirilməklə, qanunxuz əldə etdiyi milyonlarla vəsaiti Dövlətimizin büdcəsinə mədaxil edilməklə, Şair Alxasov barədə qanunauyğun tədbir görülməsi üçün aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən dönə dönə xahiş edirəm.

Sizin siyasi, iqtisadi kursunuzu bəyənərək, daima dəstəkləyən , Qusar şəhər sakini , 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ