yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bərdə səhiyyəsində gestapo, girov, işgəncə, soyğunçuluq, uşaq ölümü-Video

Bərdə səhiyyəsində gestapo, girov, işgəncə, soyğunçuluq, uşaq ölümü-Video
15-02-2017, 00:23 945 dəfə baxılıb

Bərdə Rayon Mərkəzi Xəstəxanası (RMX) gestapo və Quantanamoya çevrilib. Ölkə səhiyyəsi adına rəzalət olan bu tibb müəssisəsində xəstələr girov saxlanır, başlarına olmazın müsibətlər gətirilir, tibbi işgəncələr verilir, yaxınları soğan qabığı kimi soyulur.

Məlumata görə, Səhiyyə Nazirliyinə həyəcan təbili çalan Bərdə sakinlərinin fəryadını eşidən yoxdur. Nazir Oqtay Şirəliyev Bərdə RMX-da baş verənlərə şahid olsa və yoxlama aparılsa tibb ocağının qəssabxanaya, sallaqxanaya, morqa çevrildiyini görəcək.

Respublikanın heç bir regional xəstəxanasında Bərdədə olduğu kimi, dəhşət və acınacaqlı vəziyyət hökm sürmür. Hətta iş o yerə çatıb ki, baş həkim Rəna Mustafayeva nazirliyin “Qaynar xətt”ində də özünə adamlar tapıb.

Nazirlikdə çalışanlar Bərdədən gələn şikayətləri ya qeydə almır, ya da yaddaşda saxlayır, təkrar zəng gələndə imtina olunur. Əsirlikdə qalmış adamları xatırladan bərdəlilər və burada yaşayan məcburi köçkünlər R.Mustafayevanın girovluğundan qurtula bilmir.

Bərdə RMX-da özbaşınalıq, laqeydlik, rüşvət, şəraitsizlik, xəstələrdən pul qoparmayınca evə buraxmamaq, özəlliklə doğum şöbəsində biabırçılıq yaşanır. Bir müddət əvvəl doğum şöbəsindən kadrlar da təqdim etmişdik.

Şöbənin baş həkimi Tünzalə Quliyevanın rəhbərlik etdiyi doğum evində xəstələrin başına müsibət gətirilir, rüşvətxorluq, özbaşınalıq, dərəbəylik, yiyəsizlik hökm sürür.

Doğum evində biabırçı kadrlarda ən çox baş həkim Tünzalə Quliyevanın, Kifayət və Xuraman adlı həkimlərin adı hallanır. Onun vətəndaşlara qarşı kobud davranışı, pasientlərə əl qaldırması, fiziki zorakılıq göstərməsi lentə alınıb.

Məlumata görə, videoların yayımlanmasından sonra redaksiyamızla əlaqə saxlanıb kadrların silinməsi tələb olunub.

Bunun keçərli olmadığını görəndə Rəna Mustafayeva və Tünzalə Quliyeva şöbədə toplantı keçirib, istintaq hərəkətləri aparıb, görüntüləri kimlərin çəkib yaydığını aydınlaşdırmağa çalışıb.

Ardınca əməkdaşımıza zəng edən Zaur adlı şəxs bildirib ki, baş həkim kadrların yayılmasına görə onun həyat yoldaşından şübhələnir.

Baş həkim tədbir görmək, neqativ halları aradan qaldırmaq və problemləri həll etmək yerinə “cani” axtarışına çıxıb. Fakt isə faktlığında qalır: Bərdə RMX-da və əsasən də doğum şöbəsində qəssab xidməti göstərilir.

Bundan əlavə, Rəna Mustafayevanın adı hesabat adı ilə işçilərdən 500 manat yığmaqda, tender oyunlarında, tibbi ləvazimatların apteklərə satılmasında, qida məhsullarının bazarlığında hallanıb.

Mətbuatı qərəzli və qeyri-dəqiq informasiyalar yaymaqda ittiham edən nazirlik yaxşı olar ki, Bərdə rayon Doğum Evində baş verənlərdən agah olsun.

Hər halda bu rüsvayçı vəziyyətin yaranmasının səbəbkarı media yox, nazirliyin laqeyd münasibətidir. Bərdə doğum şöbəsində bir neçə uşaq həkim səhlənkarlığından dünyasını dəyişib.

Faktları təqdim edirik: rayonun Şatırlı kənd sakini İlahə Ağarza qızı Qasımovanın Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı ölüb. Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Doğuşdan 5 gün sonra isə körpənin meyiti onlara təqdim olunub.

Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia edirlər. Ağdam rayon Paşabəyli kənd sakini, 30 yaşlı Sevinc Əli qızı Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Doğuş çətin olduğundan ananın həyatını xilas etmək üçün cərrahiyyə üsulu həyata keçirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb. Sevinc Quliyevanın qayınanası Pəri Quliyeva qeyd edib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub.

Yevlax rayon sakini 25 yaşlı Aynur Məhərrəm qızı Manafova Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. O, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb. Bu, mərhum ananın ikinci doğuşu olub. Hadisə qeysəriyyə əməliyyatı zamanı baş verib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ