SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəhid qardaşından Şirvandan qovulan Neftçalanın baş memarına ittihamlar

Şəhid qardaşından Şirvandan qovulan Neftçalanın baş memarına ittihamlar

Tarix:

22-11-2017, 09:41

/ 1 470 dəfə oxundu.
Şəhid qardaşından Şirvandan qovulan Neftçalanın baş memarına ittihamlar

Qarabağ uğrunda gedən döyüşlərdə 1993-cü ilin avqustun 23-də itkin düşən Səmədov Taleh Şahbala oğlunun qardaşı Səmədov Vahid Şahbala oğlu məktub yazıb
Prezident İlham Əliyevə müraciət edərək Neftçala rayonun baş memarı Vüqar Nağıyevin əlindən cana doyduğunu bildirən şəhid qardaşı kömək istəyir.
Şəhid qardaşı bildirir ki, 2016-cı ildə oğlumun adına qanuni sənədlərlə dövlət reyestr xidmətinin verdiyi çıxarışla 06 sot həytyanı torpaq sahəsi alıb:
“Camaatın torpaqlarını haqsızlıqla zəbt edib alan qonşumuz Azayeva Mafiyət və əri Azayev Mobil gəlib mənimlə dava elədilər ki, həmin torpaq bizimdir. Bizə həmin torpağı Neftçalanın baş memarı Vüqar Nağıyev satıb. Təsəvvür edin 1 il 9 aydır ki, Vüqar Nağıyevlə Mafiyət Azayevanın əlindən evi tikə bilmirəm. 1 il 9 aydır məni məhkəmələrdə süründürürlər. Şəhid anası olan anam Zərbəliyeva Gülbikə Balaheydər qızı məhkəmələrdə süründürməçilikdən bu ilin fevral ayının 6-da ürəyi partladı öldü. Vüqar Nağıyev yenə də bizdən əl çəkmədi. Məhkəmədə bizə qarşı iddia qaldırıb bizi get-gələ salıb əsəblərimizlə oynayır”.
Vüqar Nağıyev Neftçaladan əvvəl Şirvan şəhər icra hakimiyyətində baş memar işləyirdi.
Şəhid qardaşının sözlərinə görə, Şirvanda torpaqları saxta sənədlərlə camaata satdığına görə icra başçısı Mərdan Camalov axırı onu işdən qovdu:
“Şirvanı alt üst edib Neftçalanı bərbad günə qoymağa gedib. Şirvandan getsə də, yenə əməllərini yerə qoymur. Şirvanda yerləşən reyestr idarəsidə Vüqarın saxta sənədlərinin əlində girinc giriftar qalıblar. Mən Prezidentimiz İlham Əliyevə şəxsən şəhid qardaşı kimi müraciət edirəm. Vüqar Nağıyevin qanunsuz, saxta əməlləri hüquq mühafizə orqanları tərəfindən araşdırılsın və barəsində ölçü götürülsün bizim canımız rahat olsun.
Yoxsa bu adam anamın ürəyini partladıb öldürdüyü kimi məni, balalarımı cinayətə sürükləyir həyatımızla oynayır. Mən əminəm ki, Vüqar Nağıyev barəsində ciddi öıçü götürüləcək və Şirvan camaatının canı dincələcək”.

palitika.az

Şərhlər

XƏBƏR LENTİ