SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xızı sakini nədən şikayətçi düşüb? - ŞİKAYƏT

Xızı sakini nədən şikayətçi düşüb? - ŞİKAYƏT

Tarix:

21-11-2017, 10:24

/ 2 384 dəfə oxundu.
Xızı sakini nədən şikayətçi düşüb? - ŞİKAYƏT

1918-ci ildən bəri ata-babanın sənəd-sübutla yurd qurub yaşadığı, əkib-becərdiyi bir torpağın var. İndiyədək də özün, övladların, nəvələrin böyüyüb yaşamaqdadır. Sonra da külfətin böyüdüyündən qanunla müəyyən edilmiş qaydada əlavə torpaq sahəsi də alıb öz torpağına qatmısan...
Və günlərin bir günü hardansa bir neçə məxluq peyda olur və əllərində saxta bir sənəd tutub deyirlər ki, bəs bu torpaqların yarısı bizim bir tanışımızındır, boşalt bu ərazini...
Sən and-aman eləsən də ki, a kişilər, bu torpaq mənim sənədli-sübutlu dədə-baba torpağımdır, bir hissəsin də pulla, sənədlə almışam, faydası olmur. Səni məhkəməyə verirlər, prokurorluq sənin sənədlərini araşdırır, onlarınkını araşdırmır. Hakim qərar verir ki, illərdir min zəhmətə qatlanıb yaşadığın torpağından çıxmalısan...
Müasir Azərbaycandakı məmur səhlənkarlığı, özbaşınalığı və korrupsiya hallarının kütləviləşməsi sadə, zəhmətkeşlər vətəndaşlar üçün belə haqsızlıqlarla üzləşməyi adiləşdirib artıq...
Redaksiyamıza bu cür haqqı tapdananlardan biri - Xızı rayonu Altıağac qəsəbə sakini Həsənov Aslan Güllü oğlu müraciət edərək onun adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə şikayət ünvanlamağımızı xahiş edib.
Vətəndaşın şifahi məlumatı və mövcud sənədləri ilə tanış olduqda bir neçə maraqlı nüans diqqəti cəlb edir. Birincisi, Altıağac qəsəbə sakini Həsənov Aslan Güllü oğlunun 1997-ci ildə alqı-satqı ilə aldığı torpağa aid şəhadətnamə nədənsə Xızı rayon torpaq şöbəsinin sabiq müdiri və rayon Aqrar Komissiyasının sədri işləmiş cənab İbrahimxəlil İbrahimov tərəfindən nədənsə Azərbaycan Dövlət Torpaq Komitəsinin müvafiq qurumlarının elektron bazasına daxil edilməmişdir. İkincisi, yenə də həmin cənab İ.İbrahimovun imzası və möhürü ilə 1998-ci ilin avqustunda A.G. Həsənovla yanaşı, Bakıda qeydiyyatda olan, Xızıda heç vaxt, yaşamayan, işləməyən, sovet dövründə kolxoz üzvü olmayan və ümumiyyətlə, Altıağac qəsəbəsində heç kəsin üzünü görmədiyi, tanımadığı bu günədək məhkəmələrdə cavabdeh kimi iştirak edən A.G. Həsənovun bircə dəfə də üzbəüz gəlmədiyi məchul bir şəxs olan Sadıqova İradə Mobil qızına da təxminən eyni ərazidə A.G. Həsənova aid torpağın bir hissəsini əhatə edən pay torpağı verilib...
Bəs bu aqrar möcüzə necə baş verib? Bakı sakini Sadıqova İradə Mobil qızına hansı əsasla Xızı rayonunun Altıağac qəsəbəsində torpaq sahəsi verilib? Hansı əsasla məhkəmələr Sadıqova İradə Mobil qızının xeyrinə qərarlar çıxararaq Həsənov Aslan Güllü oğlunun torpağının bir hissəsini boşaltmağı tələb edir?

Moderator.az

Şərhlər

XƏBƏR LENTİ