SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qəbələnin icra başçısından giley... - Kənd qışa hazır olmasa da...

Qəbələnin icra başçısından giley... - Kənd qışa hazır olmasa da...

Tarix:

20-11-2017, 17:07

/ 1 799 dəfə oxundu.
Qəbələnin icra başçısından giley... - Kənd qışa hazır olmasa da...

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə bağlı şikayət məktubu ünvanlanıb. Çuxur Qəbələ kənd sakinləri adından redaksiyamıza daxil olan məlumatda deyilir:

"Başçı bizim kəndə keçən ilin martında gəlmişdi... Vədlər verdi. Kəndin problemlərini üzünə dedik. Dedi ki, həll edəcək. Üstündən 2 ilə yaxın vaxt keçib. Hələ də Kənddə problemlər qalıb. Bu problemlərlə bağlı nazirlərə da yazmışıq. Başçı da bilir. İndi qarşıdan qış gəlir. Bizim kəndin camaatı üzünü meşəyə tutub, odun qırmalı olacaq. Amma başçı kəndimizi ölkənin "ən inkişaf etmiş kəndi" kimi təqdim edir. Redaksiya vasitəsilə başçıya xatırlatmaq istəyirik ki, bizim kənd qışa hazır deyil... Əgər bilmirsə (halbuki bilir), xatırladırıq".

Kənd sakinləri onu da əlavə ediblər ki, yaxın günlərdə rayon İH başçısı ilə görüşməyə çalışacaqlar.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Dia.Az

Şərhlər

XƏBƏR LENTİ