SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerikin iki kəndi yenidən Prezidentə müraciət etdi - İcra Hakimiyyətinə faktlarla cavab...

Lerikin iki kəndi yenidən Prezidentə müraciət etdi - İcra Hakimiyyətinə faktlarla cavab...

Tarix:

20-11-2017, 11:18

/ 1 551 dəfə oxundu.
Lerikin iki kəndi yenidən Prezidentə müraciət etdi - İcra Hakimiyyətinə faktlarla cavab...

Lerik rayon Şivlə və Biləvər kənd sakinləri Rayon İcra Hakimiyyətinin onların Prezidentə ünvanladıqları müraciətə verdiyi rəsmi açıqlamaya cavab veriblər.
Bir neçə gün öncə saytımızda kənd sakinlərinin müraciəti dərc olunmuşdu.
"Lerikin iki kəndi Yardımlıya birləşmək istəyir - Prezidentə sensasion müraciət” başlıqlı yazıya Lerik Rayon İcra Hakimiyyəti cavab verib. Bu cavab isə sakinləri hiddətləndirib və onlar cavab yazısı ilə yenidən Anaxeber.az-a müraciət ediblər.
Onu da qeyd edək ki, dərc edilmiş yazılar ölkə başçısına rəsmən ünvanlanmış məktubların surətidir. Sakinlər deyirlər ki, Prezidentə və müxtəlif dövlət qurumlarına ünvanlanan müraciətlərin sayı artıq 18-ə çatıb.
Prezident İlham Əliyevə ünvanlanan növbəti müraciətin surətini təqdim edirik:
"Möhtərəm cənab Prezident.
Bizim Sizə ünvanladığımız müraciətlər artıq rayon rəhbərliyini narahat etməyə başlayıb. Ona görə də müxtəlif vasitələrlə bizi susdurmağa çalışırlar. Nəzərinizə çatdıraq ki, İcra Hakimiyyətinin bizim müraciətlərimizə verdiyi cavabda bir çox məqamlar doğru deyil. Əvvəla, RİH rəhbərliyi bizim müraciətimizi bir qrup narazı sakinin şikayəti kimi təqdim edir. Bu, tamamilə yalandır. Bu müraciətlər bütün kənd sakinləri adından, şəxsiyyət vəsiqələrinin nömrələri qeyd olunmaqla Sizə ünvanlanıb. Hətta Lerik rayonundan bu məktubların göndərilməsinə mane olacaqlarını nəzərə alıb başqa rayonlardan göndərmək məcburiyətində qalmışıq. Bizə bildiriş gəlib ki, artıq məktub və teleqramlarımız Sizə çatıb. Baxıb araşdırsanız, görəcəksiniz ki, 2 kəndin sakinləri bütövlükdə bu müraciətləri yekdilliklə razılaşaraq imzalayıblar.
"Yazılar sifarişlə hazırlanır" fikir də tamamilə yanlışdır. Çünki bu kənddən kiminsə rayon rəhbərliyi ilə şəxsi qərəzi və ya vəzifə iddiası yoxdur. Rayonun ən kasıb və ağır güzaran içərisində yaşayan bu iki kəndin sakinləri haqqında deyilən bu fikir, onları yalançılıqda günahlandırmaq rəhbər etikasına sığışmır? Bəlkə, elə düşünürlər ki, sifarişi Siz verirsiniz? Axı biz müraciətlərimizi Sizə ünvanlayırıq. Biz yol istəyirik, güzaran istəyirik. Bu, bizim haqqımız deyilmi? Biz demirik ki, hər birimizin "9 qardaş" adlı restoranı olsun. Bu, ancaq icra başçısının müavini Cəlil Baxşıyevin haqqıdır. Hansı pulla əldə edibsə, halalı olsun. Biz, sadəcə, 3 km-lik yolumuzu, qış aylarında keçə bilmədiyimiz çaya bir körpünün atılmasını istəmişik. Bu, cinayətdirmi?
Möhtərəm cənab Prezident!
Bu müraciətlərimiz Sizə ünvanlandıqdan sonra rayon rəhbərliyi iki rəsmi şəxsi, icra başçısının müavini Habil Məlikovu və şöbə müdiri Əlipənah Bayramovu bizimlə səyyar görüşə göndərib yazılanlara son qoymağı tələb ediblər. Biz onlara da dedik ki, müraciətlərimizin arxasındayıq və problemlərimiz həll olunmayana qədər davam edəcəyik. Bizə dedilər ki, bir həftə gözləyin, icra başçısına məruzə edək, sizə məlumat verərik. Amma rayona qayıdan kimi mətbuatda cavab yazısı ilə çıxış edərək bizi yalançılıqda suçladılar. İndi biz bu məmurlara necə inanaq? Doğrudanmı, bizim Sizə müraciət etmək haqqımız yoxdur? Bəlkə, rayon rəhbərliyi, doğrudan da, elə düşünür...
Möhtərəm cənab Prezident!
Siz tez-tez çıxışlarınızda deyirsiniz ki, məmurlar xalqın xidmətçisidir. Lerik rayon İcra Hakimiyyətinin yaydığı rəsmi cavabda isə "Biz Dırığ ərazisində bu işləri görmüşük" tipli minnətli bir yazı dərc olunur. İndi biz sual edirik: İcra Hakimiyyəti bu işləri görməməli idi? Bəs bu işləri kim görməli idi? Yoxsa biz başqa bir ölkənin, rayonun ərazisiyik? Adi yağış yağan kimi Osyodərə kəndindən keçən çayda daşqın əmələ gəlir və kəndimizin digər kəndlərlə və rayonla əlaqəsi kəsilir. Bir neçə gün öncə kənd sakinlərinin sosial şəbəkədə paylaşdıqları videogörüntülər də bunu təsdiq edir. Biz bu videogörüntüləri də diskə köçürüb sizə göndərəcəyik. Hətta maşınla da çayı keçmək olmur. İndi biz nə edək, səsimizi çıxarmayaq?
İndi biz onların rəsmi cavabına faktlarla cavab veririk:

Anaxeber.az

Şərhlər

XƏBƏR LENTİ