SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Neftçala rayon kənd məktəbində Əsədli İlham RÜŞVƏT burulğanı - İDDİA

Neftçala rayon kənd məktəbində Əsədli İlham RÜŞVƏT burulğanı - İDDİA

Tarix:

20-11-2017, 10:42

/ 1 688 dəfə oxundu.
Neftçala rayon kənd məktəbində Əsədli İlham RÜŞVƏT burulğanı - İDDİA

Neftçala rayon Cəngən kənd tam orta məktəbinin direktoru Əsədli İlham Gülmirzə oğlu rəhbərlik etdiyi məktəbi şəxsi biznes obyektinə çevirib. Adı çəkilən məktəbdə şagirdlərin təhsil alması ən axrıncı plana keçmişdir. Məktəb direktoru, məktəbdə tədrisi zəruri olan maraq və dərnək dərs saatlarını məktəb müəllimlərinin adına yazdırır və həmin müəllimlərdən maaşlar kartlara köçürülən kimi göstərilən dərs saatlarının pulunu alır. Etibarlı mənbə bildirir ki, direktor qanunsuz topladığı pulları təhsil nazirliyə yolayıram ifadələrini işlədir. Müəllimlərədə direktorun göstərişinə əsasən dərsləri tədris etmədikləri üçün göstərilən dərs saatlarının pulundan onlara çox az miqdarda çatır. Bunlardan əlavə göstərilən məktəbdə şagirdlər demək olar ki, məktəblinin davamiyyəti kobud pozulmaqdadır. Dərs davamiyyətin pozulması halı o dərəcədədir ki bu məktəbin müəllim və rəhbərliklə yanaşı valideynlərində məsələyə biganəliyi təhsil mexanizminin pasivləşməsini nümayiş etdirir. Müəllimlər isə bu tip oyunların oyunçusuna çevrilməklə yanaşı buna şəraitdə yaratmaqdadırlar.
Göstərilən məktəb direktorlarının digər gəlir mənbəyi isə qüsurlu şagirdlərə tədris olunan fərdi təhsil proqramıdır. Beləki, adı çəkilən direktor tərəfindən Neftçala rayon Cəngən kəndində yaşayan fiziki qüsurlu uşaqların adları qeyd edilir. Lakin göstərilən qüsurlu uşaqların evlərində tədris üçün lazımı şərait yaradılmır, dərslər isə ümumiyyətlə keçirilmir. Bununlada Cəngən kənd tam orta məktəbinin direktoru Əsədli İlham Gümirzə oğlu öz işlərinə lazımınca yerinə yetirə bilmir. Göstərilən məktəblərdə şagirdlərin savadsızlaşmasına münbit şərait yaradılır. Ümid edirik ki, aidiyyatı orqanlar göstərilən məktəb direktoru barəsində lazımı tədbirlər görəcəklər.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ