SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ‘Oğlumu döyüb çənəsini sındırıblar, 3-cü mərtəbədən yerə atıblar” – ƏSGƏR ANASI BAŞ PROKURORA ŞİKAYƏT ETDİ

‘Oğlumu döyüb çənəsini sındırıblar, 3-cü mərtəbədən yerə atıblar” – ƏSGƏR ANASI BAŞ PROKURORA ŞİKAYƏT ETDİ

Tarix:

16-11-2017, 13:11

/ 1 578 dəfə oxundu.
‘Oğlumu döyüb çənəsini sındırıblar, 3-cü mərtəbədən yerə atıblar” – ƏSGƏR ANASI BAŞ PROKURORA ŞİKAYƏT ETDİ

Hərbi prokuror intihar versiyasına inanmır, müstəntiq də cinayətin üstünü açmır

xalqxeber.az Criminal.az saytına istinadən xəbər verir ki,əsgər valideynləri Əfsər və İradə Rəhimovlar baş prokuror Zakir Qaralova övladlarına qarşı törədilən cinayətin gizlədilməsindən şikayətləniblər. Onların baş prokurora ünvanladıqları müraciətdə deyilir:
Hörmətli Baş Prokuror! Bildirmək istəyirəm ki, oğlum Raul Əfsər oğlu Rəhimov 18 fevral 1999-cu ildə doğulub. 3 aprel 2017-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırışçı olub, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sıravi əsgər kimi xidmətə başlayıb.
Xidmətdə olduğu hərbi hissədə 1 avqust 2017-ci ildə bizə məlum olmayan şəxslər tərəfindən vəhşicəsinə döyülüb, alt-çənə sümüyü hər 2 tərəfdən sındırılıb. Döyülmə nəticəsində çanaq sümüyü də sındırılıb və danışma qabiliyyətini itirməklə çox böyük psixoloji pozuntu keçirib.
Mən, digər oğlum Saleh və onun yaxın dostu Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm kəndində qeydiyyatda olan Anar Orucəli oğlu Əliyev ilə birlikdə hadisə olduğu gün hərbi hissəyə getdik. Orada dedilər ki, oğlum Raul Rəhimov guya özünü 3-cü mərtəbədən atıb. Biz hadisə yerində olanda hərbi prokuror Xanlar Vəliyev orada idi. Hərbi prokuror orada dedi ki, oğlum Raul Rəhimovun özünü 3-cü mərtəbədən atmasına inanmır. Biz də hadisə yerində oğlumun özünü 3-cü mərtəbədən atmasını təsdiqləyən bir iz, bir sübut görmədik. Sonradan Hərbi Prokurorluğun müstəntiqi yazır ki, güya araşdırma zamanı divarlara oğlumun qanının dəydiyi məlum olub. Mən və həyat yoldaşım sadə kəndçi insanlarıq. İstintaqçı deyilik. Amma ortaya sual çıxır: – yenicə 18 yaşını tamam etmiş övladım niyə özünü 3-cü mərtəbədən atmalıdır?
Oğlumuz vəhşicəsinə döyülüb. Hesab edirəm ki, mənim oğlum azğınlaşmış şəxslər tərəfindən başına oyunı açıldıqdan sonra döyülüb. Çənə sümükləri sındırıldıqdan sonra cinayəti ört-basdır etmək niyyəti ilə oğlumu 3-cü mərtəbədən atıblar. Bu zaman çanaq sümüyü sınıb.

Hərbi prokuror oğlumun müalicə olunduğu Silahlı Qüvvələr Baş Klinik Hospitalının reanimasiya şöbəsində olub oğlumla da görüşdü.

Amma məndən və ailəmin digər üzvlərindən oğlumun başına gələnlər gizlədilir. Oğlum faktiki olaraq Silahlı Qüvvələr Baş Klinik Hospitalında dustaq kimi qorxu altında saxlanılır. İstintaq işini araşdıran müstəntiq araşdırmanı öz arzu və istəyinə uyğun olaraq araşdırır. Yazılı ərizə yazaraq Xanlar Vəliyevdən xahiş etmişik ki, məni və həyat yoldaşımı qəbul eetsin. İstəyirik ki, oğlum barədə həqiqətləri ətraflı mənə və həyat yoldaşıma izah etməklə günahkarların kimlər olduğunu cənab prokurorun özündən eşidək. Oğlum vətən yolunda döyüşdə ölsə idi heç bu qədər narahat olmazdıq. Ancaq övladımızın hansısa ərköyün bir zabitin və ya əsgərin şikəst etməsini qəbul edə bilmirik. İşi araşdıran müstəntiq Mehman Qasımov istintaqın gedişatı barədə bizə heç bir məlıımat vermir. Sanki bu dəhşətli hadisə mənim oğlumun deyil, başqa bir şəxsin başına gəlib kimi davranır. Xahiş edirik ki, övladımıza qarşı cinayət törətmiş şəxslər müəyyən olunaraq istintaqa cəlb olunsunlar”.

Şərhlər

XƏBƏR LENTİ