yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT... - FOTO VƏ VİDEOLAR

Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT... - FOTO VƏ VİDEOLAR
14-11-2017, 11:24 30 302 dəfə baxılıb

Demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Bunun da bəlli obyektiv və subyektiv səbəbləri var. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadırlar.
Sovet dönəmində ölkənin ən təmiz və ən məhsuldar rayonlarından olan Goranboy indi dövrünün ən “çirkli”, acınacaqlı günlərini yaşayır.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bütün diqqət və qayğısını özünün restoran, sanatoriya biznesinə yönəldib. Biznesi xatirinə rayonun bütün imkanları artıq “xərclənib”.
Rayonun viran qalan qəsəbələrindən biri də Qızılhacılıdır. Şikayət məktubunda deyilir: “Bu qəsəbə hər zaman pambıqçılıq, arpa, taxıl əkimində heyvandalığın inkişafında ən qabaqcıl qəsəbə olub. Hal-hazırda gördüyünüz kimi rayonumuz ölkəmizdə gedən qeyri-neft sektorunun inkişafı islahatlarından uzaqdır. Bu qəsəbədə qeyrı-qanuni hərəkətlərin inkişafına üstünlük verilir. Şəkil və videoda gördüyünüz kimi qəsəbədə müstəqilliyimiz əldə ediləndən sonra məişət tullantıları üçün yer ayrılmayıb. Tullantılar, həyətdə bacada ölmüş heyvan cəsədləri əkin sahələrinin ətrafına səpələnərək atılır, faktlarda gördüyünüz kimi burda pambıq sahələri, taxıl və arpa sahələri görünür. Bu tullantılar əkin sahələrini sulamaqdan ötrü olan su kanal və arxlarının içinə və ətrafına atılır. Tullantı və Heyvan Cəsədlərin iyindən ətrafda yaşıyan sakinlər dəfələrlə Bələdiyyə rəisi Allahverdiyev Məzahir Bəhman oğluna müraciət etsələr də müraciətləri cavabsız qalıb. Axşamlar cəsədləri yemeyə gələn vəhşı heyvanların qorxusundan ətrafda yaşayan kənd sakinləri evlərindən çölə çıxa bilmirlər”

realmedia.az


Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT... - FOTO VƏ VİDEOLAR
Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT... - FOTO VƏ VİDEOLAR
Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT... - FOTO VƏ VİDEOLAR
Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT... - FOTO VƏ VİDEOLAR
Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT... - FOTO VƏ VİDEOLAR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: VE, VDEOLAR, donen, FOTO, Goranboy, Cennetden, ZBLLK, UFUNET, cehenneme
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ