yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Beyləqan Təhsil Şöbəsi yoxlanılır?- CİDDİ İTTİHAMLAR VAR

Beyləqan Təhsil Şöbəsi yoxlanılır?- CİDDİ İTTİHAMLAR VAR
14-02-2017, 01:04 928 dəfə baxılıb

Beyləqan Təhsil Şöbəsində baş verən qanunsuzluqlar Təhsil Nazirliyi tərəfindən araşdırılır.


Bu barədə nazirlikdəki mənbədən məlumat daxil olub. Bildirilir ki, son vaxtlar ölkənin onlarca mətbuat orqanlarında Beyləqan rayon təhsilinda baş verən qanunsuz əməlləri əhatə edən silsilə yazılardan sonra nazirlik yoxlamalar aparmağa qərar verib: “Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova haqda çox yazılırdı. Hətta bəzi KİV-lərdə bu yazılara reaksiya verilməməsi mənfi hal kimi qiymətləndirilirdi. Ona görə də rəhbərlik komissiya təşkil edib rayona göndərdi ki, araşdırmalar aparılsın. X.Rüstəmova haqda bir çox mövzularda tənqidi yazılar yazılıb. Onun Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin adından pul yığması, rayon təhsilində heç bir irəliləyici addımlar atmaması, qaranlıq keçmişi, əhaliyə acıq verməsi və s. bu tip xəbərlər özünə yer alıb. Ona görə də artıq yoxlama aparılması zərurətə çevrildi”.

Qeyd edək ki, X.Rüstəmova ötən ilin iyununda Beyləqan Təhsil Şöbəsinə müdir təyin edilib. Onun Təhsil Nazirliyində Eşqi Bağırov adlı yüksək vəzifəli şəxsin adamı olması haqda bu qısa vaxtda xeyli məlumat yayılıb. Ötən ilin sonlarında, X.Rüstəmovanın müdürlüyünün təxminən 4-5-ci aylarında aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, bu qısa müddətdə xanım müdirə 35 müəllimi Təhsil Nazirliyindən vacib proseduradan keçmədən rayon məktəblərində işlə təmin edib. Məsələ ilə bağlı yayılan məlumatda qeyd edilirdi ki, Xuraman Rüstəmova ilk əvvəl müqavilə ilə və yaşları 65 və daha yuxarı olan müəllimlərə hədə - qorxu gələrək, onları işdən çıxaracağını bildirib: “Yenidən müqavilə bağlaması üçün onlardan 500-1000 manat arasında rüşvət yığıb. Beyləqan rayonunda müqavilə ilə çalışan 300-ə yaxın müəllim var. Deməli, onların hər birindən yeni müqavilə bağlanılması üçün alınan rüşvət məbləğini 500 manatdan hesablasaq, toplam 150 min manat pul edir ki, bunu da xanım Rüstəmova cibinə qoyub. Daha 35 müəllimin Təhsil Nazirliyində vacib prosedurlardan keçmədən yalnız Xuraman Rüstəmovanın "rüşvət attestatsiyasından" kecərək işlə təmin olunması isə onlara 2000-3000 min manat civarında başa gəlib”.

Göründüyü kimi, xanım müdirə ilə bağlı kifayət qədər ciddi ittihamlar səslənsə də, nə özü, nə də mərkəzi aparat bu ittihamlara cavab verməmişdi. Mənbəmiz də bu kimi məsələləri qeyd edərək bildirir ki, artıq Təhsil Nazirliyi hərəkətə keçib və X.Rüstəmovanın yol verdiyi nöqsanların qiymətini alacağı gözlənilir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ