yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir… — FAKT

Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir… — FAKT
13-11-2017, 12:05 56 542 dəfə baxılıb

Prezident İlham Əliyev noyabr ayının 10-da Gəncə şəhərinə səfər etmişdi.
İ.Əliyev səfər çərçivəsində əvvəlcə dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub, sonra isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat alıb.
Bundan sonra Prezident İlham Əliyev bir sıra açılışlarda iştirak edib. O, Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak etdikdən sonra şəhərdə tikilən "Majestic Palace” otelinin tikintisi ilə tanış olub. Daha sonra Gəncə şəhər 1 saylı tam orta məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də maraqlanıb.
Dövlət başçısı həmin gün Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksinin açılışını edib. Bununla yanaşı "Grand Qafqaz” Ticarət Kompleksinin, Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının və "Yeni Gəncə” yarımstansiyasının açılışlarıında iştirak edib.
Qısa səfər çərçivəsində bir çox açılış həyata keçirən Prezidentin bu səfərini isə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi veb səhifəsi olan www.ganja-ih.gov.az hələ də işıqlandırmayıb. Saytda olan ən son məlumat 30 oktyabr 2017-ci ildə dərc edilmiş və icra başçısı Elmar Vəliyevin də iştirak etdiyi Gəncədə Türkiyənin Cümhuriyyət bayramının qeyd edilməsinə aid xəbərdir.

İcra hakimiyyətinin saytının hazırkı vəziyyətini təqdim edirik:

"Ölkə.Az"
Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir… — FAKT
Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir… — FAKT
Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir… — FAKT


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: cra, Prezidentin, FAKT, seferini, Genceye, gormezden, gelir, Hakimiyyeti
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ