yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Başçı prezidenti də saymır: Taleh Qaraşovun qanunsuz tikintisi qızışdı - Fotolar

Başçı prezidenti də saymır: Taleh Qaraşovun qanunsuz tikintisi qızışdı - Fotolar
14-02-2017, 00:53 508 dəfə baxılıb
yüklənir...

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə nəqliyyatın hərəkəti iflic olub

Bu haqda yerli sakinlərin verdiyi məlumata görə, tikinti meydançasına çevrilmiş tibb ocağının qabağında hərəkət etmək mümkün deyil.

Hazırda xəstəxananın önündə şıdırğı tikinti işləri gedir və redaksiyamıza göndərilən fotolarda da bu fakt öz əksini tapıb.

Lənkəranın icra başçısı Taleh Qaraşov analoqsuz bir hadisəyə imza atmaqla cənub şəhərinin yaddaşında qalıb. İlk icra hakimidir ki, xəstəxananın qabağını da satır.

Bir müddət əvvəl tikinti işləri dayandırılmışdı və səbəb mətbutatın yazması idi. Elə ki sakitlik çökdü, təzədən iş başlandı. Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, gediş-gəlib mümkünsüz olub.

Xəstəxananın qabağı satılandan sonra önündə aptek, ərzaq dükanı və geyim mağazası inşa olunacaq. Taleh Qaraşov hər yeri qarış-qarış satıb və artıq peşkəş etməyə ərazi qalmayıb. Odur ki, ən “yemli” ərazini - xəstəxananın qabağını da pay-püş edib. Bu faktı Səhiyyə Nazirliyi də təsdiq edib.

Sakinlərin bildirdiyinə görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib və 2013-cü ildə isə prezident İlham Əliyev yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

Nazirlikdən verilən məlumata əsasən, satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur: “Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir.

Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. Bir daha qeyd edirik ki, həmin ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur və kənar sahədir”.

Faktiki olaraq isə xəstəxanın qabağı satılıb və xəstələrin getməsinə maneçilik yaradılıb. Bu qanunsuz satışdan Qaraşovun nə qədər qazandığı bilinməsə də, hər halda ortada babat bir məbləğ var.

Məlumatlara görə, T.Qaraşov əslən kürdəmirli olsa da, vəzifədən gedəndən sonra da Lənkəranda yaşaya bilər.

Onun Xanbulan kimi səfalı guşədə imarətinin olması haqda mətbuatda yazılar gedib. Ona görə də xəstəxananın qarşısını satmaqla imkanlarını daha da genişləndirib.

Bu qanunsuz addımla nə səhiyyə nazirini, nə də prezidenti sayıb. Prezident son konfransda icra başçılarına xəbərdarlıq etmişdi, onları qanunsuzluğa, soyğunçuluğa, yekəxanalıa son qoymağı çağırmışdı.

Başçı prezidenti də saymır: Taleh Qaraşovun qanunsuz tikintisi qızışdı - Fotolar
Başçı prezidenti də saymır: Taleh Qaraşovun qanunsuz tikintisi qızışdı - Fotolar
Başçı prezidenti də saymır: Taleh Qaraşovun qanunsuz tikintisi qızışdı - Fotolar


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ