SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerikin icra başçısı bizi diləndirirdi - Qarabağ əlili

Lerikin icra başçısı bizi diləndirirdi - Qarabağ əlili

Tarix:

13-11-2017, 10:21

/ 38 559 dəfə oxundu.
Lerikin icra başçısı bizi diləndirirdi - Qarabağ əlili

"Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Ona yazılı müraciət etmişəm. Amma bir nəticə yoxdur. Əvvəllər ailə vəziyyətimi nəzərə alıb məni yüngül işlə təmin etməsini xahiş etmişdim. O, mənə hazırda rayonda boş iş yerinin olmadığını bildirmişdi. Əvəzində təklif elədi ki, QHT-lərin birinin rayon şöbəsində işləyim. Həmin təşkilata icra başçısının tapşırığı ilə hər ay rayon müəssisələri pul ödəyirdi. Kim nə gəldi verirdi. Biri beş manat, biri on manat. Etiraf edim ki, buna görə utanırdım. Başçı bizi diləndirirdi sanki".
Bu sözləri yerli mətbuata Lerik rayonundan olan, hazırda həmin rayonda yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Cəlal Mamıyev bildirib.
Cəlal Mamıyev iki övlad atasıdır. O, 1992-ci ildən Qarabağ müharibəsinə qatılıb. Cəbhənin Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında 708 saylı hərbi hissənin tərkibində vuruşub. 1994-cü ildə aldığı yaralar onu sağlamlığından məhrum edib. C.Mamıyevin hazırda səhhəti yerində deyil. Cərrahiyyə əməliyyatına ehtiyacı olsa da, maddi imkansızlıq səbəbindən əməliyyata gedə bilmir. Onun sözlərinə görə, dəfələrlə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova müraciət edib. O, müraciətlərində əsasən başçıdan bacara biləcəyi iş tələb edib.
"Ailə vəziyyətim çox ağırdır. Çətin şəraitdə dolanıram. Aldığım təqaüd ailə xərclərimi ödəmədiyinə görə, icra başçısından xahiş etdim ki, o mənə gözətçi işi olsa da bir iş versin. Amma o mənə məhəl qoymadı. Hətta, dəfələrlə məni otağının qarşısından qovdurub. Etiraf edim ki, bir müharibə əlili kimi gördüyüm diqqətsizlik məni dəfələrlə intihar cəhd etməyə aparmışdı, amma etmədim. Çünki vücudumun qalan sağlam hissəsi vətənimə xalqıma gələcəkdə lazım olacaq. Sizin saytın vasitəsi ilə xahiş edrəm ki, bu məsələdə mənə yardım edilsin."

Şərhlər

XƏBƏR LENTİ