SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DTX-dan narkotacirlərə qarşı əməliyyat - Girov qoyulan qadın azad edildi

DTX-dan narkotacirlərə qarşı əməliyyat - Girov qoyulan qadın azad edildi

Tarix:

11-11-2017, 21:33

/ 79 945 dəfə oxundu.
DTX-dan narkotacirlərə qarşı əməliyyat - Girov qoyulan qadın azad edildi

Azərbaycan vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat daxil olub.

DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək, çəkisi külli miqdar təşkil edən 3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb.

Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib.

Minayə Eyvazova Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.

Hazırda araşdırmalar davam edir.
DTX-dan narkotacirlərə qarşı əməliyyat - Girov qoyulan qadın azad edildi
DTX-dan narkotacirlərə qarşı əməliyyat - Girov qoyulan qadın azad edildi

Şərhlər

XƏBƏR LENTİ