yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağdam Musiqi Kollecindən ölkə təhsilinə zərbə!

Ağdam Musiqi Kollecindən ölkə təhsilinə zərbə!
11-11-2017, 21:22 76 526 dəfə baxılıb

Müstəqil Azərbaycan Respublikasının əsas inkişaf yollarından biridə ölkənin təhsil sistemindən keçir. Banu Ulu Öndər, Türk dünyasının dahi oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikası bu gün sözün əsl mənasında dünyaya günəş kimi doğub. Bunun da ən başlıca səbəblərindən biri Azərbaycanın daha da inkişaf etməsi üçün yorulmadan daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyev Cənablarının ətrafında yumuruq tək birləşən ziyalıların olmasıdır. Ölkə rəhbərinin qeyd etdiyi kimi Azərbaycan Respublikası bu uğurlarını davam etdirmək üçün öz təhsil bazalarını gücləndirməlidir. Yəni təhsil sisteminin yaxşılaşdırılması dövlətin ən başılıca siyasətlərindən biridir. Məhs buna görədir ki, "Heydər Əliyev Fondu”nun prezidenti, Azərbaycan Respublikasının vitse Prezidenti, ölkəmizin birinci xanımı xanım Mehriban Əliyeva Vətənin ən ucqar kəndlərində belə yeni məktəb binaları tikdirir, bölgələrdəki gənclərin təhsil səviyyəsini şəxsən öz diqqətində saxlayır. Lakin, əfsuslar olsun ki, bəzi təhsil müəssisələrinə rəhbərlik edən şəxslər ölkədə aparılan bu siyasətə məhəl qoymadan Azərbaycan Təhsilinə ləkə gətirəcək əməllərdən çəkinmirlər. Həmin şəxslər təhsil pərdəsi arxasında tələbələri sözün mənasında soyub soğana çevirirlər.
Belə müəssisələrdən biri Azərbaycan Mədəniyyətinin beşiyi olan, dahi mədəniyyət və incəsənət xadimlərinin vətəni Ağdam rayonundadır. Söhbət Ağdam Müsiqi Kollecindən gedir. Daha doğrusu kollec rəhbərliyindən.
Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayeva rayondə ən zəngin, dəbdəbəli, həyat tərzi sürən məmurlardandır. Yəni ölkənin bir neçə yerində danışmaz əmlaka (evlərə) sahib olan direktorun özünün olduğu kimi övladlarınında əmrində bahalı avtomobillər xidmətkardır. Hələ bu azmış kimi yaxın zamanlarda KİV-lərin birində "Qaçınkom” tərəfindən evlə təmin olunan ağdamlı məmurlar sırasında adı hallanırdı. Mənbəmiz bunu Laura xanımın "yuxarılarla” yaxın əlaqəsi olan Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimovanın təşəbbüsü olduğunu xüsusi qeyd edir. Təssüflər olsun ki, dövlət tərəfindən inşa edilmiş köçkün qəsəbələrində məcburi köçkünlərin haqqı olan evlərdən birinə də Laura Ağayeva sahibələnib. Halbuki xanım direktor özünə Bərdə şəhərində həmin evlərinin ən azı beşinin simeta dəyərində ev tikdirib. Hələ bu azmış kimi öz sürücüsünü də evlə təmin edib. Bir sözlə bu qədər mülkə sahib olan, özü və yaxın qohumları (ailə üzvləri) bahalı məkanlarda istirahət edib dəbdəbəli geyim-kecim, zinət əşyalarından və avtomobillərdən istifadə edən kollec rəhbərinin maliyə mənbəyini qısaca olsa da araşdırmağa başladıq. Çünki, bu sadalananları bir drektor maaşı ilə əldə etməyin mümkünsüzlüyü göz açıq aşkar göz qabağındadır.

Bəs bu pullar hardan gəlir?

Ağdam Musiqi Kollecində təhsil alan bir neçə tələbə ilə həmsöhbət olduq. Onlar əməkdaşımızla söhbət zamanı direktorun əsas gəlir mənbələrindən birinin tələbələrin "aylıq haqqı”nın olduğunu bildiriblər. Bəlkədə çoxlarını ilk dəfədir ki, təhsil sistemində belə bir ifadə eşidirsiniz. Bəli, "aylıq haqqı”...

"Aylıq haqqı” nədir?

Ağdam Musiqi Kollecində tələbələr arasında qızla daha çox üstünlük təşkil edir. Həmin tələbələrin isə böyük əksəriyyəti ölkənin müxtəlif rayonlarındandır. Onlar Ağdama gəlib kira haqqı ödəməkdənsə "aylıq haqqı” ödəməyə daha çox üstünlük verirlər. Buna da kollec rəhbərliyi iki əllə razı olur. Adının çəkilməyini isdəməyən şəxsin dediklərinə görə "aylıq haqqı” müəyyən qiymətlərdə olur. Yəni əgər tələbə cəmi bir ay gəlməyəcəksə həmin bir ayın "ödənişi” bir necə ay gəlməyən tələbənin "ödənişindən” fərqli, yəni bir az çox olur. Qiymətlərə gəldikdə isə həmin qiymətlər yuxarı da qeyd olunduğu qaydalara uyğun olaraq 50-150 manat arasında dəyişir. Bu da həm valideyinlərə həm də bu "təşəbbüslə” tələbələrə "xeyirxahlıq” edən direktora sərf edir. Bu sadalanan faktlar müəssisənin ən böyük gəlir mənbələrindəndir. Yəni ölkədə savadlı gənclərin yetişdirilməsinə zidd olan yolla, dövlət siyasətinə qarşı çıxmaqla əldə olunan gəlirlər. Əldə olunan gəlirləri xamın direktorun tək yemədiyi də əməkdaşımızın əldə elədiyi məlumatlar arasında baş qaldırır. Burada işi təşkil edənlər və icraçılar da öz nəsiblərinə yiyələnirlər. Direktor, onun müavini və "iş tutanlar”...
Əlbətdə ki, kollecdə baş alıb gedən özbaşınalıqlar bununla bitmir. Valideyinlərin hər cür əziyyətə qatlaşıb övladlarının təhsili üçün soyulub soğana çevrildiyi bu yolun son duracağı "Diplom alma” mərasimidir.Yuxarıda qeyd etdiyimiz "soyulma” ifadəsi heç də təsadüfü deyil. Bizimlə həmsöhbət olan mənbəmiz onu da qeyd etdi ki, kollec imtahanlarını pulsuz vermək mümkün deyil. Yəni şərtlər necə olur olsun direktorun haqq-hesabı çatdırılmalıdır. O ki qaldı "diplom alma” törəninə həmin mərasim də pulsuz baş tutmur. Bütün hallarda diploma görə 300 manat "nəmər” ödənilməlidir.

Valideyinlərin narazılığına səbəb olan digər hallar.

Mənbəmizin onu da qeyd etdi ki, kollecin qarşısı əsasən məktəblə aidiyyatı olmayan gənclərin toplanma mərkəzi olur. Avtoxuliqanların tüğyan elədiyi müydan məhs kollecin qarşısı olur. Bu da qız övladları olan valideyinlərin ciddi narazılığına səbəb olur. Hətta dəfələrlə kollec qarşısına toplanan gənclərin kütləvi dava dalaşlarına da rast gəlinib. Amma nədənsə illərdir rəhbərlik buna qarşı heç bir addım atmır. Mənbə ironiya ilə ehtimal edir ki, bu hallar rəhbərliyə sərf edir. Çünki bunu görən qız tələbələrin valideyinləri uşaqlarını Ağdam Musiqi Kollecinin dili ilə desək "aylığa” çıxarmağa razılaşırlar.
Maraqlıdır, görəsən yuxarıda qeyd etdiyimiz qanun pozuntularına yol verən direktor Laura Ağayevanın dövlətin təhsil siyasətindən xəbəri varmı. Məgər o bilirmi ki, bu xalqın gələcək talehi onun təhsil verdiyi tələbələrdən aslıdır.

Məsələni diqqətdə saxlayacağıq. Kollec haqqında növbəti tükürpədici faktları dəqiqləşdirdikdən sonra sizlərə təqdim edəcəyik.

Qarşı tərəfin açıqlamasını yayımlamağa hazırıq.

btv.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: olke, Kollecinden, Agdam, tehsiline, zerbe, Musiqi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ