yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gədəbəydən olan sahibkar ölkə rəhbərliyindən kömək istəyir - FOTOLAR

Gədəbəydən olan sahibkar ölkə rəhbərliyindən kömək istəyir - FOTOLAR
11-11-2017, 09:59 85 920 dəfə baxılıb

Ölkə rəhbərliyi respublikada iqtisadiyyatın dirçəldilməsi üçün planlı tədbirlər həyata keçirdiyi bir vaxtda Gədəbəy rayonunda sahibkarın obyektinin qapısını tikirlər. Rayon sakini Fəxrəddin Fərəməz oğlu Bağırov məsələ ilə bağlı bir çox dövlət qurumlarına, ölkə rəhbərliyinə KİV-ə müraciət edib.

Müraciətdə deyilir: “Hörmətli cənab prezident, hörmətli Mehriban xanım, artıq 6 ilə yaxın bir müddətdir rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üz-üzə qalmışam. Yediyarov icra başçısı təyin olunan ay mənə məxsus olan obyektin girişini kərpic divarla hördürdü və üzərinə plakat yapışdırdı. Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə oğurladıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çıxarıb, yerinə gül əkdirdi. Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı guya mən hördürmüşəm. Bildirirəm ki, bu həqiqət deyil. Foto şəkillərdən də göründüyü kimi bu divarın mənim obyektimə düşən günəş şüasının qarşısını kəsməkdən və H.Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Mən bir neçə gün bundan əvvəl obyektimə işıq düşməsi üçün həmin divarın bir hissəsini sökdüm. Yediyarov isə bu gün yenidən həmin yöndəmsiz divarın tikilməsinə göstəriş verib və həmin divar yenidən hörülür. Sizdən xahiş edirəm, Yediyarov tərəfindən mənim şəxsi mülkiyyətimə qanunsuz müdaxilənin qarşısının alınması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Ona verdiyiniz səlahiyyətin şəxsi qisas vasitəsinə çevirməsinə imkan verməyəsiniz".

Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

musavat.com
Gədəbəydən olan sahibkar ölkə rəhbərliyindən kömək istəyir - FOTOLAR
Gədəbəydən olan sahibkar ölkə rəhbərliyindən kömək istəyir - FOTOLAR
Gədəbəydən olan sahibkar ölkə rəhbərliyindən kömək istəyir - FOTOLAR
Gədəbəydən olan sahibkar ölkə rəhbərliyindən kömək istəyir - FOTOLAR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: isteyir, sahibkar, FOTOLAR, rehberliyinden, komek, olke, olan, , Gedebeyden
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ