SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan Rayon Prokuroru Azər Osmanov, Rüstəm Usubovu necə aldatdı?

Beyləqan Rayon Prokuroru Azər Osmanov, Rüstəm Usubovu necə aldatdı?

Tarix:

10-11-2017, 11:47

/ 93 824 dəfə oxundu.
Beyləqan Rayon Prokuroru Azər Osmanov, Rüstəm Usubovu necə aldatdı?

Redaksiyamıza Beyləqan rayon prokuroru Azər Osmanovla bağlı ağlasığılmaz faktlar daxil olmaqda davam etməkdədir.
Beyləqan şəhər sakini Qasımov Vüqar Vaqif oğluna qarşı Beyləqan rayon prokurorluğu tərəfindən ədalətsiz və qərəzli yanaşma hələdə davam etməkdədir. Bu dəfə vətəndaş V.Qasımovun əsaslı şikayət ərizəsini Beyləqan rayon prokurorluğunda şəxsən qəbul etməkdən imtina edilmişdir. Səbəbini isə dəftərxana işçisi Vüqar adlı şəxs, Baş prokurorluqda qəbul edilmiş yeni təlimatı əsas olaraq vətəndaşların ərizə və şikayətlərini prokurorluq orqanlarında qəbul edilməsi qadağan edildiyini əsas gətirmişdir. Lakin, mariflənmək məqsədi ilə hansı təlimatdan söhbətin getməsi sualına isə vətəndaş V.Qasımovun bu sualına cavab tapmadığından, vətəndaş qəbul edilmiş yeni təlimat haqqında məlumat almaq üçün Baş prokurorluğa müraciət etməyə vadar etmişdir.
Bundan başqa Beyləqan rayon prokuroru Azər Osmanov məhz özü tərəfindən Azərbaycan Respublikasının Cinayət –Prosessual qanunvericiliyin pozulması faktı bir sıra rayon sakinlədə haqlı narazılıqlara səbəb olmuş və prokurorluq orqanlarına inamsızlıq yaratmışdır.
Beləki, Beyləqan şəhər sakini V.Qasımovun əldə etdiyi maddi subutlar ona əsas verir ki, Beyləqan rayon prokuroru Azər Osmanov rəhbərliyinə məruzə etdiyi həqiqətə uyğun olmayan məlumatlar nəticəsində, hörmətli Rüstəm Usubovu ədalətsiz, hüquqi əsası olmayan, cinayət-prosessual qanunvericiliyin tələblərinə tam zidd olan qərar verməyə məcbur etmişdir.
Açıq aşkar rayon prokruroru Azər Osmanov vətəndaşlar arasında ayrı seçkiliyə yol vermiş, vətəndaş V.Qasımova qarşı qərəzliyini nümayiş edərək, tamah və ya sairə məlum olmayan maraqlardan təqsirləndirilən şəxslərə havadarlıq edərək onları məsuliyyətdən yayınmasına yardım etməyə çalışır.
Daha dəhşətlisi odur ki, Rayon prokuroru Azər Osmanovun xoşu gəlmədiyi vətəndaşları sifarişlə havadarlıq etdiyi bəzi şəxslərin vasitəsi ilə söydürürüb küçədə döydürməsindən gedir.
Beyləqan rayon prokuroru Azər Osmanov vətəndaş V.Qasımovu “yenə döyülmək istəmirsənsə, məndən Baş prokurorluğa şikayət etməyi dayandır,yoxsa pis olar sənin üçün” sözləri ilə artıq hədələməyə başladı.
Artıq Azər Osmanovun zülmündən cana yığılmış vətəndaş V.Qasımov faktla bağlı toplanmış sübutlarla AR Baş Prokurorun Birinci müavini hörmətli Rüstəm Usubovun şəxsi qəbuluna hazırlaşır.

Yaxınlarda daha yeni məlumatları Sizə təqdim edəcəyik.

bakunews.az

Şərhlər

XƏBƏR LENTİ