SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdab Şəhidlər Xiyabanından - ŞİKAYƏT

Zərdab Şəhidlər Xiyabanından - ŞİKAYƏT

Tarix:

2-11-2017, 16:59

/ 88 073 dəfə oxundu.
Zərdab Şəhidlər Xiyabanından - ŞİKAYƏT

xalqxeber.az bizimyol.info-ya istinadən məlumat verir ki, Zərdab sakini Coşqun Abdullayev şəhidlər xiyabanının baxımsızlığından şikayətçidir. O, xiyabanın şəkillərini çəkib bizə göndərərək xiyabanın baxımsız vəziyyətdə qalmasından narahat olduğundan qeyd edib.

“Qapısının üstündə adının yazıldığı lövhə olmasa da, şəkillərini sizə çəkib göndərdiyim məkan şəhidlər xiyabanıdır. Bu qəbristanlığın nəinki qapısında, heç bir yerində “Şəhidlər Xiyabanı” yazısına rast gəlinmir. Şəkillərdən göründüyü kimi xiyabanın giriş qapısının qarşısına bənd qoyublar ki bu da giriş-çıxışı məhdudlaşdırır. Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəxslərin qəbirləri bərbad gündədir. Xiyabanın əsaslı təmirə ehtiyacı var”,-deyə Zərdab sakini bildirib.

O deyib ki, xiyabanın ərazisi də bərbad gündədir: “Belə ki xiyabanın ərazisindəki bütün daş plitələr uçub sökülmüş haldadır”.

Şərhlər

XƏBƏR LENTİ