SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə ziyalıları DYP rəisinin əməllərindən nazirə nələr yazdı? - Müraciət

Bərdə ziyalıları DYP rəisinin əməllərindən nazirə nələr yazdı? - Müraciət

Tarix:

2-11-2017, 12:29

/ 57 084 dəfə oxundu.
Bərdə ziyalıları DYP rəisinin əməllərindən nazirə nələr yazdı? - Müraciət

Bərdədən bir qrup ziyalı saytımıza göndərdiyi məktubda mühüm bir müraciət edib. Onlar təhlükəsizliyin təminatı naminə adlarının çəkilməsini istəmirlər. Müraciət Daxili İşlər naziri Ramil Usubova ünvanlanıb.
Onların sözlərinə görə, Bərdə Rayon Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Anar Cəlilov 1 ildir bu regionda işləyir. A.Cəlilov bundan əvvəl Tərtərdə yerləşən Şuşa polisində çalışıb. Ziyalılar qeyd edirlər ki, hələ o vaxtdan, yəni A.Cəlilovun Şuşa polisində işlədiyi dövrdən Bərdədə kommersiya obyektlərinin olması haqda məlumatlı idilər. Həmin iaşə obyektlərinə DYP rəisinin atası nəzarət edirdi. Bu müəssisələr arasında A.Cəlilova böyük gəlir gətirən sahələrdən biri aqlay sexidir. Bərdədəki aqlay sexinə A.Cəlilov özü nəzarət etməkdədir.
Ziyalılar iddia edirlər ki, A.Cəlilovun sahibkarlıq fəaliyyəti ilə bərabər azart həvəskarı olması da sirr deyil. Onun tez-tez dostları ilə toplaşdığı və azart oynadığı haqda iddialar səslənir. Bütün bunlar onun DYP rəisi kimi fəaliyyətinə mənfi təsir göstərməkdədir. Müraciət müəllifləri R.Usubovun operativ reaksiyasını gözləyirlər. Buna səbəb A.Cəlilovun məşğuliyyəti deyil, rayonda hökm sürən vəziyyətdir. Son dövrlər Bərdədə avtoxuliqanlıq, özbaşınalıq, sənədsiz avtomobil idarə etmək hallar artıb. Hətta maşınların konstruksiyasına dəyişiklik etmək dəbə minib. Bu isə öz növbəsində A.Cəlilova gəlir gətirir. Avtomobillərin arxa və ön hissələrini qaldırmaq dəbi biznesə çevrilib və rəisi "görən”lər konstruksiyaya dəyişiklik edə bilirlər. Eləcə də "Şaqman” yük maşınlarının sürücüləri hər ay DYP rəisinə ödəniş edirlər. Hətta göyərti daşıyan sürücülər də A.Cəlilova hesablaşmalıdır. Halbuki, Bərdə DYP rəisinin vəzifəsi son dövrlər ödənilməyən cərimələr, radarlarla əlaqədar reydlər keçirmək olmalıdır. Amma respublikanın əksər bölgələrində keçirilən reydlər Bərdədən yan keçir. A.Cəlilov MMX cərimələrini ödəməyən sürücüləri "yol verir”. DYP rəisinə ödənilən "cərimə” ilə dövlətə ödəniləcək cərimədən müvəqqəti xilas olan sürücülər arxayınlaşırlar.
A.Cəlilovun dövlətin büdcəsinə ziyan vurması azmış kimi, Bərdədə bu arxayınlıq yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olub. Bərdə ziyalıları DİN rəhbərinə müraciətdə qeyd edirlər ki, sabiq rəis Cəmil Mirzəyevin vəzifəyə qayıtmasının xiffətini çəkirlər. Onların sözlərinə görə, keçmiş DYP rəisinin dönəmində Bərdədə nəqliyyatın idarəçiliyi, qanunlar və yol polis əməkdaşlarının fəaliyyəti yerli camaatı narahat etmirdi. Hazırda maddi imkanı aşağı olan sürücülər müxtəlif bəhanələrlə yollarda saxlanır, ilişdirilir, cərimələr tətbiq olunur. Ziyalılar müraciətin sonunda xahiş edirlər ki, cənab nazir Bərdə DYP-dəki vəziyyəti nəzarətinə götürsün və nazirlikdən xüsusi qrup göndərilsin, araşdırma aparılsın. Onu da xatırladaq ki, bu yaxınlarda A.Cəlilov Ağdamdan olan məcburi köçkün ailəsi ilə qaba davranıb, azyaşlı uşağın yanında yüksək tonla danışıb, uşaq psixoloji travma alıb.

Ailə bununla əlaqədar nazirə şikayət yazmağa hazırlaşır".

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.

Uluyol.az

Şərhlər

XƏBƏR LENTİ