SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ayaz Əsgərov işdən qovulan 60 yaşlı şəxsi gənc kadrın yerinə təyin etdi -ŞİKAYƏT

Ayaz Əsgərov işdən qovulan 60 yaşlı şəxsi gənc kadrın yerinə təyin etdi -ŞİKAYƏT

Tarix:

27-10-2017, 10:21

/ 99 939 dəfə oxundu.
Ayaz Əsgərov işdən qovulan 60 yaşlı şəxsi gənc kadrın yerinə təyin etdi -ŞİKAYƏT

Yardımlı rayonun Arus kənd sakini Sadiqov İntiqam Əli oğlu tərəfindən redaksiyaya şikayət məktubu daxil olub. Məktubda Yardımlı rayon icra başçısı Ayaz Əsgərov tərəfindən şikayətçinin səbəbsiz olaraq Arus kənd icra nümayəndəsi vəzifəsindən azad olunması, hüquqlarının pozulması və rayondakı məmur özbaşnalığı barədə ilginc məlumatlar yer alıb.
Qeyd edək ki, İntiqam Sadıqov İqtisad” universitetinin “İqtisadiyyat və İdarəetmə” fakultəsini bitirib. Sərt cografi iqlimi, çətin yaşam şəraiti olan Yardımlı rayonunun Arus kənd icra nümayəndəsi vəzifəsində işlədiyi müddətdə İntiqam Sadıqov qısa müddət ərzində əhalinin rəğbətini qazanmış, işində vicdanlı və qərəzsiz olmuşdur. 2017-ci ilin avqust ayında isə heç bir səbəb omadan vəzifəsindən azad olunub. Onun yerinə Tahirli kənd sakini Nəzərov Rasət Qüdrət oğlu təyin olunmuş, bu isə kənd sakinlərinin narazılığına səbəb olmuşdur.
İntiqam Sadıqov qeyd edir ki, Rasət Nəzərov özü uzun illər “Yardımlı rayon meşə və mühafizəsi” idarəsinin rəisi işləyib. İşlədiyi müddət ərzində rayonun meşə təsərrüfatına külli miqdarda ziyan vurmuş və sonda tutduğu vəzifəsindən azad edilib. Hazırda bu şəxsin 60 yaşı var. Onun yenidən vəzifəyə təyin olunmasında qaynatası Səfqulu Babayevin xüsusi xidməti olub. 75 yaşı olan bu şəxs öz “fərdi istedadı” hesabına RİH-nin məmurları ilə “xüsusi əlaqələr” qura bilib və yeznəsini 60 yaşında işsiz qoymayıb. Şikayətçi qeyd edir ki, onun yerinə təyin olunan Rasət Nəzərov ona özü şəxsən icra nümayəndəsi vəzifəsini istəmədiyini deyib. Guya o, rayonda başqa bir vəzifəyə təyinat almalı imiş və buna görə ondan 7000 (yeddi min) manat “şapka” da alıblar. Lakin icradan bu vədi yerinə yetirə bilmədiklərinə görə, ona İntiqam Sadiqovun yerinə təyinat verilib.
İşində nöqsansız, gənc, təcrübəli bir kadrın vəzifəsindən səbəbsiz olaraq kənarlaşıdırılması ilə barışmayan İntiqam Sadiqov və onun yaxın qohumları dəfələrlə Yardımlı RİH-də olublar. Burada şikayətçiləri başçının müavini Mahir Mirzəyev qəbul edib. Mahir Mirzəyev İntiqam Sadıqova hər dəfə gözləməyi məsləhət etməklə yanaşı hər şeyin yerinə qoyulacağına əmin edib. Amma vaxt keçdikcə bu açıq qalan məsələ həllini tapmayıb. Vəzifəsinə qaytarılacağına ümidi qalmayan İntiqam Sadıqov şikayət edəcəyini və məsələnin ictimailəşdirəcəyini bildirib. Cavan kadrı vəzifədən azad edib, yerinə təqaüd yaşına çatmış bir insanın təyin edilməsinin düzgün olmadığını deyən İntiqam Sadıqova başçının müavini Zakir İmanovun cavabı isə daha maraqlı olub:
“Get hara istəyirsən yaz, şikayət elə. Onsuzda RİH-dən gedən şikayətlər cənab Zeynal Nağdəliyevə ünvanlanır. O isə daxil olan şikayətləri təkrar gəldiyi rayonlara qaytarır. Qaldı ki, yaş məsələsinə, burda da heç bir problem yoxdur. Onsuz da prezidentimizin ətrafı, nazirlər kabineti qocalar evi kimi yaşlı insanlardan ibarətdir.”
Bir məmurun, rayonun icra başçısının müavinin bu cur fikir söyləməsi maraqlı və təəəccüblüdür, deyilmi?
Şikayətçi başçının özünün iş qrafikindən də məlumatlıdır. Sən demə Yardımlı RİH-nin başçısı cənab Ayaz Əsgərov rayonda həftə ərzində bir-iki (əsasən 2-ci günlər) dəfə olur. Vətəndaşları “qəbul” edəndən sonra təkrar Bakıya qayıdır. Yolüstü ona doğma olan “Deman” istirahət mərkəzinə baş çəkməyi də unutmur. Ləziz təamları, müxtəlif içkiləri ilə tanınan bu məkandan başçının hansı vəziyyətdə çıxması, yəqin hamıya aydındır. .
İntiqam Sadiqov sonda, bütün bu işlərin kökündə daha başqa bir məsələnin – rayonda tütün əkini zamanı, başçı Ayaz Əsgərovla yaşanan olayların səbəb ola biləcəyini də güman etdiyini yazır. Şikayətçi bununla bağlı növbəti müraciətlərində məlumat verəcəyini bildirib.

Yazıda adı hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
AzToday.az

Şərhlər

XƏBƏR LENTİ