yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nazir qovur,icra başçısı dəstək verir- Beyləqan TŞ müdirəsinin taleyi necə olacaq

Nazir qovur,icra başçısı dəstək verir- Beyləqan TŞ müdirəsinin taleyi necə olacaq
26-10-2017, 12:28 111 790 dəfə baxılıb

Beyləqan təhsilində Xuraman Rüstəmova erası sona çatmaq üzrədir.
Az zaman ərzində topladığı nəhəng haram kapital, ölçüyəgəlməz var-dövlət, qurub-yaratdığı mülk-səltənət əlindən çıxa bilər. Çünki kreslosunu itirəcəyi gün haqqında cinayət işinin başlanması qaçılmazdır. Mikayıl Cabbarov artıq onun əməllərində bezib. Xəbər verdiyimiz kimi oktyabrın 16-da Təhsil naziri Füzuli rayonunda Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul etdi. Məlumata görə keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, eləcə də bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirdi. Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, işə qəbulu , işə bərpa olunması, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda iştirak edən Aşığlı 2 kənd tam orta məktəbinin qanunsuz işdən çıxarılan keçimiş direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Fazil Əsəd Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz hərəkətlərindən, eləcə də qeyri qanuni yolla müəllimlərin işə götürməsi, məktəb direktorlarına hədə qorxu gələrək işdən uzaqlaşırması və yerlərinə qanunsuz təyinatlar aparması ilə bağlı nazirə şikayətlər edib. Mikayıl Cabbarov təhsil şöbəsinin müdiri ilə bağlı çoxsaylı şikayətləri dinlədikdən sonra yerində qərar qəbul edib. O, Xuraman Rüstəmovaya ərizəsini yazaraq işdən çıxmasını məsləhət görüb. Hazırda Xuraman Rüstəmova nazirə yol tapmaq ümidi ilə Bakıya gedib. "Mülki Müdafiə” kurslarına yazılıb paytaxta bu bəhanə ilə gəlib. Hələlik işdən çıxarılmamasının səbəbi Beyləqan icra başçısı Vaqif Abdullayevin nazirin qərarına qarşı çıxması ilə bağlıdır. İcra başçısı Rüstəmova ilə vidalaşmaq istəmir, bu səbədən təhsil naziri ilə baş-başa gəlib. Həlledici sözün kimə məxsus olduğuna isə bu yaxınlıqda şahidlik edəcəyik.

Realmedia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: nece, TSh, qovuricra, Beyleqan, mudiresinin, destek, verir, Nazir, taleyi, olacaq, bashchisi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ