SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanlılar qatar yolunu bağladılar -İcra başçısı Vaqif Abdullayev isə “PAXMEL”dədir

Beyləqanlılar qatar yolunu bağladılar -İcra başçısı Vaqif Abdullayev isə “PAXMEL”dədir

Tarix:

25-10-2017, 09:42

/ 61 154 dəfə oxundu.
Beyləqanlılar qatar yolunu bağladılar -İcra başçısı Vaqif Abdullayev isə “PAXMEL”dədir

Beyləqan rayonunda gündən – günə artan narazılıqlarla bağlı ölkə mediasında geniş məlumat verilib. Lakin məmur özbaşınalığından cana doyan insanların haqlı şikayətlərinə biganə münasibət cəzasızlıq mühiti yaratmaqla yanaşı özabaşınalığın da genişlənməsinə şərait yaratmaqdadır.
Bir neçə gün öncə daxil olan məlumatda göstərilən faktlar Beyləqanda vəziyyətin heçdə ürəkaçan olmadığını təsdiq edir.
Belə ki, rayonun Daşburun qəsəbəsinin sakinləri ötən həftənin 4-cü günü ərazidən keçən qatar yoluna çıxaraq qatarların hərəkətini əngəlləmişlər. Buna səbəb yaşayış məntəqəsinə qazın verilməməsi və vətəndaşların digər sossial problemlərinin həll edilməməsidir. Rayon sakinləri bildiriblər ki, icra başçısı Vaqif Abdullayev hər gün eyş – işrət məclisi quraraq öz kefindədir. Etiraz edən, haqqını tələb edən rayon sakinlərini isə təhqir etməkdən çəkinmir.
Beyləqan İcra hakimiyyəti aparatının adını çəkilməyəni istəməyən əməkdaşı bildirib ki, rayonda camaatı təhqir edən İcra başçısı etirazları coşdurmaqdadır. Mənbənin bildirdiyinə görə icra başçısı Vaqif Abdullayev hər gün içki məclisindən sonra narazılıq edən vətəndaşları təhqir edir. Məhz bunun nəticəsidir ki, dəmiryoluna çıxan yüzlərlə insan sərnişin qatarının qarşısını kəsərək diqqətləri problemlərinin həllinə yönəltmək istəyirlər.
Məsələ ilə bağlı Beyləqan rayon icra başçısının münasibətini öyrənməyə cəhd etdik. İcra hakimiyyətindən bildirdilər ki, Vaqif Abdullayev yerində deyil.
Beyləqanda baş verən özbaşınalıqlarla bağlı araşdırmaları davam etdiririk. Yaxın zamanlarda ətraflı məlumat verəcəyik.

Realliq.info

Şərhlər

XƏBƏR LENTİ