SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Vaqif Abdullayevdən xanımlara İLGİNC TƏLƏB

Vaqif Abdullayevdən xanımlara İLGİNC TƏLƏB

Tarix:

10-02-2017, 00:54

/ 2 042 dəfə oxundu.
Vaqif Abdullayevdən xanımlara İLGİNC TƏLƏB

Beyləqanın icra başçısı Vaqif Abdullayev 2 fevral gənclər günü ilə bağlı keçirdiyi tədbirdə xanımlara xitabən maraqlı irad səsləndirib.

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, başçı qadınlardan dünyaya uşaq gətirməyi tələb edib. Yeni gənc nəslin yetişməsi üçün qadınların doğmalı olduğunu (?) vurğulayan V.Abdullayevin çıxışının zalda etirazlara səbəb olduğu bildirilir:

"Tədbirdə iştirak edən ziyalı xanımlar icra başçısının sözlərindən abır-həya edərək oranı tərk ediblər".

Tədbirdə iştirak etdiyini bildirən mənbə iddia edir ki ki, icra başçısı həmin vaxt sipirtli içkinin təsiri altında olub və nə danışdığını bilməyib.

Tədbirdə diqqətiçəkən daha bir maraqlı məqam isə icra başçısının tibb bacısını ayağa qaldıraraq iynə vura bilib-bilmədiyini soruşmasıdır. Tibb bacısı bunu bacardığını dedikdə, icra başçısı təhsil şöbəsinin müdirəsini göstərərək irad tutub:

"İynə vurmağı bacarırsınızsa, bəs onda xanım müdirənin bədəni niyə göydü? Deməli, iynə vura bilmirsiniz..."

İcra başçısının həkimə irad tutaraq iynə vura bilmədiyini deməsi və məhz xanım təhsil müdirəsini misal çəkməsi rayonda bəzi şayiələrin, söz-söhbətlərin dolaşmasına səbəb olub.

Qeyd edək ki, məsələ ilə bağlı "sonolay.org" da məlumat yayıb. Bu isə deyilənlərin həqiqət olduğunu düşünməyə əsas verir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ