SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mikayıl Cabbarov nazirliyə “cip”lə girən Müstəqim Məmmədova qapını göstərdi

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən Müstəqim Məmmədova qapını göstərdi

Tarix:

14-10-2017, 13:09

/ 90 594 dəfə oxundu.
Mikayıl Cabbarov nazirliyə “cip”lə girən Müstəqim Məmmədova qapını göstərdi

Prezident İlham Əliyevin "Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 iyul 2014-cü il tarixli sərəncamı ondan ibarət idi ki, Təhsil şöbələri ləğv edilir amma regional təhsil idarələri yaranır. Yəni əvvəllər hər bir rayonda bir təhsil şöbəsi vardırsa, indi 4-5 rayon birləşir və təhsil idarəsi yaranır. Bunun da çox böyük əhəmiyyəti var - təhsilə müstəqillik verilir.

Bu ilk növbədə, rayon icra hakimiyyətlərinin təhsil məsələlərinə qeyri-peşəkar müdaxilələrinin qarşısını aldı.

Lakin təhsilə müdaxilə həvəsində olan icra başçıları hələ var ki, onlardan biri də, Tərtərin icra başçısı Müstəqim Məmmədovdur.

Obyektiv.org-a verilən məlumata görə onun 59-AB-001 dövlət nömrə nişanlı “cip” avtomobili bu gün 14 radələrində Təhsil Nazirliyinin həyətində görünüb. Son günlər nazirlikdə məktəb direktorları ilə bağlı müsabiqə keçirilirdi. Verilən məlumata görə başçı öz namizədlərini müsabiqədən keçirmək üçün nazirə ağz açıb.

Lakin Mikayıl Cabbarov ona qapını göstərərək xahişini yerə salıb.

Şərhlər

XƏBƏR LENTİ