yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Laçın şefinin pasportunu yandırmağa hazır kadrı vəzifədən qovulmadı

Laçın şefinin pasportunu yandırmağa hazır kadrı vəzifədən qovulmadı
12-10-2017, 18:10 106 775 dəfə baxılıb
yüklənir...

Laçın Rayon İcra Hakimiyətinin Hüquq şöbəsi müdiri Fizuli Tanrıverdiyev Əmir oğlu işindən azad edilmədi
Bu barədə verdiyimiz xəbərə görə, Laçın RİH-nin rəsmi saytında şöbə müdirinin adı qalır və rəsmi qərar yoxdur.
F.Tanrıverdiyev o məmurdur ki, İraqda keçirilən Kürdüstanın müstəqilliyi ilə bağlı referendumu dəstəkləmişdi.
Bu da azmış kimi, Azərbaycan dövlətini təhdid etmişdi, əgər onu işdən azad eləsələr pasportunu yandırmağa hazır olduğunu demişdi.
Deputat Fazil Mustafa prokurorluğa müraciət edərək həmin məmurla bağlı tədbir görülməsinə çağırış etmişdi.
Amma nə işdən çıxarıldı, nə addım atıldı. Laçının icra başçısı Aqil Nəzərli ölçü götürüləcəyini söyləmişdi.
Amma pasportunu yandırmağa hazır olan F.Tanrıverdiyev vəzifəsindən qovulmadı. İlk dəfə idi ki, milliyyətcə kürd olan bir dövlət qulluqçusu separatçı çıxışlar edirdi.
O, rəsmi Bakının vahid İraq dövlətini dəstəklədiyini deyəsən unutmuşdu. Laçının icra başçısı isə belə bir adamı vəzifəsində saxladı.
Laçının icra hakimi Aqil Nəzərli isə onu vəzifədə saxlamaqla dolayısı ilə müdafiə etdiyinə eyham vurur.
Hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
Bu yanlışlıq A.Nəzərlinin vəzifədən getməsinə də gətirib çıxara bilər.
Nə Milli Məclis, nə Prezident Administrasiyası rəsmilərindən kürdlərin keçirdiyi referendum barəsində müsbət fikirlər səslənib.
Amma RİH-də dövlət qulluğu daşıyan, şöbə müdiri olan bir şəxs kürdlərə açıq dəstək verməkdədir. Hətta o, milliyətcə kürd ola bilər, amma dövlət vəzifəsi daşıyırsa, hansısa ölkənin seçki prosesinə münasibət bildirmək hüququ yoxdur.
Ən yaxşı halda hansıs siyasi təşkilat və ya ictimai birlik yaradaraq onun adından bəyanata verə bilər. Üstəlik, Azərbaycana xəyanət etməyə, üz çevirməyə hazırdır, pasportunu yandırmaqla dövləti şantaj edir.
Bununla belə, şöbə müdiri açıq şəkildə dövləti və siyasi hakimiyyəti təhdid edib. O, bildirib ki, mövqeyinə görə işindən azad olunsa vətəndaşlıqdan imtina edəcək, hərbi biletini yandıracaq.
Bu, dövlət qulluqçusu olan birinin açıq şəkildə dövləti, prezidenti və hakimiyyəti şantaj etmək, hədələməkdir. Yəni, mən mühacirətə gedərəm, müxalifətçilik edərəm, təbliğat apararam.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: vezifeden, kadri, qovulmadi, pasportunu, Lachin, yandirmaga, shefinin, hazir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ