yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Neftçala təhsil sistemində özbaşınalıq

Neftçala təhsil sistemində özbaşınalıq
12-10-2017, 15:47 59 060 dəfə baxılıb
yüklənir...

«Övladımın təhsilində yaranmış problemlə bağlı rayon üzrə bütün aidiyyəti qurumlara müraciətim oldu, hamısı da cavabsız qaldı. İndi şagird yoldaşları məktəbə gedir, təhsilinə davam edir, mənim övladımın təhsili isə direktorun öfkəsi üzündən yarımçıq qalıb». Bunu Neftçalanın Qədimkənd kənd sakini Cavid Qafarov deyir. Onun sözlərinə görə, ötən dərs ili 9-cu sinfi bitirən övladının məktəbdən çıxarılması üçün direktorun məsləhəti ilə ərizə yazıb. Sonra da direktor ərizəni cırdığını bildirib. Ancaq bir aya yaxındır ki, yeni təhsil ili başlasa da, hazırda 10-cu sinifdə təhsil almalı övladı kənarda qalıb.

Valideynin sözlərinə görə, məktəb rəhbərliyinin şagirdlə hansı qəsdi-qərəzliyi varsa, nə şagird bilir, nə də ailə üzvləri... Ata danışır: «Direktor məsləhət gördü ki, uşaq zəif oxuyur deyə, məktəbdən çıxarıb peşə məktəblərindən birinə yönləndirim. Mən də buna görə direktorun adına ərizə yazdım. Bir neçə gündən sonra təkrar zəng vurdu, dedi, «məsləhətdir ki, uşaq elə öz məktəbimizdə qalıb təhsilini davam etdirsin, ərizəni də cırmışam. Sentyabrda uşağı məktəbə göndər». Sentyabrın 8-də uşağı məktəbə göndərdik ki, yeni təhsil ili üçün dərsliklərini götürsün. Qayıtdı gəldi, dedi, «direktor məni qapıdan qovdu, dedi, səni məktəbdən çıxartmışam». Niyə, nə səbəbə? Bu uşağın günahı nə imiş ki, direktor onunla belə davranıb? Direktorla əlaqə saxlamışam, deyir, «gəldiz, ərizə yazdız, mən də çıxartdım». Deyirəm, «axı sonra da özün zəng vurub ərizəni cırdığını bildirdin»... Telefonu qapadır, bizimlə danışmaq da istəmir».

C.Qafarov deyir, hazırda işləri ilə əlaqədar Rusiyaya qayıdıb. Hər gün məktəb direktoruna zəng vursa da, direktor telefonu söndürür. Məktəblinin anası isə məktəbin qapısından içəri buraxılmır: «Qanun da deyir ki, orta təhsil məcburidir. Əgər uşağın təhsili zəif idisə, biz onu peşə məktəblərindən birinə yönləndirəcəkdik. Direktorun nə marağı vardı ki, ərizəmizi cırıb özümüzü də aldatsın? Bununla cibinə pul girirdi, yoxsa başı uca olurdu? Hazırda məktəbə getməli, peşə öyrənməli olan yeniyetmə ortada qalıb. Peşə məktəblərinə sənəd qəbulu çoxdan başa çatıb, məktəblərdə təhsil ili bir aydır başlayıb, mən bu uşağı hara yönləndirim? İstədiyim odur ki, bu məsələyə Təhsil Nazirliyi müdaxilə etsin, uşağın məktəbdəki təhsilini davam etdirməsinə imkan yaratsın».


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sisteminde, Neftchala, tehsil, ozbashinaliq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ