SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanın təhsil şefi saxta diplomu olanları işə götürüb - İttihamlar

Beyləqanın təhsil şefi saxta diplomu olanları işə götürüb - İttihamlar

Tarix:

10-10-2017, 09:45

/ 67 808 dəfə oxundu.
Beyləqanın təhsil şefi saxta diplomu olanları işə götürüb - İttihamlar

Beyləqanın Şəfəq kənd orta məktəbində savadlı, ali təhsilli müəllimlərin aşağı dərs saatı ilə təmin edilməsi narazılıq doğurub
Verilən məlumata görə, diaqnostik qiymətləndirmə prosedurasından keçməyən və diplomlarının legitimliyi şübhə doğuran müəllimlər isə yüksək dərs saatı ilə təmin edilir.
Bu məsələdə isə Beyləqan təhsil şöbəsi müdirinin iştirakı olduğu söylənir. Məktəblərdə dərs bölgüsünü birbaşa təhsil müdirləri özləri aparmasalar da, bölgü prosesində direktorlar təhsil müdiri ilə mütləq məsləhətləşirlər.

Hazırda kollec bitirib, Beyləqanın Şəfəq kənd orta məktəbində yüksək dərs saatı ilə təmin edilən bəzi müəllimlərin adları da açıqlanıb:

1. Mustafayeva Bulqeys – Beyləqan Məişət Texniki Kollecini bitirib, məktəbdə 4-cü sinfin sinif rəhbəri, qurup rəhbəridir, 27 saat dərs yükü var;
2. Xanlarova Leyla - Beyləqan Məişət Texniki Kollecini bitirib, 1-ci sinfin sinif rəhbəridir, 14 saat dərs yükü var;
3. Şükürova Zülfarə (diplomu da saxtadır, özü də baxça müəlliməsidir), 1-ci sinfin sinif rəhbəridir, 14 saat dərs yükü var;
4. Xanlarova Zümrüd – Beyləqan Məişət Texniki Kollecini bitirib, 10 saat dərs yükü var;
5. Qarayeva Könül - Beyləqan Məişət Texniki Kollecini bitirib, 2-ci sinfin sinif rəhbəridir, 15 saat dərs yükü var.

Daxil olan xəbərdə bildirilir ki, bu biabırçı fakt həm direktorun, həm TŞ müdirinin vəziyyətini gərginləşdirir.
Şöbə müdiri Xuraman Rüstəmovanın kollec qurtarmış, diplomunun saxta olması şübhə doğuran məzunları yüksək dərs saatı ilə təmin etməsi həm təhsilin keyfiyyətinə vurulan zərbədir, həm rüşvətə yol açan amillərdir.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə dərs ili başlayanda açıqlama verərək bildirmişdi ki, müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək.
Onun sözlərinə görə, hər bir təhsil müəssisəsində dərs yükü keyfiyyət göstəricisinə görə müəyyən olunmalıdır. İmkan daxilində göstəriciləri yüksək olan müəllim daha çox dərs yükü ilə təmin edilməlidir.
Əgər məktəbdə 100 saatlıq dərs yükü varsa, 5-6 müəllim arasında daha yüksək bal toplayan savadlı müəllimə daha çox, zəif nəticə göstərənə isə az dərs verilməlidir.
Göründüyü kimi, Beyləqan Təhsil Şöbəsinin rəhbərliyi hansısa səbəbdən Təhsil Nazirliyində qəbul edilən qərarlara əhəmiyyət vermək fikrində deyil.
X.Rüstəmova haqda bir çox mövzularda tənqidi yazılar yazılıb. Onun Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin adından pul yığması, rayon təhsilində heç bir irəliləyici addımlar atmaması, qaranlıq keçmişi, əhaliyə acıq verməsi və s. bu tip xəbərlər özünə yer alıb.
Ona görə də artıq nazirlik tərəfindən yoxlama aparılması zərurətə çevrilib. X.Rüstəmovanın müdürlüyünün təxminən 4-5-ci aylarında aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, bu qısa müddətdə xanım müdirə 35 müəllimi Təhsil Nazirliyindən vacib proseduradan keçmədən rayon məktəblərində işlə təmin edib. Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ