SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağcabədi 33 saylı Yol İstismar İdarəsi dövlətin pulunu, insanların həyatını məhv edir - prezidentə dosye

Ağcabədi 33 saylı Yol İstismar İdarəsi dövlətin pulunu, insanların həyatını məhv edir - prezidentə dosye

Tarix:

9-10-2017, 09:30

/ 61 277 dəfə oxundu.
Ağcabədi 33 saylı Yol İstismar İdarəsi dövlətin pulunu, insanların həyatını məhv edir - prezidentə dosye

Vidadi Hüseynov Ağcabədi 33 saylı Yol İstismar İdarəsinə rəhbərlik edir. Onun işi “Azəravtoyol” ASC sədri Saleh Məmmədovu qane edir
Çünki idarə rəisi yol pulunu mərkəzlə bölüşdürür. Nəticədə Ağcabədi yollarının pulunu istismar etməkdədir.
Bu haqda verilən məlumata görə, V.Hüseynov nəqliyyat naziri olmuş Ziya Məmmədovdann sonra da yol infrastrukturundan pul silməkdə davam edir.
Onun oğluna məxsus şirkəti - “Fərid Ağcabədi” MMC tenderlərin “şah”ı elan olunub. V.Hüseynov yaxın bir tender şirkəti buraxmır.
Nəticədə bahalı avtomobil kolleksiyası, yanacaqdoldurma məntəqəsi, evləri, asfalt zavodu belə var.
Üstəlik, idarənin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə paytaxta daşıtdırır.
Oğlu Fərid Hüseynovun sürdüyü avtomobilləri Ağcabədidə barmaqla göstərirlər. Halbuki dövlət maaşı ilə heç “Jiquli” ala bilməzdi.
Əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi Vidadi Hüseynovun sıradan bir korrupsioner olmadığına dəlalət edir.
Bundan əlavə idarə müdirinin Bakı şəhərində dəyəri 150-200 min manat arasında olan 3 evə sahib olması da Vidadi Hüseynovun dövlət büdcəsindən nə qədər vəsait mənimsəməsinin göstəricisidir.
Vidadi Hüseynova məxsus karyerdəki quyulara düşən iki azyaşlı uşaq həyatını itirib. Bu barədə media yazmışdı ki, uşaqların ölüm faktının Vidadi Hüseynov tərəfindən ört-basdır etdiyi iddia olunur.
Yaxınlıqda yaşayan əhali qanunsuz fəaliyyət göstərən karyerin ya bağlanmasını, ya da təhlükəsizlik qaydalarına uyğun olaraq karyerin ətrafının çəpərlənməsini tələb etsə də onların haqlı tələblərinə məhəl qoyan yoxdur.
Belə ki, Ağcabədi rayonunda yerləşən Qarqar karyerində iki az yaşlı uşaq həyatını itirib. 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov Qarqarçayın Yuxarı Qiyaməddinli-Muğanlı yolu hissəsində qanunsuz karyer açıb.
Dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat ərzində qum və çınqıl çıxararaq satır.
Qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.
Məlumatda bildirilir ki, ötən il Yuxarı Qiyaməddinli kəndindən olan və karyerin yaxınlığında yaşayan iki azyaşlı uşaq həmin gölməçələrin birinə düşərək boğulublar.
Hadisə ilə əlaqədar olaraq cinayət işi açılsa da, sonradan Vidadi Hüseynovun «səyləri nəticəsində» istitaq işi bağlanılıb.
Hadisə baş verəndən sonra Yuxarı Qiyaməddinli kəndinin sakinləri qanunsuz fəaliyyət göstərən karyerin bağlanmasını tələb etsələr də, onların tələbləri yerinə yetirilməyib.
Qanunsuz işləyən karyerin bağlanması bir yana, Vidadi Hüseynov təhlükəsizlik məqsədi ilə karyerin ətrafının çəpərələnməsi ilə bağlı da heç bir iş görməyib.
Göründüyü kimi, oliqarx idarə rəisi həm dövlətin pulunu yollarda silir, həm oğlunun güzəranını yaxşılaşdırır, həm də daş karxanasında qazandığı pullara görə başqalarının həyatını məhv edir. Bununla bağlı redaksiyamıza yazan yerli sakinlər təcili tədbir görülməsini xahiş edirlər.

Şərhlər

XƏBƏR LENTİ