SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əziz Əzizovun VÖEN “pripiskası”…

Əziz Əzizovun VÖEN “pripiskası”…

Tarix:

7-02-2017, 10:31

/ 2 616 dəfə oxundu.
Əziz Əzizovun VÖEN “pripiskası”…

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı haqda mediada çox yazılır. Korrupsiya əməllərindən tutmuş, çoxlu var-dövlətinin olmasına, rayondakı yarıtmaz fəaliyyətinə kimi ən müxtəlif məsələlərdə ittiham olunan Əziz Əzizov haqda yeni məlumat daxil olub.

Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısı indi də aztəminatlı insanların hesabına həm pul qazanır, həm də ölkə rəhbərliyini aldatmağa çalışır. Belə ki, iddiaya görə, ötən ilin əvvəllərində iclas keçirərək bələdiyyə sədrlərini, icra nümayəndələrini toplayan başçı onlara kəndlərdən vətəndaşları ünvanlı sosial yardım almağa təşviq etməyi tapşırıb. Amma burda məqsəd heç də aztəminatlı vətəndaşları düşünmək deyil. Ə.Əzizovun tapşırığı ilə rayonda müvafiq qurumlara yaxınlaşaraq müraciət edən vətəndaşlara VÖEN açdırmaq təklif edilir. Təbii, bu da qanunauyğundur, ünvanlı sosial yardım alan hər kəs VÖEN açdırmalıdır. Lakin məsələ ondadır ki, əslində pulsuz açılmalı olan VÖEN vətəndaşlardan 5 manat almaqla açdırılır. Kənd yerində internetdən, informasiya texnologiyalarından uzaq adamlar 5 manata hansısa sənədi ala bildiklərinə şükür edə-edə bu təklifə gedirlər. Daha sonra VÖEN açan vətəndaşdan sənədlər qəbul edilir(?!), lakin aylarla cavab çıxmır. Rüb bağlanır, qanun-qaydalardan bixəbər adamlar VÖEN əsasında hesabat verməli olduqlarını bilmirlər. Bu dəfə isə onlara cərimələr yazılır – 40 manat. Beləliklə, hər bir vətəndaş 45 manat ziyana düşməklə aldadıldığını anlayır.

Rayonda minlərlə belə aldatma halının olduğunu deyən mənbəmiz daha sonra qeyd edir ki, Ə.Əzizov həmin VÖEN-ləri yuxarılara yeni iş yerləri kimi təqdim edir: “Bəlkə o 5 manatlar ona çatmır, amma reallıq odur ki, Əziz Əzizov aztəminatlı insanları öz oyununa qurban edir. Ən başlıcası isə rayonda guya yeni iş yerləri açılıb deyə ölkə rəhbərliyini aldadır, ortaya yalançı statistikanın çıxmasına səbəb olur. Əslində isə Cəlilabadda yeni iş yerləri açmaq üçün kifayət qədər şərait var. Rayonda geniş kənd təsərrüfatı, istehsal potensialı var. Amma başçının daşı yaran tamahı sahibkarları Cəlilabaddan qaçaq salıb. Vaxtilə rayonda çoxlu mebel istehsalı müəssisələri vardı. Əziz Əzizov o qədər “haqq” qoydu ki, çoxusu ya birdəfəlik bağlandı, ya da qonşu rayonlara köçdülər. İndi onların çox az hissəsi qalıb. Rayonda keçirilən tenderlərdə yalnız başçıya yaxın şirkətlər qalib çıxır. Dövlət vəsaitinin talanmasında Əziz Əzizov çox ustadır”.

Məsələyə aydınlıq gətirmək üçün Cəlilabad RİH-in saytında göstərilən əlaqə nömrəsini yığsaq da, telefona cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ