SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhmədzadəyə mesaj: Göyçaydakı kadrının transformator maxinasiyası

Əhmədzadəyə mesaj: Göyçaydakı kadrının transformator maxinasiyası

Tarix:

7-02-2017, 00:41

/ 1 791 dəfə oxundu.
Əhmədzadəyə mesaj: Göyçaydakı kadrının transformator maxinasiyası

“Meliorasiya və Su Təsərrüfatı” ASC barəsində tez-tez məlumatlar meydana çıxır. Belə qənaətə gəlmək olar ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurum və yerli şöbələr tamamilə rüşvətə bulaşıb.

Əksinə olsaydı, mətbuatda saysız-hesabsız faktlara rast gəlinməzdi yaxud da Əhmədzadənin mətbuat katibliyi reaksiya verərdi, hətta yalan yazmağa görə jurnalistin lap gözünü çıxarardı.

Göyçay rayon Melioservis İdarəsi də ASC-nin tabeliyindəki qurumlardan fərqlənmir.

İdarə rəisi Əlihüseyn Mayılovun əlindən hər bir iş gəlir: mənimsəmə, büdcə pullarını şəxsi mənfəətə xərcləmə, ştat sayını artırmaq və gizlətmək, əmək haqlarını yemək və s.

İdarədə maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitləri Ə.Mayılovun biznes imkanlarını möhkəmləndirib.

Hətta idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması hallarına da yol verilib.

Ə.Mayılovun bu fərasətinə heyrət etməmək olmur. Öz işinin ustası olan idarə rəisinin yaxın çevrəsinə hesabat xarakterli sözü ondan ibarətdir ki, Ə.Əhmədzadənin xəbəri var və ASC-yə də pay çatır.

Bu azmış kimi, güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq xərclənir.

Media üzərindən xəbər veririk ki, texnika nasaz vəziyyətdə saxlanıb. Daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində bu texnika yararsızdır.

Göyçayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin və fərdi təsərrüfat sahibləri Əhmədzadəyə məktublarına cavab ala bilmir.

Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı Agentliyinin KTN-nin tabeçiliyindən çıxarılaraq müstəqil quruma, Açıq Səhmdar Cəmiyyətə çevrilməsi dövlətin maraqlarına deyil, təqaüd yaşına çatmış bir məmurun maraqlarına xidmət edir.

Suvarma biznesində odioz məmura çevrilmiş Əhmədzadə kimsəni saymır. Nə şikayətlərə, nə barəsində ittihamlara münasibət bildirir, nə qurumun mətbuat xidməti mətbuatın suallarını cavablandırır. Bu həm də prezidentə hörmətsizlikdir.

Ən qısa müddətdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin yenidən KTN-nin tabeçiliyinə qaytarılmalıdır ki, vahid aqrar siyasət həyata keçirmək mümkün olsun.

Şərhlər

XƏBƏR LENTİ