SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Astarada bu il məhsul olmayacaq... - Belə deyirlər...

Astarada bu il məhsul olmayacaq... - Belə deyirlər...

Tarix:

4-10-2017, 09:37

/ 63 990 dəfə oxundu.
Astarada bu il məhsul olmayacaq... - Belə deyirlər...

Yağış Astarada da bir neçə kəndin evlərini su altında qoyub. Bu barədə şikayət rayonun Ərçivan kəndinin sakinlərindən daxil olub. Onların deməsinə görə, əsasən, Ərçivan və Artupa kəndləri yağışdan zərər çəkib. Ərçivan sakini Namiq Muxtarov:

"Mal-qaramız, quşçuluq təsərrüfatımız tələf olub. Yüzlərlə quru ot bağlamalarımız suyun altında qalıb yararsız hala düşüb. Əsasən, çiy kərpicdən olan tikililərə ciddi ziyan dəyib. Şəxsən mənim 240 toyuğum tələf olub, 85 quru ot bağlamam yararsız olub".

Kəndlilər əkin sahələrindən məhsulu toplamağa da gec qalıblar. Onların deməsinə görə, aqrotexnika çatışmazlığı üzündən taxıl sahədə toplanmamış qalaraq suyun içində məhv olub.

Şərhlər

XƏBƏR LENTİ