SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tərtərdə əhali ayağa qalxdı: Narazı vətəndaşlar icra hakimiyyətinə yürüş etdi, ara qarışdı

Tərtərdə əhali ayağa qalxdı: Narazı vətəndaşlar icra hakimiyyətinə yürüş etdi, ara qarışdı

Tarix:

3-10-2017, 15:38

/ 82 096 dəfə oxundu.
Tərtərdə əhali ayağa qalxdı: Narazı vətəndaşlar icra hakimiyyətinə yürüş etdi, ara qarışdı

Tərtər cəbhə xəttində yerləşən rayondur. Ermənilərin mütəmadi olaraq atəşə tutduğu bu məntəqənin yetərli qədər problemləri var. Erməni nişangahında və yetərli qədər sıxıntıları olan bir rayona rəhbərlik edən şəxsin nə qədər ciddi, bacarıqlı və dərin zəkalı biri olması lazımdır. Lakin tərtərlilərin bu məsələdə qəti bəxtləri gətirməyib.
Belə ki, Tərtərin icra başçısı Müstəqim Məmmədovla əhali arasında ciddi narazılıq yaranmağa başlayıb. Narazılığa səbəb isə icra başçısının rayonun problemləri ilə maraqlanmaması və əhali ilə görüşlər keçirməməsidir. Bundan başqa, Məmmədovun iş saatlarının çoxunu kabinetində çay içə-içə keçirməsi də camaatın xoşuna gəlmir.
Rayonda bir müddət öncə su qıtlığına görə narazılıq yaranmışdı. Ümumiyyətlə narazılıq o qəər çoxdur ki, adi bir hadisə vətəndaşları özündənn çıxarır.
Rayondan verilən məlumata görə Tərtər şəhəri, Ədalət Paşayev küçəsi 2 ünvanında yaşayan bina sakinləri bu gün icra hakimiyyəti qarşısına yürüş ediblər. Səbəb isə çox banaldı. Binanın damı təmirə sökülüb. İş yarımçıq qoyulub. Yerli Mənzil İstismar Sahəsinin Hafiz adlı müdiri təmiri davam etdirmək üçün sakinlərdən pul tələb edib. Pulu almayanadək binanın damını təmir etməyəcəklərini bildirib. Oktyabrın 1-də yağan yağış isə damsız qalan mənzillərə xeyli ziyan vurub. Sakinlər əvvəlcə mərkəzi yolu bağlayıb, sonra icra hakimiyyətinin binasına tərəf yürüş ediblər.

Paytaxt.org

Şərhlər

XƏBƏR LENTİ