SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhmədzadənin Tərtərdəki kadrı ermənilərin çirklədiyi suyu təmizləmir - İttiham

Əhmədzadənin Tərtərdəki kadrı ermənilərin çirklədiyi suyu təmizləmir - İttiham

Tarix:

3-10-2017, 10:36

/ 64 426 dəfə oxundu.
Əhmədzadənin Tərtərdəki kadrı ermənilərin çirklədiyi suyu təmizləmir - İttiham

Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin müdiri Böyükkişi Cümşüdov və başqa məmurlar bu rayona Yevlaxdan gəlmədirlər
Məlumata görə, Tərtərdə yerli fermerlər ən çox su problemi ilə üzləşirlər.
Tərtər rayonu hazırda ermənilərin nəzarəti altında olan Tərtər çayı üzərində qurulan Sərsəng və Madagiz su anbarında yığılan sudan istifadə edir. Hər iki su anbarı ermənilərin nəzarətində olduğundan yay aylarında əhali su üzünə həsrət qalır.
Belə ki, ermənilər suvarma dövrü anbarlardan çox az miqdarda su buraxır. Sentyabr ayından etibarən isə ermənilər su anbarlarına yığılan lili təmizləmək üçün suyu Tərtər çayına buraxır. Lilli su isə kanalları sıradan çıxarır.
Tərtərçay Hidroqovşağı İstismar İdarəsi isə kanallara yığılan lili lazımınca təmizləmir. Halbuki həmin idarənin 150-200 əməkdaşı və yetərincə texnikası var. Tərtər çayının çirkli suyundan isə əhali istifadə edə bilmir.
Suvarma dövründə Tərtər çayında olan az miqdarda olan su da əhali arasında düzgün bölüşdürülmür.
Hidroqovşağın rəisi B.Cümşüdov suyu bəzi vəzifəli şəxslərə məxsus sahələrə verir. Bu da öz növbəsində əhalinin əkinçiliklə məşğul olmasına ciddi əngəllər törədir.
Məlumata görə, Tərtər əhalisinin erməni düşmənlərinə layiqli cavab verdiyi, müharibə şəraiti olmasına rəğmən, cəbhəyə yaxın ərazilərdə əkin-biçinlə məşğul olduğunu deməyə gərək yoxdur.
Rayonun qəhrəman əhalisi əkinçiliklə məşğul olur, heyvandırlığı inkişaf etdirir və sairə. Amma Tərtərin ən böyük problemi əkin sahələrini suvarmaq üçün zəruri olan sudur. Hökumət bu istiqamətdə zəruri olan bütün tədbirləri görməyə çalışır.
İnsanların içməli suya olan təlabatını ödəmək üçün artezian quyularının qazılması prosesi reallaşdırılır. Nəticədə, Tərtərdə hazırda 404 belə quyu var. Həmin quyulardan əkin sahələrinin suvarılmasında da geniş istifadə edilir.
Lakin Tərtər rayonunu əkin sahələrini suvarmaq işlərini hələ sovet dövründən Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi həyata keçirirdi. Qarabağ müharibəsindən sonra situasiyanın dəyişməsi səbəbindən bu idarənin işləri də çətinləşdi.
Böyükkişi Cümşüdov hazırda idarəyə rəhbərlik edir.Cümşüdovun Tərtər çayının suyundan da pul çıxardığını bilməyən yoxdur.
İdarə rəisi elə bir sistem qurub ki, heç fələk də ondan baş aça bilmir. Bu idarədə «ölü canlı»lardan tutmuş, kartı müdirin cibində olan işçilərə qədər hər şey baş verir.
Bildirək ki, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin ştat cədvəli üzrə 344 işçisi var. Onlardan dondurulmuş əmək haqqı alan işçilərin sayı 180 nəfərdir.
İdarənin əsas fəaliyyət növü əkin sahələrinin suvarılmasını həyata keçirməkdir. Qarşı tərəfi dinləməyə hazırıq.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ